beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi Akt və Onun Xüsusiyyətləri

Bu barədə elmi ədəbiyyatı, qədim mülahizə və fikirləri, habelə tövsiyyələri ümumiləşdirsək, belə məlum olar ki: Seksual münasibətlərin 7 növü mövcuddur.

Bunlardan ən yaxşısı o sayılır ki, iki nəfər bir-birini sevsin və cinsi əlaqəyə qarşılıqlı rəğbət səbəbindən girmiş olsun. Bu növ – “təbii cinsi əlaqə” adlanır.

Kişi və qadın bir-birlərmi çoxdan sevirlər, lakin heç cür yaxınlaşa bilmirlər, kişi çox vaxt səfərdə olur, qayıdanda da, ya söhbətləri tutmur, ya da küsüşürlər. Lakin sevgililərin hər ikisi qovuşmaq və öz arzularını tam təmin etmək istəyi ilə alışıb yanırlar. Bu, “ehtiraslı məhəbbət halında cinsi əlaqə” adlanır.

Lakin elə hallar da olur ki, kişi və qadın bir-birlərin sevmədən cinsi əlaqəyə girirlər. Onlarda bu ötəri istək müəyyən şəraiti, gərginliyi aradan götürmək ehtiyacının təsiri altında yaranır. Bu, “yalan məhəbbətin izdivacı” adlanır.

Belə hallarda tərəf-müqabillər özlərini bütün mümkün vasitələrlə vəcdə gətirməyə çalışırlar. Buna həyati misal:

“Mən iki il sərasər bir qıza hər cür nəvaziş göstərir, ona gül-çiçək bağışlayır, onu restoranlara, barlara aparırdım. O deyirdi ki, mənimlə özünü çox yaxşı hiss edir. Ancaq aramızda intim yaxınlıq yox idi: o, deyirdi ki, mənə ərə getmək istəyir, yalnız bundan sonra öz məhəbbət nəvazişini mənə bəxş edəcək. Bir dəfə mən onu öz anadan olma günümə dəvət etdim. Məclisdə daha iki dostum iştirak edirdi. Biz uzun müddət şənləndik, bu vaxt mənə zəng etdilər və mən yarım saatlıq getməli oldum. Lakin gözlədiyimdən xeyli tez qayıda bildim. Otaqda heç kəsi tapmayanda çox təəccübləndim. Yataq otağının qapısını açdım və … dəhşətdən donub qaldım. Mənim sevgilim iki dostumla məhəbbətlə məşğul idi. O məni gördükdə heç nə olmayıbmış ikimi soruşdu: “dostlarına qoşulmaq istəyirsən?” O vaxtdan mən bütün qadınlara nifrət edirəm”.

Daha bir məktub:

“Mənim 26, arvadımın isə 23 yaşı var. O gözəl, ağıllı, xeyirxahdı, evdə səliqə-səhman, rahatlıq yaratmağı bacarır. Aramızda ilk yaxınlıq biz evləndikdən sonra mümkün olub. Onun bu cür təmiz, bakirə qalması, evlən dikdən sonra da bir müddət məni yaxına buraxmaması ilk vaxtlar çox xoşuma gəlirdi. Lakin sonralar bu soyuqluq məni əsəbləşdirməyə başladı. O, cinsi əlaqədən hər cür bəhanə və vasitələrlə yaxa qurtarmağa çalışırdı. Mən buna etiraz etdikdə isə məni eqoizmdə təqsirləndirir. Anlaya bilmirəm ki, bu soyuqluğun səbəbi nədir”.

Tərəf-müqabillərdən biri cinsi əlaqə zamanı özünü xəyalən başqasınm ağuşunda təsəvvür edirsə bu, “xəyali məhəbbətlə cinsi əlaqə” adlanır.

Belə bir həyati misal:

“Bir dəfə növbəti sevgi “məşğulliyətin”dən sonra özümü saxlaya bilməyib, ərimə yarızarafat, yarıciddi dedim: “hə – ə, sən Meyson deyilsən”. Mən “Santa Barbara” serialının qəhramanını nəzərdə tuturdum. Ərim əlüstü cavab verdi: “Elə sən özündə Meriyə az oxşayırsan”

Həmin gündən mən xəyallar aləmində yaşamağa başladım. .Özümü Merinin yerində təsəvvür edir və sevirdim. Ərimlə isə hər şey aydın idi: eyni vaxtda, eyni qaydada öz “işini” görmək və arxasını mənə çevirib yatmaq. Lakin bu mənim vecimə deyildi, belə ki, sevgi oyunu zamanı onun yerində öz sevimli qarasaç tele qəhrəmanımı təsəvvür edirdim, buna görə çox fəal idim. Güclü orqazm keçirirdim. .

Bu yaxınlarda ərim təəccüblə dedi: “Sən çox ehtiraslı olmusan, daxilin də od kimidir”. Və o artıq arxasını mənə çevirmir, məni nəvazişlə öpür, əzizləyir və üzünü saçlanma quylayıb yuxuya gedirdi”.

Kişi və ya qadın qəfildən yaranmış ehtirası tələm-tələsik və narahat vəziyyətdə söndürəndə, bu, “surätli seks” adlanır.

