beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ailədə uşaqlar

Nikah ən çox dərk olunan və ya dərk olunmayan bioloji istəyə əsasən, nəsil artırmaq instinkti nəticəsində baş verir. Uşaqlara sevgi, qayğıkeşlik hissləri insanı bütün ömür boyu müşayiət edir. Artıq özlərinin hətta ata, ana olan uşaqlarına qarşı valideyni məhəbbəti heç kimi təəccübləndirmir. Ailədə uşaqların olmaması, təbiət tərəfindən qoyulmuş qanunun həyata keçirilməməsi hissləri daima əsəbləri pozan bir amilə çevrilir.


Şübhəsiz ki, bütün uşaqsız ailələr uşaqlı ailələrə nisbətən daha az xoşbəxtdirlər və nikahda uyğunluq onlarda nisbətən azdır. Uşaqlara məhəbbət, onlara qayğı (bütün başqa instinktlər kimi) bəzilərində çox güclü, bəzilərində zəif olur. Çox nadir hallarda elələrinə rast gəlmək olar ki, onlarda bu instinkt, ümumiyyətlə, olmasın. Lakin ailədə uşaqların mütləq olması əksəriyyət tərəfindən norma hesab olunur.

Ailənin və ayn-ayn şəxslərin həyatında uşaqların bir neçə funksiyası var. Birincisi, uşaqlar ona görə lazımdır ki, ailə möhkəm, şən və mükəmməl olsun. Başqa sözlə, uşaqlar ailə həyatına ahəngdarlıq verirlər. İkincisi, uşaqlar valideynlərin tərbiyəçi kimi atalıq və analıq imkanlarının meydana çıxmasına səbəb olurlar. Uşaqlar elə bir obyektdirlər ki, valideynlər özlərinin on yaxşı xüsusiyyətlərini onlarda davam etdirə bilirlər. Üçüncüsü, uşaqlı ailədə valideynlər qocalıq dövründə tək-tənha qalmaqdan qorxmurlar. Nəhayət, bir neçə uşağı olan ailələrdə nəslin düzgün tərbiyəsi daha yaxşı həyata keçirilir. Bu dörd müsbət cəhətlə yanaşı, iki mənfi cəhəti də göstərmək lazımdır. Uşaqlar valideynlərini ailə qayğılan ilə yükləyib, onları şəxsi, ictimai və mədəni həyatdan, dostlardan, tanışlardan və s. tam və ya müəyyən dərəcədə ayırır; ailədə uşaqların olması və bununla əlaqədar məişətdə maddi çətinliklərin yaranması da ailədə münasibətlərin gərginləşməsinə səbəb ola bilər.

Nəslin davam etdirilməsi instinkti (buraya yalnız cinsi əlaqə ehtiyacı deyil, eyni zamanda uşaq böyüdüb tərbiyələndirmək də aiddir) hər bir şəxsdə vardır. Öz uşağına məhəbbət və onu böyüdüb tərbiyələndirmək arzusu, onunla ünsiyyət daimi və sıx əlaqə ilə güclənir. Psixoloqlar müəyyən etmişlər ki, əgər uşaqlar valideynlərilə, xüsusilə ataları ilə həyatlarının birinci ilində təmasda olmayıblarsa onlar belə təmasda olan uşaqlara nisbətən daha az sevilirlər. Ailənin təməlini möhkəmləndirən ən mühüm cəhətlərdən biri ailədə uşaqların olmasıdır. Uşaqlarla əlaqədar qayğılar, xüsusilə müxtəlif həyəcan hissləri, ər-arvadı heç də qızğın sevgidən az yaxınlaşdırmır. Ümumiyyətlə, ailədə uşağın olmasından əlavə, həm də onların sayı nikahda ahəngdarlığa müsbət təsir göstərir. Uşaqlar nə qədər çoxdursa, ailə bir o , qədər möhkəmdir və boşanmalar az odur. Çox güman ki, boşanmaların sayca artması ailələrdə uşaqların az olması ilə əlaqədardır. Uşaqların ailəni möhkəmləndirə, kişini və qadını bir-birinə bağlayan əsas amillərdən biri, olduğunu heç vaxt unutmaq olmaz. Evlənmək üçün VVAQ bürosuna ərizə vermiş şəxslər arasında aparılan sosioloji sorğuda adamların 88-89 faizi iki, üç və daha çox uşaq arzuladıqların göstərmiş, lakin bir neçə il sonra sosioloqlar həmin ailələrdə bir uşaqdan artıq olmadığını qeyd etmişlər. Gənc ər-arvadlar bu qərara gəlmələrinə 15 səbəb göstərmişlər. Bu səbəblərin əksəriyyəti ər-arvadlar tərəfindən daim göstərilməkdədir (məsələn, mənzil çatışmazlığı, maaş səviyyənin aşağı olması, məktəbəqədər idarələrin azlığı və s). Başqa səbəblərdən intellektual cəhətdən qadının öz ərindən geri qalmaq istəməməsi, ictimai həyatda iştirak edib şöhrət qazanmaq arzularını göstərmək olar. Ailədə çox uşağın olmasını istəməməyin çox ciddi səbəblərindən biri boşanma ehtimalıdır. Hazırda boşanma məsələsinə münasibət 40—50 il bundan əvvəlkinə nisbətən çox asanlaşıb və hətta bir-birini həqiqətən çox sevən ər-arvadlar da boşanmanın mümkün ola biləcəyini inkar etmirlər (uşaqların sayı isə adətən enlənmənin ilk illərində qərarlaşdırılır). Uşaqların az sayda olması arzusu haqqında aparılan sorğuda deyilən bütün 15 səbəbdə iştirak edən, amma haqqında adətən danışılmayan bir səbəb də var.

