beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uldız

Uldız (?-410)—Avropa Hun İmperiyasının hökmdarı.Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı

Uldız, Bizansı təzyiq altına almaq məqsədiylə Trakya üzərinə yeridi. Barış istəyən Trakya qubernatoruna "Günəşin batdığı yerə qədər hər yeri zəbt edə bilərəm" deyərək Şərqi Romaya (Bizansa) meydan oxudu. O, 404-409-cu illərdə Bizans üzərinə hücum etdi.Türklərin gücündən çəkinən Bizans, müqavilə bağlayaraq Hunların üstünlüyünü qəbul etdi.Bizans sülh bağlamağa məcbur oldu.

Bu dövrdə Hunlar, Orta Avropadan Xəzərin şərqinə qədər uzanan geniş torpaqlara sahib olmuşdular. Dövlətin şərq bölgəsini Qaradonun idarə etdiyi bilinirsə də bu hökmdar haqqında çox məlumat yoxdur.

Onun ölümündən sonra, 410-cu ildə hakimiyyətə Qaradon xan keçdi.


Tarix: 02.03.2013 / 18:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 182 Bölmə: Dunya ve tarixi