“Birdəfə ərimlə istirahət gününü mənim valideyinlərimin bağında keçirirdik. Atamla anam aşağı mərtəbədə nahar hazırlayırdılar. Ərim süfrə arxasında yaraşıqlı görünmək üçün mənim təzə aldığım köynəyi geyindi. O bu geyimdə çox cazibədar görünürdü və məndə qarşısı alınmaz bir istək yarandı… və mən ərimi pilləkən başında sözün əsl mənasında… zorladım. Bu hər ikimiz üçün sürpriz idi və bu cinsi yaxınlıq cəmi 2-3 dəqiqə çəksə də, mənim həyatımda silinməz iz buraxdı. Bu indiyə qədər gördüyüm cinsi əlaqənin ən ehtiraslısı, ən çılğını idi”.

“Mənim işimin xarakterini nəzərə almaqla, yaxınlıq ərəfəsindəki nəvaziş və sığalı lazımsız vaxt itkisi hesab edirəm. Ağır iş günündən sonra uzun-uzadı əlaqə mənasız və yorucu bir işdir. Bir göz qırpımında kürəklərim yerə vurulanda və mən istədiyimi dərhal alanda özümü qat-qat yaxşı hiss edirəm”.

Kişi və bəzi hallarda isə qadın başqa birinin sadəlövlük və təcrübəsizliyindən istifadə edərək, onu aldadıb yoldan çıxaranda bu, “aldatma yolu ilə cinsi əlaqə” adlanır. Bu cür cinsi akt günahkarın karmasını daha da ağırlaşdırır. Ziyan çəkən isə zəruri karma təcrübəsini əldə etmiş olur.

Vaxt və yer

Cinsi aktın vaxtı və yeri ən müxtəlif mülahizələr əsasında müəyyən edilir. Şərqliləri deyə bilmərəm, ancaq avropalılarda cinsi akt adətən axşamdan xeyli keçmiş yataq otağında icra olunur. Artıq qeyd etdiyimiz kimi əgər kişi yaşlıdırsa və onun ereksiyası zəifləyibsə, onun axşam cinsi əlaqəyə girməsi problem şəklini alır, belə ki, o, yorğundur və beyni işdəki vəziyyətlə məşğuldu. Bunun nəticəsində ereksiya zəif olur və hər ikisi üçün yalnız məyusluq gətirir. Buna görə, yaşlı adamlar cinsi akt üçün səhərlər, yaxud günün birinci yarısı vaxt tapmalıdırlar.

Sekslə nə vaxt və necə məşğul olmaq məsələsi qədim Hindistanda hərtərəfli nizamlanıb. Qədim müdriklər kosmosdan gələn enerjini nəzərə alaraq, onun gücündən seksdə istifadə edirdilər. Onlar kişi adı daşıyan bürcün altında qadına yaxınlaşmağı məsləhət görürdülər. Əgər qadın qıçlarının arasın yumayıbsa, yaxud onunla olmaq həvəsində deylisə, yaxud əgər xəstədirsə və ya acdırsa, yaxud həddindən çox yeyibsə, əgər qadın hamilədirsə, yaxud başqasını sevirsə, onu əldə etməyə çalışmaq murdarlıqdır. Günəşin yeni Bürc işarəsinə daxil olduğu günlər cinsi əlaqə üçün ən yaxşı vaxt sayılır. Ay tikli günlərinə gəldikdə isə cinsi aktın keçirilməsi üçün ən sərfəli vaxtlar; 17-ci gün (həmən gün kosmik qadın enerjisi fəallaşır), 22-ci gün (Haneşi günü; həmin gün özlüyündə böyük gücə malik olmaqla yanaşı, həmdə seks təcrübəsi vasitəsilə kosmosdan məxfi bilik almağa kömək edir), 24-cü gün (həmin gün təbiət qüvvələrinin oyanması, köhnənin dağılması və yeninin yaranması ilə bağlıdır; xüsusi ilə seksual enerjinin oyanması və dəyişməsi üçün çox əlverişlidir). Enerjinin israfı ilə əlaqədar olaraq ən əlverişsiz günlər aşağıdakılar:

15-ci, 16-cı, 23-cü, 26-cı və 29-cu günlər. Qəməri ayın qalan günlərində cəsarətlə cinsi əlaqəyə girmək olar.

Cinsi aktın keçirilməsi yerinə gəldikdə isə Şərq müdrikləri məsləhət görürdülər: Müqəddəs ağac altında, yol ayrıcının yaxınlığında, mağarada və suda əlaqəyə girmək düzgün deyil. Bu halda xəstəlik taparsan, başın bəlalar çəkər. Adətən yol ayrıcında çoxlu mənfi enerji cəmlənir və o, insana keçə bilər. Mağarada anomal şüalanma zonaları ola bilər ki, bu da sizin enerjinizə mənfi təsir göstərər.

Suya gəldikdə isə o sizin bədəninizi əhatə edən enerjini “oğurlayır” və siz onu həmişəlik itirsiniz.

Müxtəlif dünya xalqlarında bu məsələ ilə bağlı adətləri qeyd etmək yerinə düşərdi. 18-ci yüzilliyin sonlarında Taitidə insanlar hələ də hamının gözü qabağında cinsi əlaqəyə girirdilər. Bu barədə xəbəri Avropaya kapitan Kuk[1]çatdırmışdı. Nəhəng taitili kişinin 12-13 yaşlı yeniyetmə qızla yerli əhalinin gözü qarşısındakı cinsi aktı Kuku əməli sarsıtmışdı. Onun dediyinə görə tamaşaçılar bu rüsvayçı səhnəni maraqla izləyərək, hər iki “oyundaşın” seks texnikasını işgüzarcasına müzakirə edirdilər.

