beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yarımaq

Yardımçı Vasitələr və Seksual Meyl

Hər bir adama xoş gəlir ki, onu tərifləsinlər, haqqın-da yüksək sözlər desinlər, kompliment söyləsinlər. Hər şey də elə bundan başlayır. İstənilən erotik ünsiyyətdə yaltaqlıq, yarımaq elementi Var. Və bu ən yaxşı eşitmə vasitəsilə qavranır.

Tərəf-müqabilin seksual ləyaqət və məziyyətlərinin tərifi onu xüsusilə vəcdə gətirir. Ustalıqla söylənmiş tərif çoxlarının sözün əsl mənasında ağlını başından alır. Bu cür tərif tərəf-müqabilin cinsi qabiliyətlərinin artırır, onu da-ha fəal və cazibədar, yəni tərifə layiq olmağa sövq edir.

“Bir dəfə axşam arvadımla təklikdə televizora baxırdıq. Bir cazibədar və suyuşirin qız-müğənni oxuyur və rəqs edir arvadın isə qısqanclıqla baxır, hərdən də oğrun-oğrun məni izləyirdi ki, görsün mən nə dərəcədə bu qıza maraq göstərirəm. Biçarə rəng verib rəng alır, az qala nəfəsi təngiyirdi. Nə gizlədək, insanları ələxüsus qadınlar özgə gözəlliyinə və uğuruna müəyyən. bir qısqanclıqla yanaşırlar. Adətən mən belə şeylərdən əsəbiləşirəm, lakin bu dəfə nədənsə arvadıma yazığını gəldi. Başladım yavaş-yavaş müğənni qızı, onun səsini, zahiri görkəmini tənqid etməyə, arvadımı isə tərifləməyə…

Gecə yatağa uzananda mən arvadımı tanıya bilmədim. Onu çoxdan bu cür mehriban, zərif, canıyar və … seksual görməmişdim. Mən dərhal başa düşdüm ki, məsələ nə yerdədir. O mənim təriflərimə layiq olmağa, “qiyabi yarış”da bir daha öz “rəqibəsinə ” qalib gəlməyə çalışırdı. Buna görə mənim kişilərə məsləhətim budur ki, hətta gündəlik həyatda, məişətdə xəsis olsalar belə, öz arvadlarını tərifləməkdə xəsislik etməsinlər, çünki bunun xeyrini özləri görəcəklər.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 133 Bölmə: Cinsel Bilgiler