beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

toy gecesi kiwi qadina maksimum derecede diqqetcil

Toy gecesi kişi qadına maksimum diqqetli olmalıdır
Her bir tezece yaranmış ve ya on illerde davam eden ailede ele saatlar, ele anlar var ki, onlar aileni möhkemlendire de biler, kökünden dağıda da biler. Bunlarda birisi, demek olar ki, en başlıcası birinci nigah gecesidir.

Qadınların kişilere nisbeten daha emosional ve utancaq olduqları melumdur. Toy gecesi keçirilecek otağın qapısının içeriden bağlanmaması, otağın çox güclü işıqlanlandırılması genc qadını utandırır. Bu sebebden erinin gözü önünde birinci defe soyunmaq onda daxili müqavimet ve ayıb hisleri emele getirir. Buna göre de ilk intim elaqe vaxtı erden qadına ruhi zede vurmamaq, onun qelbine toxunmamaq, qadının bütün arzularını yerine yetirmek ve ona qarşı maksimum diqqetli olmaq teleb olunur.

Ehtiras hissleri genc er-arvadda ne qeder güclü de olsa (elbette, bu en çox erde ola biler) birinci nigah gecesi cinsi elaqe üçün telesmek, birinci intim yaxınlığı sevginin, mehebbetin başlanğıcı evezine heyvani hisslere çevirmek düzgün olmaz.

Qızlıq perdesi problemi

Toy gecesinin esas problemi ise cinsi elaqenin nece keçirilmesidir. Mesele onda deyil ki, gencler ne etmeyi, nece etmeyi bilmirler. Günümüzde bu mövzuda yüzlerle edebiyyat, vidio çarxlar ve s. var, bundan elave tebii instink özü de bu işde yol gösterir. Sadece problem bir qayda olaraq toy gecesi her iki terefin sevgiden, ehtirasdan önce qızlıq perdesi haqqında düşünmesidir. Hetta özüne güvenen qızlar bele hardasa üreyinin derinliyinde anadan gelme qızlıq perdesinin olmaması qorxusunu yaşayır.

Hansı hallarda toy gecesi qanaxma olmur

Qeyd etmek lazımdır ki, heqiqeten en temiz qızlarda bele qanaxma olmaya biler. Bu aşağıdakı hallarda baş verir:

1. hele körpe yaşlarından qızlıq perdesinin qeyri-normal yarımçıq inkişafı neticesinde o, aypara şeklinde olarsa
2. qızlıq perdesi nisbeten qalın ve möhkem olarsa
3. qızlıq perdesinde qan damarları çox azdırsa ve ya yırtılan hissede heç yoxdursa
4. nadir hallarda tamamile bütöv olan qızlıq perdesi
5. nehayet, bezi hallarda müxtelif
sebeblerden (yıxılıb zedelenmek ve s.) qızlıq perdesi izdivaca qederki müddetde yırtılıbsa

Mehz buna göre de nigah gecesinde, cinsi elaqe vaxtı qızlıq perdesinin pozulmaması ve xüsusile qanın görünmemesi gelecek heyat yoldaşının namusunun göstericisi olmamalı, gencler aralarındakı toya qederki sevgi, mehebbet hislerini pozub dağıtmamalıdırlar.

Qızlıq perdesi pozulduqdan derhal sonra cinsi elaqeni dayandırmaq lazımdır

Genclere başqa sebebe göre de telesmek lazım deyil. Qızlıq perdesi yırtıldıqda ağrı hissi ve qanaxma olur ki, bu da genc qadını hem müeyyen qeder qorxudur, hem de fikrini sevgi-mehebbet hisslerinden yayındırır. Ona göre de perdenin pozulmasından derhal sonra cinsi elaqeni dayandırmaq ve hemin gece onu tekrar etmemek meslehetdir. Bezi hallarda (güclü ağrı ve qanaxmalarda) cinsi elaqeni yalnız bir neçe günden sonra tekrar etmek lazımdır.

Eger er-arvad her ikisi (!) toy gecesi cinsi elaqeni tekrar etmek isteseler, onu çox ehtiyatla etmeli ve çalışmalıdırlar ki, bu zaman qadında ağrı hisleri olmasın.

Qızlıq perdesinin pozulması nadir hallarda güclü ve uzun müddetli qanaxmaya sebeb ola biler. Bele hallarda qadıın heyatını tehlüke altında qoymamaq üçün hekim çağırmaq lazımdır.

Toy gecesi kişinin zeifliyi

Bezi hallarda birinci intim elaqede qızlıq perdesi pozulmur. Bu, kişinin cinsiyyet üzvünün zeif ereksiyası, qızlıq perdesinin çox qalın olması ve ya ağrının vahimesinden qadının cinsi elaqeye aktiv müqavimeti neticesinde ola biler. Amma bir müddet sonra bu problem hell olunur.

Efsuslar olsun ki, çox vaxt toy gecesi xoşbext aile heyatının başlanğıcı yox, sonsuz dava-dalaşın, incikliyin başlanğıcı olur. Eger toy gecesi kişi qadını zorlayırsa, o qadında hemişelik sekse nifret yarana biler. Ümumiyyetle, normal cinsi heyatın yaranması üçün ailede bir-birlerine qarşı sevgi, hörmet, anlayış olmalıdır. Er-arvadın biri o birinin yorğun, xeste olduğunu hiss etdikde, yaxud kişi qadının «qadağan günleri» olan aybaşı ve hamileliyin, doğuşun sonrakı günlerinde cinsi elaqe isteyini büruze vermemelidir.

Er «kişiliyini» ele mütleq toy gecesimi göstermelidir?

Genc erlerin arasında bele bir inam var ki, mane ola bilecek bütün sebeblere baxmayaraq ilk cinsi elaqe birinci nigah gecesi olmalı, er öz «kişiliyini» ele o gün göstermelidir. Öz meqsedine çatmaq üçün kişi kobudluqla, hörmetsizlikle, bezen gücle cinsi elaqede olmağa çalışırlar. Kobudluq ve gücün tetbiq olunması neticesinde bezi qadınlarda çox çetin müalice olunan vaginizm veziyyetinin emele gelmesine sebeb olur ki, bu da budların, aşağı etraf ezelelerin qeyri-iradi qıc olmasıdır. Er arvaddan yüz defe üzr istese de, qadın erini bağışlasa da artıq normal cinsi elaqe mümkün olmur.

Son olaraq, söhbet apardığım bir neçe xanımın tecrübelerine esasen deye bilerem ki, heç de hamıda ağrı hissi olmur. Çox adam demek ki, qızlıq perdesinin pozulmasını ani bir ağrı olaraq hiss edir ve o da qısa zamanda ötüb keçir.

--------------------------------------------------------------------------------


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1715 Bölmə: Cinsel Bilgiler