Bizim günlərdə hamının gözü qarşısında cinsi aktı icra edildiyi yeganə yer Filippinin yaxınlığında yerləşən Yap adasıdır. Orada bu cür nümayişkaranə cinsi əlaqə əsla eyib sayılmır və camaat buna, məsələn biz futbola tamaşa edən kimi baxar və azərkeşlik edir. Lakin hətta Yapda da uşaqların bu səhnəyə baxmamasına çalışırlar.

Cinsiyyət orqanlarının və bədən proporsiyaiarının ölçüsü.

Bacarıqla seçilmiş pozanın sayəsində kişi və qadının müxtəlif cinsiyyət orqanlarını uyğunlaşdırmaq və bunun hesabına cinsi aktdan maksimum zövq alaraq olar.

Biz kişi və qadınların fərdi seksual fərqlərini təhlil edərkən, demişdik ki, müəyyən ölçüdə cins üzvü olan kişi müəyyən ölçüdə uşaqlıq yolu olan qadın üçün daha çox yarayır. Bunun əsasında belə bir nəticəyə gəlmişdik ki, kişi və qadınların cinsiyyət orqanları ölçülərinin proporsiyaları cinsi akt zamanı 9 müxtəlif poza sayəsində öz təminatım tapa bilər. “Kama Sutra”da deyilir: “Cinsiyyət orqanlarının uyğun gəldiyi ittifaqlarda heç vaxt heç bir problem olmur. Qeyri-bərabər ittifaqlarda isə tarazlıq yaradan mövqelərdən (pozalardan) istifadə etmək Iazımdır”.

Cinsi akt zamanı bədənlərin qarşılıqlı əlaqəsinə cinsiyyət orqanlarının ölçüləri arasındakı fərqlə yanaşı, qadın və kişinin çəkisi və proporsiyaiarı da öz təsirini göstərir. Həqiqətən də əgər kişi nəhəng, qadın isə bapbalacadırsa (biz hələ onların cinsiyyət orqanları arasındakı fərqi demirik), qadın altda, kişi üstdə olduqda onlar üçün cinsi aktı icra etmək ən azı fiziki cəhətdən çətinlik törədəcək. Əgər sevgililərdən biri spesifik proporsiyaya malikdirsə (məsələn, qarnı böyükdürsə), bu da müvafiq poza seçilməsini tələb edir. Buna görə hər iki sevgilinin proporsiyaları bir-birinə uyğun olduqda, cinsi təminat da asan əldə edilir. Proporsiyalar fərqli olduqda isə pozanın düzgün seçilməsi sayəsində bu fərqi asanca aradan qaldırmaq olar.

2. Cinsi pozalar və orqazm.

Hər bir qadın özünə-məxsus həssaslığa malik olduğu üçün cinsi əlaqə zamanı orqazm da əsasən, hansısa cinsi üzvün, məsələn, klitoral, yaxud uşaqlıq boynunun və s. şövqləndirilməsi nəticəsində baş verə bilər. Müvafiq poza qadının cinsiyyət orqanının ən həssas nöqtələrinə daha səmərəli təsir göstərməyə və orqazm törətməyə imkan verir.

3. Tərəf müqabillərin qarşılıqlı energetik əlaqəsi.

İnsan orqanizmində daim enerji dövran edir. Hər hansı bir fəaliyyət zamanı onun axını insanın göstərdiyi iradi cəhdə düz mütənasib güclənir. Enerji axınının güclənməsi zahirən, bədənin qızışması, tərin ifrazı ilə ifadə olunur. Orqazm – insanın ən güclü enerji ifadəsidir, Bədənin müxtəlif vəziyyətləri (pozaları) enerjini bədəndə müxtəlif şəkildə dövr etməyə məcbur edir. Pozanı dəyişməklə biz enerjini axınmı dəyişə, onu şüurlu surətdə lazımi yerə yönəldə bilərik.

Onu da deyək ki, daha gənc tərəf-müqabil ilə cinsi akt insanı cavanlaşdırır, onun orqanizminə sağlamlaşdırıcı təsir göstərir. Yaşlı tərəf-müqabilin enerji potensialı, cinsi əlaqə zamanı gənc sevgilisindən mübadilə yolu ilə aldığı enerji hesabına artır.

Cinsiyyət orqanlarının bir-birinə uyğunlaşdırılmasına imkan verən pozaların təsvirinə başlamazdan əvvəl bir neçə qeyd söyləmək istərdik. Fallosu qəbul etmək və sıxmaq funksiyasını qadın cinsi akt pozası hesabına tənzimləyə, öz uşaqlıq yolunu kiçildib-böyüdə bilər. Ayaqlar qarına nə qədər çox sıxılırsa, uşaqlıq yolu bir o qədər kiçilmiş olar. Qadın öz ayaqlarmı araladıqda yaxud hətta çarpazlaşdırdıqda, əzələlərin gərilməsi baş verir və tənasül alətmin sıxılma dərəcəsi dəyişilir.



Əgər kişinin fallosu iri və yoğun, qadının uşaqlıq yolu dayaz və dardırsa:

İndrani[2] pozasi – qadın arxası üstə uzanır, ayaqlarını qaldırıb kişinin belinə dolayır. Bu poza qadına ən iri fallosu belə problemsiz öz bətninə qəbul etməyə imkan verir.

Geniş açılmış poza – qadın arxaya söykənir, budlarını qaldırır və sevgi oyunu zamanı geniş açılmış halda saxlayır.

Gərilmə poza – qadın arxaya söykənir, başım aşağı salır və bədənini orta hissəsini qaldırır. Bu cür pozada kişi fallosu ilə güclü təzyiq göstərməməli, onu tələsmədən narın hərəkətlər seriyası ilə yeritməlidir.

