Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi Məmələrinin Məqsədi

Məməli heyvanlarda kişilərin süd çıxarmaları fizioloji olaraq mümkündür. Bu barədə kişilər lazımlı anatomik təchizata, fizioloji potensiala və hormonlara sahibdirlər. Ancaq təbiətin bəzi keçi və yarasa növləri kimi çox xüsusi bir iki istisnası xaric süd vermə hadisəsi nə insan növündə nə də digər məməli növlərinin kişilərində reallaşmaqdadır.

Əslində məməlilərin hamısında, yəni hər iki cinsdə də süd vəziləri vardır. Kişilərdə bu vəzilər inkişaf etməmiş və funksiyasızdırlar. Bu vəziyyət də növə görə dəyişikliklər göstərə bilir.

Məsələn siçan və siçanların kişilərində məmə toxuması heç bir zaman süd kanalları və məmə ucları meydana gətirməz, məmələr çöldən görülməz. İnsanlar və itlər də daxil bir çox məməlidə isə meydana gətirir. Hətta dişi və kişinin sinə strukturlarında yetkinlik çağına qədər bir fərq görülməz.

Kişilərin nə üçün süd vermədikləri sualını məməli heyvanların 90-% üçün soruşmağa onsuz da ehtiyac yoxdur. Çünki bu böyük əksəriyyətdə balaya yalnız ana baxar. Kişilərin cütləşmədən sonra balaya heç bir faydaları yoxdur, ümumiyyətlə onları tərk edib gedərlər. 10-% insan, aslan, qurd kimi məməlilərdə isə atanın əsas məsuliyyəti ailəni və balaları qorumaq, onlara yemək tapmaqdır. Bəlkə də başlanğıcda bu növlərin kişiləri də balalarına süd verirdilər amma əsl vəzifələri səbəbi ilə təkamül nəticəsi süd vermə təchizatları yerlərində qaldığı halda istehsal qabiliyyətləri korlaşdı. Funksiyaları qalmadığına görə kişilərin nə üçün hələ məmələri var sualının cavabı isə insanda kişi və dişi quruluşunun əslində eyni olmasında yatır. İnsanın ana qarınında ikən meydana gəlməyə başladığı embrion halının ən başında kişi və dişi arasında bir fərq yoxdur. Onsuz da insanın daşıdığı 23 cüt xromosomdan 22 cütü və bunların daşıdığı genlər hər iki cinsdə də eynidir. Yalnız cinsiyyət xromosomu olan iyirmi üçüncü cüt fərqlidir.

Əgər embrion ana və atasından bir ‘X’ xromosomu alsa qız, anasından ‘X’, atasından ‘Y’ xromosomu alsa kişi olur. Embrion ‘Y’ xromosomunu aldıqdan sonra hormonal siqnallar gəlməyə və kişiyə aid orqanlar inkişafa başlayır. Kişilərin məmələri isə bu mərhələdən daha əvvəl meydana gəlmiş olduğundan eynilə qalırlar amma ondan sonra hormonal bir möhkəmlətmə olmadığından funksional hala gələ bilmirlər.

Dişilərdə isə böyümə çağı əsnasında ifraz olunan hormonlar süd vəziləri və sinələri böyüdür. Hamilə dişilərdə bu böyümə bir az daha artır, süd istehsalı başlayır və bu istehsal daha sonradan əmizdirməklə tətiklənərək davam edir.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 233 Bölmə: Cinsel Bilgiler
loading...