beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Jozefina Boharne

Jozefina Boharne və ya Mari Jozef Roz de Taşer de la Pajeri (fr. Joséphine de Beauharnais və ya Marie-Josèphe-Rose de Tascher de La Pagerie * 23 iyun 1763 Martinik; † 29 may 1814 İL de Frans, Malmezon sarayı ) Fransa imperatriçası və Napoleon Bonapartın birinci arvadı .



Həyatı

Mari Jozef Roz de Taşer de la Pajeri (Jozefin onu Napoleon Bonapart əzizləmək məqsədilə adlandırmışdır) dənizçi zabit Jozef Qaspard de Taşerin, şəkər qamışı plantasiyasına malik xırda mülkədar ailəsinin qızı olan Roze Kleyr des Ver(j/c)er de Sanno ilə nigahından Martinik adasında ikinci qızı olaraq dünyaya gəlmişdir. Uşaqlığını Martinikdə keçirən Mari Jozef Roz de Taşer de la Pajeri 1773 cü ildən Fort de Fransda qızlar pansionatına gedir və 13 dekabr 1779 cu ildə fransız ordusunun zabiti Vikomt de Boharne ilə evlənir. Bu nigahdan iki övladı: Yevgeni (Ejen) de Boharne və Hortenziya de Boharne dünyaya gəlir. 1794 cü ildə əri terrorun qurbanı olur. Tək qalan Mari Jozef Roz de Taşer de la Pajeri uşaqları ilə Martenikə dönməyə məcbur olur. Lakin siyasi mühitin yumşalmasından sonra təzədən Fransaya dönməyə qərar verir. 9 Trimador çevrilişindən sonra yaxın dostu Barras Polun köməyi və dəstəyi ilə o zamanlar az tanınan general Bonapartla tanış olur və 9 mart 1796 cı ildə onunla nigaha girir. Napolenun onu ehtirasla sevməsinə rəğmən ona sıx bağlanaraq hətta onun ağır xasiyyətinə və gəzəyən ər xüsusiyyətlərinə dözür. Jozefinin keçmişi və evladsız nigah Napoleonun ailəsində bir o qədər də müsbət qarşılanmırdı. 2 dekabr 1804 cü ildə Notr-Dam de Pari məbədində Napoleon Jozefini imperatriça elan edəndə məhz buna görə anası Leti(s/ç) mərasimdə iştirakdan imtina etmişdir. Bu sonsuz nigah saray və imperiya qanunlarina cavab vermirdi. 15 dekabr 1807 cu ildə Napoleon Jozefin ilə boşanmaq qərarını verir və 10 yanvar 1810 cu ildə boçanma rəsmən təsdiq edilir. İmperatriça titulunu saxlamaqla Evrö yaxınlığına köçür. Sonradan Parisdən 20 km aralı Malmizon iqamətgahında öz saray sviti ilə təm təraqlı həyat sürərək ömrünün sonuna qədər orada yaşayır. Burada o, rus çarı I Aleksandr ilə görüşmüşdür.

Ölümü

29 may 1814 cü ildə Parisdən 20 km aralıdakı iqamətgahında – Malmezonda ağır fəsadlaşmış laringitdən və nəfəs yollarının ödemindən əzab cəkərək vəfat edir. Jozefina Boharne müqəddəs Piyer və müqəddəs Paul (fr. Saint-Pierre et Saint-Paul ) kilsəsində dəfn edilmişdir.


Tarix: 02.03.2013 / 17:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 364 Bölmə: Dunya ve tarixi