beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Mahmudun daxili siyasəti

Qəznəvi dövləti feodal monarxiyası idi. Dövləti sultan idarə edirdi. Sultan Mahmud mərkəzi hakimiyyəti möhkəmləndirirdi, bu məqsədlə mülki əsilzadə, qulamlardan ibarət hərbi əyanlara, türklərdən ibarət hərbi əyanlara arxalanırdı. Sultan Mahmudun ordusunda yüksək hərbi intizam var idi. Ordunun əsasını türk əsilli qulamlar (qvardiya) təşkil edirdi. Qəznəvi ordusunda «qazilər» deyilən könüllü döyüşçülər iştirak edirdi. Hərbi yolla əldə edilən qənimət ordu və dövlət məmurlarını təmin etmirdi. Dövlət ildən-ilə vergini artırırdı. Kəndlilər, sənətkarlar, tacirlər var-yoxdan çıxırdı. Sultan Mahmud Qəznə şəhərinin inkişafına kömək edirdi.

Ailəsi

Mahmud Qəznəvi 971-ci ildə 2 noyabrda Qəznədə anadan olmuşdu. Kiçik qardaşının adı Yusif idi. Kövsəri Cahan adlı xanımından ekiz oğulları olan Məsud və Məhəmməd doğulmuşdu. Bacısı Sitri Muallanı şiə alim Əbu Həsən Müəlla ilə evləndirmişdi. Sultan Mahmud həm də biseksual idi. Məlik Ayaz adlı qulamı ilə sevgisinə dair hekayələr və şerlər yazılmışdır. [1]

Siyasi dəyişikliklər və ölümü


Həyatının son 4 ilini Oğuzlar və Səlcuqlarla mübarizəyə ithaf edən Mahmud 1030-cu ildə vəfat etdi. Mavzoleyi Qəznədədir. Yerinə oğlu Məhəmməd keçdi.


Tarix: 01.03.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 205 Bölmə: Dunya ve tarixi