beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Şah Süleyman

II Süleyman Səfəvi (fars. شاه سلیمان دوم‎), Süleyman şah Səfəvi, Mirzə Seyid Məhəmməd Məraşi —1749-cu ildən 1750-ci ilədək Xorasanda hakimiyyətdə olub. İran şahənşahı, Səfəvilər dövlətinin XII hökmdarı.Mündəricat
1 Həyatı
2 Qalereya
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

Mir Seyid Məhəmmədin anası Səfəvi şahı I Süleyman şah Səfəvi (II Şah Səfi)-nin qızı idi. Yəni o, ana tərəfdən Səfəvilər sülaləsindən idi. Məhz buna görə də o, İran taxt-tacına iddia edirdi.

1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. 1747-ci il iyul ayında hakimiyyətə Adil şah gəlsə də, çox keçmədən o, İbrahim şah tərəfindən məğlub edildi və hakimiyyətdən kənarlaşdırıldı. Lakin İbrahim şahın da hakimiyyəti uzun çəkmədi. Beləki o, 1748-ci ildə Məşhəd üsyançıları tərəfindən məğlub edildi və öldürüldü. İbrahim şah Əfşar öldürüldükdən sonra ona məxsus sərvət və var-dövlət onu qoruyan Mir Seyid Məhəmmədə qismət oldu. O isə öz növbəsində İbrahimin məğlubiyyətindən sonra onun hakimiyyətini tanımaqdan imtina etməklə bərabər, Səfəvi taxt-tacına namizəd kimi özünün təbliğini genişləndirdi. O, əslində rəqibi Şahrux şah Əfşarı zərərsizləşdirdikdən sonra hakimiyyətə gəlmək istəyirdi. Lakin Qum yaxınlığında məskunlaşmış türk Xələc tayfaları Mir Seyidə müraciət edərək, ona hakimiyyəti ələ almaq təklifini etdilər. Lakin o, təklifi qəbul etmədi. Bununla o, Şahruxa sadiqliyini nümayiş etdirmək istəyirdi. Şahrux şah Mir Seyidin güclü rəqib olduğunu nəzərə alaraq, ona qarşı sui-qəsd təşkil etdi. Lakin bu sui-qəsd baş tutmadı. 1749-cu ilin dekabrında Şahrux çevriliş nəticəsində hakimiyyətdən kənarlaşdırıldı. Və 1750-ci il yanvarın 14-də şah elan edilən Mir Seyid Məhəmməd II Süleyman ləqəbi ilə taxtda əyləşdi. Bununla belə II Süleymanın da hakimiyyəti çox sürmədi. Saray çevrilişi nəticəsində onun hakimiyyəti devrildi və 1750-ci il martın 20-də hakimiyyətə yenidən Şahrux şah gətirildi.


Tarix: 01.03.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Dunya ve tarixi