beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seks həyatını aktivləşdirən qidalar

Daha yüksək libido və aktiv seks həyatı arzu edirsinizsə, Ailem.az-ın təqdim etdiyi bu qidaları yeməyiniz köməyinizə çatacaq.



• Səhər yeməyində kətan toxumu, çərəz və yulaf əzməsi.

Yulaf əzməsinin tərkibində olan maddələr şəhvəti yüksəldən testosteron səviyyəsini nizamlayır. Kətan toxumu da testosteron səviyyəsini nizamlamaqla yanaşı vaginal quruluğa qarşı faydalıdır. Badam və qoz kimi çərəzləri yeməniz çox xeyirdir. Bu çərəzlərin tərkibindəki amon turşuları genital bölgəyə qan dövranını artıraraq sərtləşmə və boşalmanı asanlaşdırır.



• Günorta yeməyində qızıl balıq və quşqonmaz.

Qızıl balıq omega 3 yağ turşuları baxımından çox zəngindir. Qan dövranını sürətləndirdiyi üçün sürətli ereksiya və klitoral həssaslığı təmin edir. Quşqonmaz isə estrogen, progesteron hormonlarını normallaşdıraraq vaginal quruluğa qarşı faydalıdır.



• Günorta yeməyindən sonra ara vaxtlarda qarpız yeməyiniz faydalı ola bilər. Qarpızın tərkibindəki amon turşuları qan damarlarını genişləndirərək vaginal bölgəyə qan dövranını sürətləndirir.



• Axşam yeməyində xərçəng.

Sinklə zəngin xərçəng kişilərdə şəhvəti artırır. Onun tərkibindəki fosfor isə həm kişi, həm də qadınlar üçün xeyirlidir. Yağ turşuları ehtiva etdiyi üçün cinsi orqanların həssaslığını da artırır.



• Yeməkdən sonra təmiz portağal və ya qreyfurt suyu.

Hər gün bir qreyfurt cinsi həyatınızda möcüzələr yarada bilər. Fol turşusu, antioksidan və C vitamini ilə zəngin olan portağal kişilərin nəsilartırma qabiliyyəti üçün çox faydalıdır.



• Şirniyyat kimi şokoladlı banan yemək daha məsləhətlidir. Bananın tərkibindəki kalium əzələlərin güclənməsini təmin edir. Tərkibindəki B vitamini və maqnezium kişilərdə şəhvəti artırır. Bananı şokolada batıraraq yeməklə endorfin səviyyənizi də artıra bilərsiniz.


Tarix: 05.12.2013 / 13:16 Müəllif: ADMIN Baxılıb: 720 Bölmə: Cinsel Bilgiler