Söhbət bizim həyatımızın ekoloji cəhətindən gedir. Həyat şəraitin sözün tam mənası ilə bizim davranışımızda özünü göstərir. Çoxmərtəbəli binalar, küçələrdə, ictimai nəqliyyatda, mağazalarda adamların saysız-hesabsız olması elə ilk baxışda belə bir təəssürat yaradır ki, biz insanlar çoxuq, bizim üçün darısqallıq yaranıb. Xüsusi avtomaşınların yalnız küçələri deyil, hətta təbiətin ən xəlvət yerlərini də doldurması adamları belə bir fikrə gətirir ki, bizim üçün yalnız şəhərlərdə deyil, bütün yer kürəsində darısqallıqdır. Odur ki, adamların çoxluğunu və darısqallığı daim duymağımız şüurumuzun hansısa qeyri-ixtiyari bir mexanizminə təsir göstərərək ailədə uşaqların sayı haqqında bizim qərarımıza müəyyən dərəcədə istiqamət verir.

Ailədə uşağın doğulmasının həm seksual və həm də nikahın uyğunluğu baxımından çox böyük əhəmiyyəti vardır. Uşaq doğulması ilə nəticələnən hamiləlik qadının sağlamlığı, onun seksual cəhətdən formalaşması və çox hallarda cinsi soyuqluğun profilaktikasında çox böyük rol oynayır. Doğuşdan sonra qadınlarda intim gözəllik yaranır. Uşaq doğmaq qadında özünə inam yaradır, onu bir şəxsiyyət kimi mənalı və seksual cəhətdən də cazibədar edir.

Hər bir təkrar hamiləlik ər-arvad münasibətlərini möhkəmləndirir. Bu, yalnız ailə hisslərinin daha yüksək inkişafı ilə izah olunmur. Birgə həyatda müxtəlif kiçik narazılıqlar, incikliklər tədricən üst-üstə yığılıb artır. hamiləlik və uşağın doğulması isə münasibətlərdə bu neqativ halları yuyub aparır.

Qadının sağlamlığında və cinsi həyatında nisbətən gec—30—35 yaşlarında təkrar hamiləliklər çox vacib və əsas rol oynayır. Bu yaşlarda hamiləlik və doğuş qadını həm zahiri və həm də daxili cəhətdən, demək olar ki, on —on beş il cavanlaşdırır. Bu, süni zamanda onu sağlamlaşdırır və ömrünü uzadır. Ona görə də əbəs yerə deyil ki, uzunömürlü qadınlar arasında qoca qızlara və doğmamış qadınlara rast gəlinmir.

Uşaqların tərbiyəsi ər-arvad qarşısında ümumi problemlər qoyur ki, bu da ər və arvadın ailə həyatında birgə fəaliyyət göstərməsinə, möhkəm əlaqə yaratmasına və izdivacın möhkəmlənməsinə səbəb olur. Ailədə müxtəlif yaşlı uşaqların olması bu məsələni daha da dərinləşdirir, onlara qarşı qayğının da çox və müxtəlif olması tələblərini (məktəb, uşaq bağçası, körpələr evi) yaradır. Ailə problemlərinin çox hissəsi uşaqlarla əlaqədar olur. Bütün bunlar isə ər-arvadın istək və arzularını birləşdirib xoşbəxt ailə formalaşdırır. Tək uşaqlı ailələrdən fərqli olaraq çoxuşaqlı ailələrin bir çox müsbət cəhətləri var. Belə ailələrdə optimizm, xeyirxahlıq, fərasətlilik, şən həyat tərzi və birlik hökm sürür, yüksəklik, cansıxıcılıq əhval-ruhiyyəsi olunur.

Əgər başqa heç bir arqument olmasa da, yuxarıda qeyd olunanlar çoxuşaqlı ailənin işinə iki əllə səs vermək üçün kifayətdir. Çoxuşaqlı ailədə yaranan atmosfer sağlamlığa müsbət təsir göstərib, sinir sistemini möhkəmləndirir, stres hormonlarını neytrallaşdırıb orqanizmə zərər verə biləcək şəraitin qarşısını alır. Uşaqlarda valideynlərin əsas gərginliyini aradan qaldırmaq, stres vəziyyətini yüngülləşdirə bilmək qabiliyyəti vardır.

Bütün bunlardan belə bir əsaslandırılmış nəticəyə gəlmək olar ki, uşaqlar xəstəliyi və ölümü azaldan əlverişli amildir. Əlbəttə, əkər uşaqlar yaxşıdırlarsa! Yaxşı olmaları üçün onlar düzgün tərbiyə edilməlidirlər. Düzgün tərbiyə isə çoxuşaqlı ailələrdə daha asanlıqla həyata keçirilə bilir.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 330 Bölmə: Cinsel Bilgiler