Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi yetkinlik

Cinsi yetkinlik nədir?
İnsan orqanizmi həyatı boyu dəyişikliyə məruz qalır. Bu dəyişikliklər cinsi yetkinlik dövründə, yəni qız və ya oğlan yetkinliyə ilk addımlarını atdığı zaman özünü daha qabarıq şəkildə büruzə verir. Qızlarda (9-13 yaşlarında) cinsi yetkinlik oğlanlara (11-14 yaşlarında) nisbətən tez başlayır.

Qeyd etmək lazımdır ki, cinsi yetkinliyin başlanğıcı, intensivliyi və başa çatması fərdidir. Burada hər hansı bir yaş həddi yoxdur. Əgər bu proses 8 yaşına qədər və yaxud 14 yaşdan sonra başlayarsa, o zaman həkimə müraciət etmək lazımdır.
10-20 yaşlar arasında olan fərdlər yeniyetmə sayılır. Yeniyetmə nə uşaq, nə də yaşlı insan sayılır. Yeniyetməlik dövrü görkəmin, dünya görüşünün, psixikanın, emosional sferanın dəyişilməsi ilə səciyyələnir.
Onlara kömək lazımdır

Orqanizmdə baş verən dəyişikliklər yeniyetmələrə və onların valideynlərinə çoxlu qayğı gətirir. Yeniyetmələrdə qeyd edilir:

Tez əsəbiləşmə;
Əhvalın gözlənilmədən dəyişməsi;
Onu heç kimin başa düş-məməsi hissiyyatı;
Bacarıqsızlıq və tənhalıq hissiyyatı.

Yeniyetmələr ətrafda baş verən hər şeyə çox həssas olurlar. Onlar çox emosional olur və ona görə də yanlış qərar qəbul edə bilərlər. Bu zaman onlara sizin köməyiniz çox vacibdir.
Siz oğlunuz və qızınızla çox yaxın olun, tez-tez söhbət edin, öz həyatınızdan misallar gətirin, onlarla dost olun. Uşağınızın atdığı hər hansı addıma hörmətlə yanaşmağa çalışın.

Həmyaşıdların təsiri
Dostunuzun Sizi yaxşı işlərə cəlb etməsi (ümumi marağınız daxilində, müxtəlif sahələrdə, hətta məhəbbətdə), uğur qazanmağınızda çox vacibdir.
Dost həm də Sizə mənfi təsir edə bilər Sizi ailənizin adətlərini pozmağa təhrik edə bilər, kobud davrana bilər, Sizi narkotik qəbul etməyə məcbur edə və yaxud hazır olmadığınız halda cinsi əlaqəyə sövq edə bilər.
Sizə dostlarla birlikdə vaxtınızı keçirmək həmişə xoşdur. Bəs başqalarının etdiyini etmək istəmədiyiniz zaman nə etməlisiniz?

Ola bilər ki, tez və ya gec Sizin dostunuz “Biz hamımız bunu etməliyik” dediyi halda Siz bundan imtina etməlisiniz. Bunu etməkdən əvvəl mütləq fikirləşmək lazımdır. Əgər Sən imtina etmək istəyirsənsə, bunu necə etməlisən?

Nəzərə al ki, Sizin aranızda bəziləri lider axtarır ki, o, hamıya lazımsız hərəkətdən imtina etməyə kömək etsin. Sən həmin lider ola bilərsən!

Yaşıdlarının çoxu Sənə hörmətlə yanaşacaq. Nə üçün? Çünki onlar görəcəklər ki, Sən heç kimdən asılı olmayan şəxsiyyətsən, kütlənin bir hissə-si deyilsən. Bundan əlavə, bu Sənin özünə inamını və hörmətini artırmış olacaq.
“Siz öz şəxsi mövqeyinizi qoruyursunuzsa, özünüzə səs vermiş olursunuz və şəxsi inamlarınıza sadiq qalırsınız ki, bu da həmişə xoşdur”
Kerol Veston

İmtina et
Sənin ətrafında çoxlu narkomanlar, siqaret çəkənlər, alkoqollu içkiləri sevənlər vardır.
Ağıllı insanlar həmişə onlardan aralı gəzirlər.
Nə üçün? Onlar bilirlər ki, narkotiklər, tütün, alkoqol insan orqanizmi üçün çox zərərlidir. Sən də onlar kimi bu zərərli adətlərdən uzaq ol!
Bununla da sən öz sağlamlığına və gələcəyinə təmiz yol açmış olursan.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Cinsel Bilgiler
loading...