beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paella resepti (İspan mətbəxi)

Tərkibi:
Yarım çay stəkanı zeytun yağı
1 ədəd kiçik ölçülü soğan
2 diş sarmısaq
6 budaq cəfəri
1 çimdik zəfəran
Bir yarım litr toyuq suyu
3 ədəd dərisiz toyuq sinəsi
2 ədəd yaşıl bibər
1 ədəd qırmızı bibər
250 ml pomidor püresi
1 xörək qaşığı toz şəkər
1 su stəkanı düyü
Duz
İstiot
6 ədəd krevetka
200 qram ədviyyatlı sosiska
250 ml ağ şərab

Hazırlanması:
Bir qazanda zeytun yağı, soğan, sarmısaq və cəfərini qarışdırın. Soğanlar bənövşəyiləşdikdən sonra zəfəran, quşbaşı doğranmış toyuq, sosiska və bibərləri əlavə edib qovurun. Sonra pomidor püresi və şəkəri əlavə edib qarışdırın. Üzərinə düyü və toyuq suyunu əlavə edin və bişirməyə davam edin. Arada bir qarışdıraraq 5 dəqiqə daha bişirin. Şərabı əlavə edib qarışdırın. Krevetkaları əlavə edib 5 dəqiqə daha qaynadın. Az odda 10 dəqiqə daha bişirin. Əgər düyülər bişməyibsə bir az da toyuq suyu əlavə edib düyülərin bişməsini gözləyin. İsti olaraq servis edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:39 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Dünya mətbəxi