Bu cür poza qadına öz uşaqlıq yolunu genəltməyə və iri fallosa uyğunlaşmağa imkan verir.



Əgər kişinin fallosu orta və nazik, qadının uşaqlıq yolu dərin və gendirsə:

Düz poza – qadın ayaqlarını aralamadan uzadır. Bu pozanın iki növü var: böyrü üstə və arxası üstə. Böyür pozası zamanı kişi sol böyrü üstə qadın isə sağ böyrü üstə uzamr.

Sıxma poza – cinsi akt düz pozada başladıqdan soma, qadın kişinin fallosunu öz bəminə qəbul edərək, budlarını kişinin budlarına kip sıxmaqla fallosu öz içində möhkəm saxlayır.

Sarmaşma poza – qadın “sıxma poza”sından “sarmaşma pozası”na keçərək, bir budunu kişinin budunun göndələrinə qoyur.

Madyan pozası – qadın “sarmaşma poza”sında ayaqlarını bir-birinə kip sıxır, sonra əzələ gücü hesabına fallosu öz uşaqlıq yolunda saxlayır.

Çarpaz poza – qadın arxası üstə uzanır, ayaqlarmı uzadıb çarpazlaşdırır. Belə poza fallosun uşaqlıq yoluna kip “yatmasına” səbəb olur.

Təsvir edilən pozalar qadının uşaqlıq yolunun fallosdan iri olduğu hallar üçün yarayır. Düz, sıxma və sarmaşma pozaları klitor orqazmı olan qadınlar üçün faydalıdır


Uşaqlıq yolu orqazmı keçirən qadınlar üçün ən çox aşağıdakı pozalar sərfəlidir:

Dönmə poza – kişi öz fallosunu qadının uşaqlığından çıxarmadan 180 dərəcə bucaq altında dönür və arxadan qadından kam alır.

Dayaq poza – kişi və qadın divarın, yaxud sütunun önündə bir-birlərinə dayaq verərək əlaqəyə giririlər.

Oturaq poza – kişi çarpayının qırağında oturur, qadın isə fallosu qəbul edərək, kişinin budları üstündə qərar tutur və qollarını kişinin boynuna dolayır. Kişi qadının yançaqları altından yapışaraq onu qaldırır, aşağı salır, yırğalayır. Fallos uşaqlıq yolunun dərinliyinə işləyir, qadın gah bir, gah da hər iki ayağını qaldırmaqla (kişi əlləriylə onun ayaqlarına dayaq verir), fallosun uşaqlıq yolunda səmtini dəyişir, bu da hər ikisinə gözəl duyğu və həyəcanlar bəxş edir.

Oturaq vəziyyətdə icra edilən cinsi aktı at minməklə müqayisə oluna bilər. At sürərkən qadında uşaqlıq nahiyyəsinə qan axını artır, bu da seksual hissiyatı gücləndirir. Yeri gəlmişkən onu da deyək ki, bəzi köçəri xalqlarda at belində qadınla cinsi əlaqəyə girmək adi haldır. Deyilənə görə qadın bu zaman çox güclü orqazm keçirir; kişi cilovu tutur, qadın isə ayaqlarım aralayaraq öz tərəf-müqabilinin qucağında onunla üzbəüz oturur. Bu vəziyyətdə heç bir hərəkət etmək lazım gəlmir, qadının bədəni atın yerişinə, yaxud qaçışı nəticəsində qalxıb enir. Bunlardan əlavə “asma” və “inək” pozaları da var.



Uşaqlıq boynunun şövqləndirilməsi nəticəsində orqazm keçirən qadınlar üçün aşağıdakı pozalar daha çox uyğun gəlir.

Qaldırma poza – qadın arxası üstə uzanır və hər iki ayaqların qaldırır. Yaxud, ayaqlamı qaldırıb kişinin çiyinlərinə qoyur.

Sıxılma poza – qadın arxası üstə uzanır, ayaqlarını cütləyib qaldırır və sinəsinə tərəf çəkir, dabanlarını sevgilisinin sinəsinə dirəyir.

Yarısıxılma poza – qadın arxası üstə üzanır, bir ayağını qaldırır düz uzadır, o birini isə dizdən bükərək dabanını kişinin sinəsinə dirəyir.

Lotosvari poza – qadın arxası üstə uzanır və ayaqlarım lotos pozasında çarpazlayır. Soma budlarını qaldırıb sinəsinə tərəf çəkir. Diz üstə çökmüş və ya qadının üstünə uzanmış kişi üçün bu çox əlverişli pozadır.

Bunlardan əlavə “bambuk yarma”, “düz mıx” və “krab” (“yengəc”) pozaları da var. Lakin bu vəziyyətlərdə seksin icrası qadından yoq sistemi üzrə xüsusi hazırlıq tələb edir…



Qadın kişinin üstündə olmaqla da özü və kişi üçün böyük həzz hissi bəxş edə bilər. Hansı növ orqazm keçirməsindən asılı olmayaraq qadın aşağıdakı üç variantdan birini seçməyi üstün tutur.

Maqqac – qadın arxası üstə uzanmış kişinin üzərinə qalxır, onun fallosunu öz uşaqlıq yoluna daxil edir, öz budlarının hərəkəti ilə fallosu çıxmağa qoymur, onu sıxır, uzun müddət onun üzərində dala-qabağa hərəkət edir, yanlara əyilərək fallosla öz uşaqlıq yolunun divarlarını şövqləndirir. Bu poza uşaqlıq yolu orqazmı keçirən qadınlar üçün daha münasibdir.

