beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamilelik testleri

Hamileliyin ilk elameti müntezem aybaşı tsikl fonunda aybaşının kesilmesidir. Hazırda hamileliyin teyin edilmesi üçün çoxlu testler mövcuddur. Hamilelik testleri ile qanda ve ya sidikde spesifik hamilelik hormonu olan insan xorion qonadotropini (HCG-İXQ) ve yaxud sadece hamilelik hormonu (HH) aşkar edilir. Sidikde ve qanda aparılan hamilelik testleri arasındakı ferq varmı ve bunlardan hansı daha etibarlıdır? 2 növ test mövcuddur—sidik testi ve qan testi. Her iki test hamilelik hormonunu aşkar edir. Oksor qadınlar sidik testine, yeni ev testine üstünlük verir. Bu test maliyye cehetden ucuz, asan heyata keçirilen ve ev şeraitinde yerine yetirile biler. Bu testin neticesi müsbet olarsa, qadın vaxt itirmeden hekime müraciet etmelidir. Hekim qan testi ve baxış vasitesile “ev” testinin neticesini tesdiq ve ya inkar etmelidir. tibb müessiselerinde 2 növ testden istifade edilir. Birinci kemiyyet ve ya B-HCG testidir ki, bu da hamilelik hormonunu qanda deqiq teyin edir. Bu testin kömeyi ile HH-n qanda en az miqdarı da teyin edilir ve bu da testin deqiqliyini sübut edir. İkinci keyfiyyet testi olub ya müsbet, ya da menfi cavab verir. Deqiqliyine göre o sidikde aparılan teste uyğun gelir. Qanda aparılan testin kömeyi ile hamilelik erken merhelede, yeni ovulyasiyadan 6-8 gün sonra, sidikde aparılan testin kömeyile ise ovulyasiyadan 2 hefte sonra teyin edilir. Hamileliyin teyin edilmesinde “özüne” (“ev”) test ne derecede deqiqdir? Hamileliyin teyin edilmesinde sidikde aparılan özüne (“ev”) test 97-99% hallarda deqiqlik zemaneti verir. Bu test düzgün aparılmadıqda neticesi de deqiq olmayacaqdır. Ona göre do hamileliyin olmasını tesdiq etmek üçün hekime müraciet etmek lazımdır. Bir sıra müayineler, hemçinin ultrases müayinesi (USM) vasitesile hamileliyin elametleri aş-kar edilir: uşaqlığın forma ve ölçülerinin deyişmesi, uşaqlıq boynunun deyişmesi, dölün hereketi, ürek döyüntüleri ve s. Bu melumat istenilen halda – siz hamileliyi saxlamaq ve ya pozmaq (abort) qerarına geldiyiniz halda çox vacibdir. Biz meslehet görürük: • Hemişe testin yararlılıq müddetini yoxlayın, bele ki, yararlılıq müddeti bitmiş test etibarlı netice vere bilmez; • Növbeti testi bir neçe günden sonra tekrar edin, bele ki, birinci test zamanı sidikde HH miqdarı az olduğundan hamileliyi teyin etmeye imkan vermeye biler; Testlerin çoxu aybaşının gözlenildiyi vaxtda (yeni ovulyasiyadan 2 hefte sonra) aparıldıqda müsbet netice verir. Cavabın menfi olması ise ovulyasiyanın gec olması ve yaxud hamileliyin olmaması ile elaqedardır; Özüne (“ev”) testin neticesi menfi olduqda, bu testi bir neçe günden, maksimum bir hefteden sonra tekrar edin. Eger netice yeniden menfi olarsa, lakin siz özünüze hamile hiss edirsinizse, hekime müraciet edin. Hamileliyin teyin edilmesinde özüne (“ev”) testin deqiqliyine ne mane ola biler? Sidikde aparılan testin neticesine ekser dermanlar tesir etmir. Yanlış müsbet netice terkibinde HCG hormonu olan preparatların qebulu ile elaqedar ola biler. Sidikde aparılan teste hemçinin alkoqol ve narkotiklerin qebulu da tesir ede biler. Eger siz hamile olmaq isteyirsinizse, bu zererli verdişlerden el çekmelisiniz. Hamileliyi teyin eden ekser testlerin etibarlılığı 99%-e beraberdir. Ancaq praktikada bu gösterici deyişe biler. Eger test telimata uyğun aparılmazsa, onun neticesi etibarlı sayılmamalıdır.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 631 Bölmə: Cinsel Bilgiler