beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi əlaqədən əvvəl sevgi oyunu

Mehribançılığın üsulları ilə qadının erogen sahələrini qıcıqlandırmaq kişi üçün əsas və mütləq şərtlərdəndir və bu oyun mümkün qədər uzun müddət davam etdirilməlidir. Sevgi oyununun davamı müddətini müəyyən etmək və yalnız bundan sonra cinsi əlaqəyə başlamaq üçün obyektiv göstəricilər var:

Nəbz və tənəffüs sürətlənir, üzün və boyunun dərisi qızarır (bəzən ləkələr şəklində), qarın əzələləri yığılır, döş kilələri bərkiyir və s. yaş artdıqca erogen sahələrin yeri və dərəcəsi, eləcə də onların mehribançılığa qarşı cavab reaksiyası dəyişə bilər. Ona görə ər-arvad arasındakı intim münasibətdə “əks əlaqənin” müəyyən olunmasının böyük əhəmiyyəti var, heç də vacib deyil ki, bu sözlə olsun; dolayı yolla, bədənin müxtəlif hərəkətləri ilə qadın ərinə öz hisslərini, xüsusilə xoş gəlməyən hisslərini bildirməlidir.
Erogen zonaların yaşla əlaqədar yerdəyişməsi haqqında heç bir qanunauyğunluq müşahidə olunmur, yalnız demək olar ki, mehribançılıq hərəkətlərinin yuxandan aşağı (başdan cinsiyyət üzvlərinə doğru) aparılması erotik hissləri kəskinləşdirir. Eyni zamanda qeyd etmək lazımdır ki, zəngin ailə həyatı təcrübəsi olan qadınlarda şəxsi, fərdi erogen sahələr yarana bilər.
Kişi bədənində qadından fərqli olaraq erogen sahələr azdır. Bu yalnız dodaqlarda və xarici cinsiyyət üzvündə, xüsusilə onun başcığında olur.

Kişinin seksual qıcıqlanmasında ən əsas rolu qadın bədənini gözlə görmək oynayır. Bəzi mütəxəssislər belə hesab edirlər ki, kişidə seksual qıcıq yalnız çılpaq qadını görməklə deyil, əsasən qadının cinsi əlaqəyə hazırlıq dövründə özünü neçə aparmasından, onun üzünün ifadəsindən, sözlərindən, hərəkətlərindən asılıdır. Axı bu dopr nahaq yerə sevgi oyunu adlandırılmayıb. Bu zaman bütün stereotiplik, şablon kənar edilməli, münasibətlərdə yeni elementlər tapılmalıdır. Özü də bu tələb ər-arvadın hər ikisinə süni dərəcədə aiddir.

Güclü temperamentli bəzi kişilər və eləcə də şərti refleksin meydana çıxması nəticəsində qadında şəxsi, spesifık erogen zonaları tapa bilər. Lakin buna baxmayaraq gözlə görmə onun üçün əsas amil kimi qalır. Buna görə də ərinin seksual istəyini zəiflətməmək üçün qadın bir saat da, bir dəqiqə də olsun pinti, səliqəsiz görünməməli, həmişə öz xarici görünüşünü səliqə-sahmanda saxlamalıdır.
İntim əlaqədən əvvəl ərinin qarşısında soyunmağın da müəyyən əhəmiyyəti olduğunu qadın yaddan çıxarmamalıdır.
Nəzərə almaq lazımdır ki, qadınların çoxunda cinsi əlaqə. istəyi, arzusu kişilərə nisbətən az olur, qıcıqlanmada da qadın kişidən geridə qalır; hazırlıq dövrü ər-arvadı bu məsələlərdə bərabərləşdirmək məqsədi güdür. Əkər kişi özünə qıcıq gətirən sahələrə deyil, qadına qıcıq gətirən sahələrə (erogen zonalara) üstünlük verərsə bu məqsədə nail ola bilər.

