Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İkinci Göytürk xaqanlığı

İkinci Göytürk Xaqanlığı (681 - 744), Çin hakimiyyətinə daxil olan Göytürklər (Şərq Göytürk Xaqanlığı) Kutluk zamanında yenidən müstəqilliyinə qovuşdu. Buna görə bu dövlətə "Kutluk Dövləti" də deyilir.

681-ci ildə Aşana ailəsindən Kutluk Xaqan, Çinin şimalına yerləşmiş Türk boylarını yenidən bir yerə toplamağı bacardı. Çin, Kitan və Doqquz Oğuzlar (Uyğurlar) ilə edilən döyüşlər nəticəsində Ötüken meşəsində Göytürk Xaqanlığı yenidən gücləndi. Kutluk, xalqı yenidən bir yerə yığdığı üçün İlteriş (eli yığan) adını aldı. 692-ci ildə ölən İlterişin yerinə qardaşı Kapgan (türkcə qarşılığı kapan-alan-Fatih) Xaqan oldu. Dövlət qurulduğundan bəri xaqanlıq məsləhətçisi olan Tonyukukun da iştirak etdiyi Qırğız və Doqquz Oğuzlara edilən səfərlərlə II Göytürk Xaqanlığının sərhədləri Okeandan Maverannöhirdəki Temir Kapığa (Dəmirqapı) qədər çatdı. İpək Yolunun böyük bir qisimi nəzarət altına alınmış oldu. Kapganın, Bayırkuların qurduğu bir pusquda öldürülməsi səbəbindən Göytürk Xaqanlığının başına oğlu İnel (Ünal) keçdi. Ancaq Kutlukun oğulu Müdrik, İnelin xaqanlığını qəbul etmədi. Tayfa bəyləri Müdriki Xaqan elan etdi. İnel öldürüldü. Yeni Xaqan hakimiyyətə keçincə qardaşı Kül Tigini ordu komandirli təyin etdi, Tonyukuku vəzir təyin etdi. Çinin dəstəklədiyi uyğur birləşmələrinin Ötükenə davamlı hücumları, İpək Yolunun kilid nöqtəsi olan Çungaryanın Çinin nəzarətinə keçməsi və qərbdə On Ox qolunun hakimiyyətinə Türgişlerin keçməsi və bu qolun güclənməsi nəticəsində II Göytürk Xaqanlığı tənəzzülə uğrayırdı. Müdrik Xaqanın, məsləhətçisi Tonyukuku və kiçik qardaşı Kül Tigini itirməsindən sonra zəhərlənərək öldürülməsi səbəbindən yerinə keçən Tengri Xaqan uşaq yaşında idi. Daha sonra taxta çıxan xaqanlar atalarının qurduğu dövləti yaxşı idarə etmə bacarığı göstərə bilmədilər. Uyğurlar 745-ci ildə Ötükenə girərək Göytürk Xaqanlığına son qoydular.



İkinci Göytürk Xaqanları

Kutluk Xaqan (680-691)
Kapgan Xaqan (691-716)
İnel Xaqan (716)
Bilgə xaqan (716-734)
Yollyg-Tegin Xaqan (734-39)
Müdrik Kutluk Xaqan (739-41)
Siuan Khan Xaqan (741)
Il-Itmysh Müdrik-Khan Xaqan (741-42)
Ozmyş Khan Xaqan (742-43)
Bomei-Tegin Khan Xaqan (743-45)


Tarix: 02.03.2013 / 17:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 373 Bölmə: Dunya ve tarixi
loading...