Fırlanma poza – qadın uzanmış kişinin üstündə oturmaqla onun fallosunu öz içinə daxil edir və falosla vulfa arasında kip kontakt saxlamağa çalışır. O kişinin üstündə təkər kimi fırlanır və bədənini yırğalamaqla fırlanmanın müntəzəmliyini təmin edir. Bu, klitor orqazmına kömək edir.

Yelləncək – qadın, arxası üstə uzanaraq bədənin orta hissəsini yuxarı qaldıraraq kişinin üstündə oturur, onun fallosunu öz içinə daxil edir. Sonra arxasını ona tərəf döndərir (fallosu öz içindən buraxmadan) və dala-qabağa yırğalanmağa başlayır. Bu üsul həm klitor orqazmına həm də uşaqlıq yolu orqazmına kömək edir.

Kama Sutrada deyilir: “İstedadlı insan öz fəhmi və fantaziyası sayəsində cinsi akt pozalarının sayını daim artırmalıdır. Belə ki, müxtəlif ölkələrin ənənələrinə əsasən icra edilən bu müxtəlif üsullar tərəf-müqabildə məhəbbət, dostluq və hörmət hissi doğurur“.

Cinsi akt zamanı uşaqlıq yolunda mərhələlərlə fizioloji dəyişikliklər gedir. Yüngülcə oyanmanın ilk mərhələsində uşaqlıq yolunun genişlənməsi baş verir ki, kişi öz fallosunu çətinlik çəkmədən ora daxil edə bilsin. Həmin anda həqiqətən də kişi fallosunun müəyyən mənada “boşluğa” düşdüyünü hiss edir və bəziləri bunu çox xəstəhal qarşılayır.

Sonrakı mərhələ: uşaqlıq yolu daralmağa və intensiv ifrazat başlayır. Sonra bu axıntı sanki “quruyur” və uşaqlıq yolu getdikcə fallosu daha bərk sıxır. Bu zaman kişi öz tənasül alətinin hərəkətlərini daha aydın duyur və bu ona həzz hissi bəxş edir. Müəyyən müddətdən sonra orqazm baş verir.

Bir çox qadınlar yalnız ona görə orqazm keçirmirlər ki, cinsi aktın davamiyyəti fizioioji reaksiyaların kipləşmə və sıxma həddinə gəlib çatmır.

Qadın kişi fallosunun bərkliyinə əsasən onun ehtiras dərəcəsini aydın hiss edir, kişi isə qadının uşaqlıq yolunun yığılmasma əsasən onun vəziyyətindən xəbər tutur. Təcrübəli sevgililər biliriər ki, nə vaxt ehtirası gücləndirmək və nə vaxt ehtirası cilovlamaq, fasilə vermək lazımdır. Bütün bunlar getdikcə şiddətlənən ehtirası sinxronlaşdırmağa, bir ahəngə tabe etməyə və eyni vaxtda orqazm keçirməyə imkan verir.

Qadın orqanizminin bu xüsusiyyəti cinsi aktın düzgün icra olunmasını tələb edir. və burada qadının irəlicədən vəcdə gətirilməsi, fallosun uşaqlıq yolunun içində hərəkətləri və pozaların vaxtında dəyişilməsi böyük rol oynayır.

“Kama Sutra”da cinsi akt zamanı kişinin icra etdiyi cinsi hərəkətlərin bir-birindən aydın seçilən 9 növü sadalanır.
Qabağa hərəkət – Fallos uşaqlıq yolunun içində dala-qabağa hərəkət edir. Bu hərəkət uşaqlıq yolu orqazmına imkan yaradır.
Çalxalama – Qadın fallosu əli ilə tutur, döndərir və uşaqlıq yolunun içində çalxalayır. Bu hərəkət uşaqlıq yolunu və klitoru yaxşı şövqləndirir.
Sancılma- Bu halda fallos zərblə uşaqlıq yolunun yuxan hissəsinə sancılır. Bu hərəkət uşaqlıq yolunun üst hissəsində yerləşən və “G – ləkəsi” adlanan xüsusi yeri lazımınca stimullaşdırır ki, bu da qeyri-adi həzz hissi keçirməyə kömək edir və orqazm törədir.
Sürtmə – “Sancılma”da olan hərəkətlər indi də uşaqlıq yolunun aşağı hissisəsi ilə əlaqədar icra edilir.
Zərbə endirmə – Fallos uşaqlıq yolundan tam çıxarılır və sonra zərblə yerinə qaytarılır, bu klitor orqazmı keçirməyə kömək edir.
Qaban zərbəsi – Uşaqlıq yolunun bayır hissəsi fallosla qıcıqlandırılır.
Sərçə əylənməsi – Uşaqlıq yolunun dərinliyinə yerimiş fallos oynaq hərəkətlərlə aşağı, yuxarı yırğalanaraq, uşaqlıq boynuna sürtünür. Bu hərəkəti uşaqlıq yolu fallosu yaxşıca sıxdıqdan sonra etmək məsləhət görülür.
Təzyiq – Uşaqlıq yolunun içində olan fallos tədrici təzyiqlə mümkün qədər dərin qatlara yeridilir. Bu üsul uşaqlıq yolu boynunun qıcıqlandırılmasına kömək edir.
Birgə təzyiq – Bu o zaman baş verir ki, kişi və qadın növbə ilə uşaqlıq yoluna və fallosa təzyiq göstərirlər.

