beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birinci nikah gecəsi

Birinci nikah gecəsi hər bir təzəcə yaranmış və ya on illərlə davam edən ailədə elə saatlar, elə anlar var ki, onlar ailəni möhkəmləndirə də bilər, kökündən dağıda da bilər. Bunlardan birisi, demək olar ki, ən başlıcası birinci nikah gecəsidir.

Qadınların kişilərə nisbətən daha emosional və utancaq olduqları məlumdur. Birinci nikah gecəsi keçiriləcək otağın qapısının içəridən bağlanmaması, otağın çox güclü işıqlandırılması gənc qadını utandırır. Bu səbəbdən ərinin gözü önündə birinci cinsi soyunmaq onda daxili müqavimət və ayıb hissləri əmələ gətirir. Buna görə də ilk intim əlaqə vaxtı ərdən qadına ruhi zədə vurmamaq, onun qəlbinə toxunmamaq, qadının bütün arzularını yerinə yetirmək və ona qarşı maksimum diqqətli olmaq tələb olunur.

Ehtiras hissləri gənc ər-arvadda nə qədər güclü də olsa (əlbəttə, bu ən çox ərdə ola bilər) birinci nikah gecəsi cinsi əlaqə üçün tələsmək, birinci intim yaxın sevginin, məhəbbətin başlanğıcı əvəzinə heyvani hisslərə çevirmək düzgün olmaz. Bu zaman ehtiras hisslərini cilovlamaq o qədər də asan olmasa da yenə də bu deyilənlərə riayət etmək lazımdır. Məşhur fransız moralist filosofu M. Montenin dediyi kimi: “İstənilən qədər vaxtları olan yeni evlənənlər özlərini tələsməklə çətinliyə salıb, sonralar birinci yaxınlığın uğursuzluğundan əzab çəkib bədbəxtlik hiss etməmək üçün tələsməməlidirlər “.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 192 Bölmə: Cinsel Bilgiler