“Təcrübə və səhv” üsulu ilə bir-birilərini sevən ər-arvad qısa müddətdə bədənin əzizlənməyə həssas sahələrini tapır və imkan diapazonunun genişlənməsi ilə həmin sahələri dəqiqləşdirirlər. Aydındır ki, yalnız ər-arvad müəyyən yolla (sözlə, hərəkətlə və s.) bu haqda öz hisslərini bir-birilərinə bildirdikdə imkan diapazonunun genişlən-məsi mümkün olur və onlar öz hisslərini qarşılıqlı olaraq idarə etməyi öyrənirlər.

Qadınlara bütün yaşlarda, xüsusilə nikahın ilk dövründə nəvaziş, mehribançılıq və diqqət lazımdır. Səmimi sözlərlə müşayiət olunan sevgi oyunu qadının sinir sistemini vəcdə gətirərək onu intim münasibətə sövq edir, sevdiyi şəxslə yaxınlığa müəyyən şərti refleks əmələ gətirir. Əgər ailə həyatının ilk dövrlərində adi mehribançılıq onu tamamilə təmin edirdisə və cinsi əlaqəyə yalnız ərinin xatirinə razılıq vermirsə, müəyyən müddətdən sonra adi mehribançılıq, nəvaziş onu daha qane etmir, o, nəyin isə çatışmadığını hiss edir və nəhayət, özü çox böyük arzu ilə cinsi əlaqəyə can atır, bu əlaqələrdən biri indiyə qədər ona tanış olmayan, nə isə bir xoş hisslə (orqazmla) nəticələnir.

Qadınlarda orqazm üç dövrdən keçir. Kiripçm dövrdə qapının aşağı nahiyəsindən klitora, uşaqlıq yoluna və kiçik çanaq üzvlərinə yayılan bir “yüngüllük” hissi baş verir. İlk dövrdə kiçik çanaqda bütün bədənə yayılan istilik hiss olunur; bu hissiyyat hələ kiçik çanaq üzvlərini tərk etməmiş .cinsiyyət üzvlərinin və onlarla Yanaşı sahələrin əzələlərində kəskin

qıçolma baş verir. Doğmuş qadınlarda bu hissiyyat doğuşdan əvvəl olan vəziyyəti xatırladır. Üçüncü dövrdə istilik hissiyyatı uşaqlıq yolunun, uşaqlığın, yancaqların əzələlərində güclü ritmik nəbzin vurğularını xatırladan yığılmalarla əvəz olunur. Belə anlarda bir çox qadınlarda özlərindən asılı olmayan bədən hərəkəti, göz yaşlan ilə müşayiət olunan sevinc kəskin ehtiras hissləri oyanır. Orqazmın xarici təzahürü qadının temperamentindən və eləcə də onun ümumi və cinsi tərbiyəsindən asılıdır. Ayn-ayn hallarda hətta çox temperamentli qadınlar daxili hissləri göstərməyi ayıb hesab edərək iradə gücü ilə orqazm vaxtı hisslərini gizlətməyə çalışırlar. Düzgün cinsi tərbiyə almış, az ehtiraslı qadınlar isə orqazmın müqabil tərəfdən hiss olunmasının və görünməsinin Hədsiz dərəcədə xoş gəldiyini bilərək özlərini daha sərbəst aparırlar.

Temperamentdən və məlum olmayan bir çox səbəblərdən asılı olaraq ayrı-ayrı qadınlarda orqazmın müddəti müxtəlif olur. Elə qadınlar var ki, onlar bir cinsi əlaqə müddətində bir neçə cinsi orqazm vəziyyətinə düşürdər. Qadının cinsiyyət üzvləri orqazmdan sonra müəyyən gərgin vəziyyətdə qalır və buna görə tam seksual kifayətlənmə hissiyyatının yaranması üçün cinsi əlaqə aktı qurtardıqdan sonra qadına qarşı incəlik, mehribançılıq münasibəti vacibdir.