Sevgililər məhəbbət oyunu zamani öz cinsi hərəkətlərini dərk etməli və mümkün qədər çox məharət göstərməyə çalışmalıdır. Bu, şüuru və emosiyaları cəmləşdirməyə kömək edir. Bu da öz növbəsində enerjini lazımi yerə yönəltməyə imkan verir. Onlar təcrübə prosesində ustalaşaraq, bunu vəhdət halında həyata keçirməyi öyrənirlər.

“Kama Sutra”da deyilir: “Kişinin başlıca vəzifələrindən biri özünü mümkün qədər əldə saxlamağı və eyni zamanda öz sevgilisinin həzz hissini artırıb sürətləndirməyi öyrənməkdən ibarətdir. Axı qadında istək kişilərə nisbətən daha gec oyanır. Onun bu cür ləng oyanması və vəcdə gəlməsi uzun sürən hazırlıq-cinsi akta başlamazdan əvvəl qucaqlaşmalar, öpüşlər, sürtünmə və s. tələb edir. Bir cinsi aktla onu təmin etmək çətindir. Qadın cinsi akt zamanı müvafiq nəvaziş görmədikdə özünü bir növ təhqir olunmuş hiss edir, əsəbilik keçirir. İkinci cinsi akt zamanı qadın tam oyanır, vəcdə gəlir və orqazm keçirir. Yalnız bu halda demək olar ki, o təmin edilib”.

Kişilərdə hər şey əksinədir. Onlar birinci cinsi akta başlayarkən artıq ehtiras içində alışıb yanır, ikinci akt zamanı soyuyur, çox vaxt onu alayarımçıq başa çatdırır, bəzən isə heç buna da qadir olmurlar”.

Müasir həyat bu tövsiyyə və dəlillərə öz düzəlişlərini edir: vaxt azdır, işdən sonra yorulursan, qadın öncədən həvəsə gətirməyə hövsələn çatmır və s. Buna görə ayrı-ayrı əlverişli məqamlarda “tez-bazar” akt mümkündür.

İndi isə görək, kişi qadının zahiri əlamətləri əsasında cinsi aktı lazımınca yerinə yetirib-yetirmədiyini, qadının təmin olunub-olunmadığım necə müəyyən edir.

“Kama Sutra”da deyilir: “Su odu üstələdiyi kimi qadın da kişini üstələyir”. Məhəbbət sənətinin ustaları olan insanlar müxtəlif ədviyyatları qarışdıraraq dadlı təam hazırlayan aşbazlara bənzər. İn sənətindən (qadın xüsusiyyətlərindən) və Yan sənətindən (kişi xüsüsiyyətlərindən) xəbərdar olan kəslər ləzzət hisslərini qarışdıraraq məhəbbət iksirini almağı bacarırlar; bunu bacarmayanlar isə məhəbbət iksirindən doyunca dadmadan qəfil öləcəklər”.

Kişi qadının vəcdə gəldiyini beş əsas simptom üzrə müəyyən edə bilər. Birinci əlamət – elə ilk nəvazişlərdən sonra qadın pörtüb qızarır, sinəsi qalxıb-enir, bədənində bir titrəyiş duyulur; bu halda kişi onu özünə tərəf çəkib bərk-bərk sıxmalıdır. İkinci əlamət – qadının döş gilələri bərkiməyə başlayır, burnu isə azca nəmlənir; bu zaman kişi öz fallosunu qadının uşaqlıq yoluna daxil etməlidir. Üçüncü əlamət – qadının boğazı quruyur və o, udqunmağa başlayır; bu onu göstərir ki, kişi öz fallosunun hərəkətə gətirməlidir. Dördüncü əlamət – qadının uşaqlıq yolu nəm və sürüşkən olur; bu halda kişi öz fallosunun hərəkət surətmi artırır və daha dərin qatlara “yol” açır. Beşinci əlamət – qadının uşaqlıq yolunun ifrazatı bayıra süzülür. Bu onu göstərir ki, qadın tam təmin olunub.

Zahiri əlamətlər əsasında qadının nə dərəcədə vəcdə gəldiyini də təyin etmək olar. Birincisi, əgər qadın öz düşüncələrində cinsi yaxınlığı arzu edirsə, o, kəsik-kəsik nəfəs almağa başlayır. İkincisi, əgər qadını şəhvət hissi bürüyürsə və onun cinsiyyət orqanlarına qan bol axmağa başlarsa, qadının burun pərələri genişlənir, ağzı isə açılır. Üçüncüsü, əgər onun bütün varlığı cinsi akt vasitəsilə hərəkətə gəlməyi arzulayırsa, o, bədənini ritmik şəkildə dala-qabağa aparmağa başlayır. Dördüncüsü, əgər qadının istəyi tam ödənilmişsə, onun Nefrit Qapısından (uşaqlıq yolu) bol rütubət axmağa başlayır. Beşinci, əgər qadın orqazma nail olmaq istəyirsə, o, bütün bədəniylə gərilir və gözfərini yumur.

Qadının 10 xarici reaksiyası əsasında kişi anlaya. bilər ki, o nə etməlidir. Birinci, qadın kişini qucaqlamaqla bildirmək istəyir ki, kişi onu özünə tərəf çəkib onunla cinsi əlaqəyə girsin. İkinci, ayaqlarmı qabağa uzatmaqla qadın göstərmək istəyir ki, kişi onun klitorunu stimullaşdırsın.

