beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların reproduktiv sistemi necə idarə olunur?

Tibb elmində qəbul olunmuş nəzəriyyələrə görə həm qadınların, həm də kişilərin reproduktiv (dölyaratma) sistemi baş beyini tərəfindən idarə olunur. Bu bir neçə mərhələdə (etapda) baş verir:
Beyin qabığı, hipotalamus və hipofizin fəaliyyətinə bilavasitə təsir edən maddə olan neyromediatorlar istehsal edir;
Hipotalamus – baş beyinin bir hissəsidir. Burada relizinq-hormonlar adlanan xüsusi maddə ifraz edilir ki, onlar da hipofiz vəzisi tərəfindən digər hormonların hazırlanmasını tənzimləyir;
Hipofiz – baş beyində yerləşən bir vəzidir. Bu vəzidə daxili sekresiya vəzilərinin və bütünlükdə bütün orqanizmin fəaliyyətini tənzimləyən xüsusi hormonlar hazırlanır. Məhz bu vəzidə bilavasitə yumurtalıqların fəaliyyətinə təsir edən qonadotrop hormonlar (lyüteyinləşdirici hormon – LH, follikulstimullaşdırıcı hormon -FSH) və prolaktin hazırlanır;
Qonadotrop hormonların təsiri altında qadın yumurtalıqlarında estrogenlər (qadın cinsi hormonları), androgenlər (kişi cinsi hormonları) və progesteron hormonlarının hazırlanması və ifraz edilməsi baş verir. Digər hormonlara nisbətən androgen hormonlar qadın orqanizmi tərəfindən daha az miqdarda hazırlanır.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 139 Bölmə: Cinsel Bilgiler