beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Danimarka

Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Bax: دانیمارکا

Danimarka — Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaqdadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bələdiyyələr (kommuner) vardır. Bununla bərabər Kopenhagen və Frederiksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir.

Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir.Mündəricat
1 Ərazi
2 Əhali
3 Tarixi
4 Mənbə
5 İstinadlar


Ərazi

Danimarka Krallığı Şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdansa Almaniya ilə həmsərhəddir. Ölkənin Əsas hissəsi yarımadada yerləşir. Paytaxt Kopenhagen Zellandiya və Amağer adalarında yerləşir. Bu adalar ölkənin nisbətən böyük adalarıdır (Qrenlandiya istisna olmaqla. Bu ada rəsmi olaraq Danimarkanın mülküdür. Ərazi ərazisi düzənliklərdən ibarətdir. Yalnız Bornholm adaları qayalı relyefə malikdir. Düzənlik relyefin səbəbi qədim Buz dövrüdür. Ən yüksək nöqtəsi Eyer Bavnxoy (173 m) yüksəkliyidir. Ölkə 17 amtoma (vilayət) bölünmüşdür. Kopenhagen və Ferederiksberq müstəqil inzibati ərazi vahidləridir. Ərazisindən 158 km uzunluğu olan Qudeno çayı keçir.

Əhali

Danimarkanın əhalisini 5.415.978 nəfər təşkil edir. Əhalinin 96%-ni danimarkalılar, 2%-ni almanlar, farerlər, isveçlər, qalanlarını isə Qrenlandiyada yaşayan eksimoslar təşkil edir. Əhalinin 97%-i protestanlığın lüteran qrupuna daxildir.

Tarixi

X əsrdə Vahid Danimarka Krallığı yaradılır. 1397-ci ildə Kalmar uniyası bağlanır. 1538-ci ildə Lüteranlıq əsas din kimi möhkəmlənir. 1849-cu ildə Danimarka konstitusiyalı monarxiya elan olunur. 1940-cı ildə II dünya müharibəsinin gedişində Faşist Almaniyası tərəfindən işğal olunur. 1945-ci il işğaldan azad edilir.


Tarix: 02.03.2013 / 17:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 200 Bölmə: Dunya ve tarixi