beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yataqda məhəbbət nişanələri

Yataqda məhəbbət nişanələri

Ehtirasın çılğın təzahürlərindən sonra kişinin, yaxud qadının bədənində öpüş, hətta dırnaq və dış izləri qalıbsa,onlara məhəbbət nişanələri deyilir.
Qədim dövrün məhəbbət kitablarında eşq nişanələrinə xüsusi diqqət yetirilir və hətta tərəf-müqabilin əllərində, boynunda, döşlərində, qarnında və ombalarında bu cür nişanə-izlər qoymaq tövsiyə edilir. İlk görüş zamanı, ayrılıq dəmində, səfərə yola düşərkən, səfərdən qayıdarkən, küsüşmədən sonra barışarkən və nəhayət qadın cuşa gələrkən, iki cins arasında bu cür nişanələrin «dəyiş-düyüşü» baş verir.

Bunu ona görə edirlər ki, insan öz keçmişini, öz təkrarsız sevgi məqamlarını unuda bilməsin. Axı belə «yaddaş» ömürlük öz izini qoyur. Hətta qocalıq dəmində də yarıpozulmuşbu nişanələr ötən günləri, keçmiş ehtiras anla rını insanın yadına salır.
Ətrafdakı adamlar kişinin, yaxud qadının bədənində «eşq nişanələrni gördükdə, bu, istər-istəməz onların seks təcrübəsi haqqında assosiasiya yaradır və onlar instinktiv olaraq lazımi seksual dalğaya tuşlanırlar.

Boynunda, çiynində və ya sinəsində „eşq nişanələri“ olan gənc qadınlar maqnit kimi kişiləri özlərinə cəzb edirlər. Bədənində dırnaq və diş izləri olan kişilər barədə də həmin sözləri demək olar. Bu cür „damğalı“ kişilərə qadınlar xüsusi maraq göstərirlər.
Qədim Hind təliminə görə cırmaq izləri vasitəsi ilə tərəf-müqabilin bədəninin konkret yerlərinə cinsi enerjini göndərmək olar. Erogen zonaları, sıxma nöqtələrinin və akupunktura meridianlarını stimullaşdırmaq və bununla da enerjinin azad olunmasına və dövranına kömək etmək üçün dırnaqlardan şüurlu surətdə istifadə edilə bilər.

Qədim Hindistanda bəzən dırnaqlara elə şəkil verirdi lər ki, sevgi oyunu zamanı bunları təyinat üzrə dəqiq tətbiq etmək mümkün olsun. Belə hesab olunurdu ki, sevgililər bir-birlərinin bədənində „sevgi izi“ qoyanda, onların ehtirası uzun çəkir və o heç vaxt sönmür.

"Qadın və ya kişi öz dırnaqlarını məhəbbət və nəvazişlə işə salaraq böyük həzz bəxş edə bilər. Ər üçün də, arvad üçün də dırnaqlardan ustalıqla istifada etməkdən gözəl heç nə yoxdur"...


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 470 Bölmə: Cinsel Bilgiler