Kişidə nisbətən daha sadə şəkildə baş verən orqazm iki mərhələdən ibarət olur: orqazmdan əvvəlki mərhələ və orqazm. Birinci mərhələdə cinsiyyət üzvündə çox güclü gərginlik yaranır. Əgər bu dövrdə friksiya hərəkətləri dayandırılarsa və cinsiyyət üzvü uşaqlıq yolundan çıxanlarsa, gərginlik tədricən keçir və eyakulyasiya aktı baş vermir. Çox vaxt kişilər bu vasitə ilə öz imkan diapazonlarını qadının imkanına uyğunlaşdırmağa çalışırlar. Nəhayət, orqazmdan əvvəlki mərhələnin orqazm-mərhələsinə keçid dövründə eyakulyasya baş verir. Bu zaman spermanın təkanla atılması və ereksiyanın sürətlə zəifləməsi başlayır.

Qadında orqazm, zamanı çanaq vurğularmı kişi necə hiss edirsə, kişi orqazmmda da spermanın uşaqlıq yoluna atılmasını qadın hiss edir və bu zaman cinsi əlaqədə olan müqabil tərəflərin hər ikisində ehtiras hissləri yüksək dərəcəyə çatır.

İntim əlaqənin hər üç dövrünün (prelyüdiya, cinsi əlaqə və sonrakı mehribançılıq) davamiyyəti müqabil tərəflərin hər ikisinin fiziki, psixoloji hissləri ilə müəyyən olunmalıdır. Qədim hind traktatının bu haqda verdiyi məsləhət belədir: cinsi əlaqədən 7 əvvəlki sevgi oyunu müddəti cinsi əlaqə aktının müddətindən üç-dörd cinsi çox, sonrakı mehribançılıq müddəti isə cinsi əlaqə müddətinə bərabər olmalıdır.

Ailədə daha aktiv seksual tərəf, cinsi əlaqə aktının təşəbbüsçüsü. bir qanun kimi kişidir. Cinsi əlaqə üçün kişidə istək, arzu əmələ gətirən əsas. səbəb toxum kisəciklərinin dolması nəticəsində cinsiyyət üzvlərində ağırlıq, bəzən hətta küt ağrı hissiyyatının əmələ, gəlməsidir. Yaxınlıq üçün həqiqi istək isə seksual münasibətdə ola biləcək qadının gözlə görünməsi və hətta onun səsinin (telefonla) eşidilməsi nəticəsində baş verir. Lakin çox vaxt kişi cinsi əlaqəyə ona görə girir ki, bu onun arvadına “lazımdır”.

Qadınların əksəriyyətində intim yaxınlıq səbəbləri başqa əlaqədə formalaşır. Əkər kişilərdə cinsi əlaqə etməyi birinci növbədə bioloji amillərlə əlaqəlidirsə, bu istək qadınlarda, əsasən psixoloji amillərlə əlaqədardır. Qadın yalnız sevdiyi şəxslə olub onunla ehtiras hisslərini bölüşdürmək istəyir. “Ümumiyyətlə yaxınlıq” arzusu onda ölmür, onun seksual tələbi, arzusu, yalnız istəkli bir nəfərdir. Əlbəttə, qadınlarda da bioloji amillərin müəyyən rolu var və menstrual dövrün fazalarının seksuallığa təsiri bunu isbat edən göstəricilərdəndir. Lakin onu da qeyd etmək lazımdır ki, bütün bu qeyd olunanlar intim əlaqənin əmələ gəlməsində (və ya gəlməməsində) müəyyən rol oynayan, ona zəmin yaradan amillərdir.

Sevgi oyununu ər nə qədər incə və düzgün apararsa, sevgili qadına nə qədər çox incə sözlər deyərsə (bəzi seksoloqlar deyirlər ki, qadın incə sevgi sözlərində isti suda çimdikləri kimi çimməlidirlər) o daha tez və daha güclü surətdə vəcdə gələr, bu ona daha çox sevinc və nəşə bəxş edər.