Üçüncü, qadın qarnın qabağa verməklə kişiyə bildirmək istəyir ki, o öz tənasül aləti ilə onun uşaqlıq yolunda qısa və səthi hərəkətlər etsin. Dördüncü, qadın öz yançaqlarını dala-qabağa hərəkət etdirməklə göstərir ki, o, orqazm ərəfəsindədir. Beşinci. qadın ayaqlarmı qaldırmaqla göstərir ki, kişi öz fallosunu sürətlə və dərinə hərəkət etdirsin. Altıncı, qadın budlarmı bir-birinə sıxmaqla göstərir ki, onun uşaqlıq yolu sevgi şirəsi-ifraz edir. Yeddinci, qadın öz bədənini soldan-sağa aparmaqla bildirmək istəyir ki, kişi öz fallosu ilə böyür hərəkətlərinə başlasın. Səkkizinci, qadın bədəninin yuxarı hissəsini gərib döşlərini kişiyə sıxmaqla göstərir ki, demək olar orqazmın zirvəsinə çatıb. Doqquzuncu, qadın bütün bədənini boşaldaraq göstərir ki, o, artıq orqazmın zirvəsinə yetişib. Onuncu, öz “Qiymətli Qapısından” (uşaqlıq yolu) bol sevgi şirəsi axıdaraq, göstərir ki, onun həyat-yaradıcı mahiyyəti azad olub.

Qədim mətnlərdə dönə-dönə qeyd edilir ki, insan bədəninin mahiyyəti-qan, qanın mahiyyəti-regenerativ mayedir (“məhəbbət şirələri”dir). Bədənin yüngüllüyü, əqlin aydınlığı və digər xassələr əsasən bu mahiyyətdən asılıdır.

Əgər maddi şeylər qarışdırılsa və sonra bir-birinə sürtülsə, onların mahiyyəti hasil olur. Məsələn, iki taxta parçasını bir-birinə sürtsən, bunun nəticəsində od yaranır. Südün də mahiyyəti var – bu, yağdır, lakin əvvəlcə o, südlə qarışıq halda olur. Biz südü qaba töküb çalsaq süd, tədricən istiləşəcək və mahiyyəti (yağ) ondan ayrılacaq. Beləcə də qanın öz mahiyyəti var – bu, regenativ mayedir. Lakin ilk öncə o, qanla qarışdırılmış olur. Kişinin və qadının qarşılıqlı energetik təsiri vasitəsilə qanı çalxaladıqda, ehtiras gücü (güclü enerji) qanı qızdırır və nəticədə regenativ maye ayrılır. Bir fincan qandan yalnız bir damcı regenativ maye hasilə gəlir.

Qədim mənbələrdəki bu təsvirdən aydın olur ki, cinsi akt – bir vəziyyətdə (ən əlverişli pozada) başlayıb, digər vəziyyətdə davam etdirilən (energetik potensialı artırmaq üçün) və üçüncü vəziyyətdə (ən əlverişli və rahat pozada)

öz həilini tapan dinamik hadisədır.

******

Cinsi aktdan sonrakı davranış böyük əhəmiyyətə malik olsa da, kişilərin əksəriyyəti bu məqama əsla məhəl qoymurlar. Hətta sevən ərlər də cinsi aktdan dərhal sonra arxalarını arvadlarına çevirib yatmağı üstün tuturlar. Kişi rahatlanıb uyuduğu bir vaxtda qadın seksual ehtirasın onu necə tədricən tərk etdiyini həyəcanla hiss edir. Bu cür davranışın nəticəsində kişi özünü çox maraqlı psixoloji və emosional həyəcanlardan məhrum edir. Bundan pisi odur ki, kişi sevən qadının ilyuziyalarını alt-üst edir və bununla da qadının həssas naturasında, onun məhəbbətinin zərifliyindən, onun əlavə nəvazişlərə ehtiyacından büsbütün xəbərsiz, yaxud bunlara tamamilə biganə olduğunu nümayiş etdirir. Axı qadınlar çox sevirlər ki, cinsi yaxınlıq başa çatdıqdan sonra onu nəvazişlə öpsünlər, oxşasınlar, qulağına xoş sözlər pıçıldasınlar.

Cinsi əlaqələrin norması, yəni sayı və tezliyi haqqında məsələ hər bir halda fərdi həli olunur. Tərəf-müqabillər cavan olduqca cinsi əlaqələr bir o qədər intensiv baş verir. Bəzi sevgililər üçün hər gün cinsi əlaqəyə girmək zərurət halını alır. Bəziləri isə həftədə bır-iki əlaqə ilə kifayətlənirlər. Görünür orta norma həftədə iki-üç əlaqə sayılmalıdır.

Müasir seksoloqlar cinsi aktın davamiyyətindən danışarkən, onu iki-altı dəqiqə çərçivəsində görürlər. Onların fikrincə, əgər orqazm akta başladıqdan bir-iki dəqiqə sonra olarsa, bu, cinsi zəifliyin əlamətlərinə dəlalət edir. Əgər qadın kişinin bütün cəhdlərinə baxmayaraq, beş-altı dəqiqə ərzində vəcdə gələ bilmirsə, bu, onun cinsi soyuqluğundan (frigidliyindən) xəbər verir.

