beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızların oğlanlarda beyenmedikleri

Qızların oğlanlarda beyenmedikleri xüsusiyyetler Çirkli dırnaqlar Qızların oğlanda ilk diqqet etdikleri yer elleridir. Dırnaqlarının içinde ve qıraqlarında çirk olan eli kim tutmaq isteyer? Bezi oğlanlar hele de dırnaqlarını yeyir. Ter qoxusu Bir oğlan bir qizin diqqetini xoşegelen qoxusu olan etirle de çeke biler. Qızlar oğlanların temizliyine ve seliqesine biruze vermeden çox diqqet edirler. Köyneyinde qolunun altı boyuk sahede islaq olan oğlanın şansı daha az olur! Qadın etri qoxulu, ve ya ucuz etir olduğundan başgicellendirici qoxulu etirlerden uzaq olun. Ağız boşluğundan gelen qoxu Qızlara nisbeten oğlanlar agız boşluqlarından gelen qoxuya o qeder de diqqet yetirmirler. Bunun sebebi mede xesteliyi yaxud ağızdakı çürük dişdir se bunun aradan qaldırılması üçün müvafiq müalice kursu qebul etmek lazımdır (eyni zamanda sağlamlığınızın qeydine qalmış olarsınız). Yox eger bu sarımsaq, soğan, siqaret, içki, yemek qoxusudur sa saqqiz kömeyinize çata biler. Özünübeyenme xüsusiyyeti Adam da bu qeder özünü öyer? Etdiyiniz ve etmediyiniz her şeyi orda-burda danışmaq mecburiyyetindesiniz? Sizi seven ve beyenen xanıma özünüzü az terifleyin, tevazökar olun. Qoy etrafınızdakılar, sizi tanıyanlar size qiymet versin. Qızıl Varlı oğlanlar qızları celb edir, bes göresen qızlar qalın qızıl üzük, bezen de üstünde brilyant qaşlar, qalın tros sep taxan oğlanları beyenirmi? Melumunuz olsun “zinet” qadına mexsus demekdir. Balkon kimi qarın Yeke qarın var-dövlet göstericisi yox, xestelik elametidir Uzun bığlar Bir vaxtlar Koroğlunun bığlarına dastanlar yazılmasına reğmen indiki nesil ferqli düşünceye malikdir. Son zamanlar yaraşdı yaraşmadı müxtelif formada bığ/saqqalın saxlanması deb hesab edilir. Amma ekser qızların fikrince seliqe ile qısa kesilmiş bığ ve saqqal belke de bezi oğlanlara yaraşıq verer yaraşmadığı halda teraş etmek daha meqsede uyğun olar. Seliqesiz görkem Bir oğlanın köyneyinin eteyinin yarısı şalvarın içinde yarısı çölde olması hansı qız beyener? Corablardan gelen qoxudan söhbet açmadan qeyd edek ki, ibtidai sinif uşaqları görkeminde olmağınız da xoş gelmir qızlara. Pult xesteliyi Neyin pultu olmasından asılı olmayaraq TV-nin, kondisionerin, qapının… sanki “pult ancaq kişiler üçündür” yazısı ile keşf olunub. Burun ve qulaq tükü Tibbi nöqteyi nezerden insanın burun boşluğunda olan tükler nefes alarken daxil olan havanın tozdan ve müxtelif mikroskopik mikroblardan temizlenmesini temin edir. Bezi insanlarda bu tükler eyni ölçüde qalır (yeni uzanmır) bezilerinde ise uzanaraq xüsusi qulluq teleb edir. Tüklerin uzanaraq görsenmesi hem gigiyenik hem de estetik cehetden düzgün deyil ve bu neyinki qızlara sizinle temasda olan diger insanlara da xoş tesir bağışlamaz. Burada qulaqda uzanan tükü de qeyd etmek olar. Unutmayın, Sevgili Peyğemberimiz (s.a.s.) hedislerinin birinde “Temizlik imanın yarısıdır” buyuraraq İslamın temizliye verdiyi önemi vurğulamışdır. Her zaman ağıl ile hereket edin, imanlı, merhemetli, temiz ve sevginizde vefalı olun!


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 585 Bölmə: Cinsel Bilgiler