beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Frittata - İtalyan omleti resepti

Tərkibi:
4 ədəd yumurta
1 ədəd kiçik ölçülü kartof
1 ədəd kiçik ölçülü soğan
1 ədəd yaşıl bibər
10 ədəd göbələk
1 çimdik doğranmış cəfəri
Quz
Qara bibər
4-5 X.q duru yağ

Hazırlanması:
Göbələkləri qaynadın və süzün. Qaynadılan göbələkləri istədiyiniz böyüklükdə doğrayın. Bu sırada sobanız açın və 200 dərəcəyə gətirib istilədin.
Soğanı daha kiçik, kartofu və bibəri orta ölçülü böyüklüyündə doğrayın. Tavaya maye yağı, kartofları və soğanı qoyub duz əlavə edin və 1 dəqiqəyə qədər qovurun. Kartofların üzərinə bibərləri əlavə edib yüngülcə kartoflar yumşalana qədər qovurmağa davam edin.
Göbələkləri əlavə edib 1-2 dəqiqə daha qovurun. Yumurtalara duz, qara bibər və cəfəri əlavə edib yaxşıca çırpın. Yumurtaları bişən vəsaitin üzərinə tökün və bərabər paylanmasını təmin edin. Tavanı ocaqdan götürüb sobaya qoyun və 4-5 dəqiqə yumurtalar qabarana qədər bişirin. Frittatanızı dilimləyərək sevis edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:52 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Dünya mətbəxi