Əgər qədim dövrün tövsiyyələrini müasir tövsiyyələriə müqayisə etsək, bunların bir-birindən kəskin fərqləndiyini görərik. Cinsi ünsiyyət zamanı sevgililər bir neçə dəfə pozaları dəyişə, cinsi akta fasilə verə və onu yenidən davam etdirə bilərlər. Axı hər sonrakı akt qadında daha çox şəhvət hissi yaradır, ona daha çox həzz bəxş edir və bu o prosesi uzun müddət davam etdirməyə hazırdır. Kişi isə iki-altı dəqiqə çəkən birinci cinsi akt zamanı əsasən fallosunun boşluğa düşdüyünü hiss edir. Uşaqlıq yolu tprəfindən cavab reaksiyasına (fallosun sıxılması və “tutulub saxlanması”) nail olmaq üçün daha çox vaxt tələb edilir. Buna görə cinsi aktı vaxtla ölmək düzgün olmazdı. Onu qadının keçirdiyi orqazmların sayı ilə ölçmək lazımdır: iki orqazm – yaxşı, dörd orqazm – daha yaxşı, çoxsaylı və güclü orqazmlar isə ən yaxşı variantdır.

Kişiyə gəldikdə isə, o özünü əldə saxlamağı və cinsi aktın gedişini idarə etməyi, lazım gəldikdə ona müəyyən fasilə verməyi, əvvəlcə özü üçün əlverişsiz poza seçməyi (vaxtından əvvəl orqazm keçirməmək üçün) və pozaları dəyişməyi öyrənməyə çalışmalıdır. Onun minimum proqramı – qadını tam təmin etmək olmalıdır. Bunda onun öz şəxsi marağı da var. Belə ki, qadını təmin etməklə, onun orqanizminin enerjisinin bir qisminə yiyələnmiş olur və bu, kişini hər cəhətdən gücləndirir.

Qədim mətnlər kişilər üçün nəfsi saxlamaq texnikası ətraflı təsvir edilib. Bu texnikanı bilməyən kişilər haqqında deyilir: “Cinsi əlaqə zamanı özünü əldə saxlayıb qiymətli daşın ucunda (fallosun başcığında) yaranan həzzi uzatmağı bacarmayan kəs bu xoşbəxtliyi duymağı macal tapmamış, həmin xoşbəxtlik ovuc içindəki qar dənəciyi kimi əriyib itəcək”. Buna görə məsləhət görürlər:

orqazm yaxınlaşanda dayan, sakitləş, sonra yenə davam elə. Bununla sən həzz və xoşbəxtlik hissinin müddətini xeyli uzatmış olacaqsan.

Bu üsula dair əlavə məsləhətlər. Cinsi əlaqə zamanı hər ikiniz vaxtaşırı öz cinsiyyət orqanınızı təmiz parça ilə silməli, sonra müxtəlif üsullardan bəhrələnməklə, “işi” davam etdirməlisiz. Sperma tənasül alətinin özülünə gəlib çatdıqda, bədən bir növ ağırlaşıb keyləşir; həmin anda səmanın hüdudsuz ənginliklərini təsəvvürünə gətir, spermanı geri qaytarmaq üçün iradə gücüylə onu öz içinə çək. Bunun üçün anal deşiyini sıx, dilinin ucunu var gücünlə damağına dirə və baxışlarmı yuxarıya zillə. Eyni zamanda, əl və ayaq barmaqlarmı var gücünlə sıxıb gərilt. Qarnını içinə çək. Bu, nəfsi saxlamaq üzrə “bədən texnikası” sayılır.

“Bədən texnikasından savayı “beyin texnikası” mövcuddur. Bunun üçün siz bədəninizin aşağı hissəsindəki şəhvət duyğusunda cəmlənmiş fikrinizi vaxtaşırı yayındırmağı bacarmalısınız. Bunun üçün siz, məsələn, beyninizdə rəqəmləri vura, toplaya, çıxa bilər, və ya başqa şey haqqında düşünə bilərsiniz. Enerji həmişə olduğu yerə axır.

Qədim risalələr öyrədir:

əgər həzz, ləzzət hissi bütün bədənə yayıldığı zaman sen öz fikrini bədənin aşağı hissəsindən yayındırıb, beynində yalnız bədənin yuxarı hissəsində həzz duymağı öyrənəsən, o zaman sən sevgi oyunlarına uysan ,da, toxum kisəsindəki spermanın miqdarı azalmayacaq. Toxum itkisi o zaman baş verir ki, bütün bədənə yayılan hüdudsuz həzz hissinə qərq olmaq əvəzinə, sən öz fikrini yalnız cinsiyyət orqanlarının həzzinə yönəldirsən. Təəssüflə qeyd etməliyik ki, müasir insanda düzgün cinsi akt üçün tələb olunan fikri cəmləmək mədəniyyəti çatışmır (qədim mədəniyyətlərin nümayəndələrindən fərqli olaraq). Qədim müdriklər insan xoşbəxtliyi üzərində düşünür və bunun çarəsini axtarırdılar, müasir sivilizasiya üçün isə bunlar (yəni xoşbəxtlik, həzz hissi və s.) mücərrəd anlayışlardır. Bu mənada biz onlardan qat-qat bəsit və duyğusuz varlıqlarıq.



[1] Ceyms Kuk (1728-1779) – məşhur ingilis dənizçisi, üç dövr-aləm ekspedisiyasına başçılıq etmiş, avropalılardan birinci olaraq Yeni Zellandiya və Avstraliyaya gedib çıxmışdır. Havay adalarında yerli sakinlər tərəfindən öldürülmüş və yeyilmişdir!

[2] İlahi Indranın arvadı. Qədim hind mifinə görə onlar bu cür cinsi əlaqədə olmuşlar.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 742 Bölmə: Cinsel Bilgiler