beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbasilərdə vəzarət

Əsas məqalə: Abbasilər


İslam aləmində, Abbasilərə gələnə qədər, idari sistem içində rəsmən “vəzir” ünvanı ilə çağrılan bir vəzifəli şəxs olmadığı məlumdur. Hicrətin 132-ci (M. 750) ilində Abbasi Dövləti yaranıb, dövlət və təşkilatlarında tərəqqi görünəndə, xəlifənin işlərini üstünə götürən və ona yardım edən müəssisədə də irəliləyiş hiss edildi. Bu səbəbdən, Abbasilərin ilk xəlifəsi, Əbul-Abbas Abdullah Əs-Səffah (132-136 / 750-754) zamanında, Həmədanlı Əbu Sələmə Hafs ibn Süleyman əl-Hallal (öl.132 / 750) ilk dəfə bu ünvanla vəzifəyə təyin edildi. Bundan sonra bütün Müsəlman dövlətlərdə həmin kəlimə işlədilməyə başlandı.

Həqiqətən də mənbələrdəki məlumatlara görə, Abbasilərin ilk dövrlərində vəzirlər, dövlət idarəsi baxımından böyük səlahiyyətlərə malik idilər. Necəki Harun ər-Reşid (170-193 / 786-809) xəlifə olanda Yəhya ibn Xalid əl-Bərməkiyi çağırıb özünə vəzir təyin etdiyini, dilədiyini vəzifəyə götürə biləcəyini, istədiyini vəzifədən azad edə biləcəyini, bu baxımdan, hər mövzuda tam bir səlahiyyətə sahib olduğunu söyləmişdi.


Tarix: 01.03.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Dunya ve tarixi