Ailə həyatının müddətindən asılı olmayaraq cinsi yaxınlıq vaxtı bədənin tutduğu vəziyyət ər-arvadı maraqlandırır. Burada qeyd etməliyik ki, cinsi əlaqədə bədənin bu və ya başqa vəziyyətdə olması, vaxtaşırı bu vəziyyətlərin dəyişməsi, xüsusi seksual qıcıqlandırıcı üsullardan istifadə olunması nə pozğunluq və nə də əxlaqsızlıq hesab oluna bilməz. Lakin onu da qeyd etmək lazımdır ki, bütün qeyd olunanlar müqabil tərəflərin razılığı ilə olmalıdır.

Ailə təşkil etdikdə kişi və qadın oraya öz adətləri, temperamenti, zövqləri, çatışmazlıqları və seksual tərbiyənin müxtəlif səviyyəsi ilə gəlirlər. Elə buna görə də onların intim yaxınlığa, cinsi əlaqənin nə qədər tez-tez və ya gec olmasına, əlaqə vaxtı bədənin vəziyyətinə münasibətləri bir-birindən seçilir. Lakin müəyyən müddət birgə həyat ər-arvada intim məsələlərdə “dil tapmağa” imkan verir (əkər onların hər ikisi “dil tapmağa” səy göstərirlərsə). Bundan sonra hər gün süni məhəbbət sözləri, mehribançılıq hərəkətləri, cinsi əlaqələr eyni şəkildə təkrar olunur, hər gün dünənkini xatırladır və intim əlaqədə ər-arvad arasında artıq etereotip yaranır. Etereotip bir tərəfdən ər-arvadın psixoloji və fiziki enerjisinə qənaət olunmasına şərait yaradırsa, digər tərəfdən hissləri kütləşdirir, kişi və qadının bir-birinə təbii cazibə qüvvəsini zəiflədir. Ona görə də nikahın möhkəmlənməsində və daimiləşməyində sevgi oyununa yeni elementlərin əlavə olunmasının, intim yaxınlıqda bədən vəziyyətlərinin dəyişməsinin müəyyən əhəmiyyəti var. Lakin yadda saxlamaq lazımdır ki, hər hansı bir yeni elementin əlavə olunmasına qarşılıqlı tərəflərdən birinin, xüsusilə qadının, razılığı olmasa bu çox böyük münaqişəyə səbəb ola bilər. Bunun əsas səbəbi bu yeniliyin kənarda öyrənilməsi ilə, daha doğrusu, ailəyə qiymət şübhəsinin əmələ gəlməsi ilə əlaqədardır. Buna kvrn torəlarlən hər biri istər oyununda, cinsi əlaqədə və istərsə də bu vaxt bədənin vəziyyətində bir yenilik təklif etməzdən əvvəl onun nə kimi reaksiya əvvəlcədən düşünməli, götür-qoy etməlidir ki, bu təklif lüzumsuz şübhə və incikliyə səbəb olmasın.

Cinsi əlaqə vaxtı bədənin vəziyyətinin seçilməsi hər ailəni imkanları, şəraiti və eləcə də yalnız cinsiyyət üzvlərinin deyil bədənin bütün anatomik xüsusiyyətləri ilə əlaqəndirilməlidir.
Sağlamlığa ziyan vermədən bir gecədə neçə cinsi cinsi əlaqədə olmaq olar sualı çoxlarını, xüsusilə gənc ailələri maraqlandırır. Bir küçədə (və ya gündə) hər cinsi eyakulyasi) ilə nəticələnən cinsi əlaqənin kişi orqanizminə heç bir zərəri olmur. Təsadüfi deyil ki, bu müdalədə eyakulyasiya şərti qeyd olunur. hər bir sağlam kişidə eyakulyasiyadan sonra sakitlik dövrü başlanır və bu zaman heç bir psixoloji və fiziki stimulk cinsiyyət üzvündə təkrar ereksiya əmələ gətirə bilmir. Bu dövr hər bir şəxsin yaşından, cinsi konstruksiyasından, sağlamlıq dərəcəsindən asılı olaraq dəqiqələr, saatlar və hətta günlərlə uzana bilər. Bu müddət orqanizmin xüsusiyyətindən asılı olaraq sərf olunmuş enerjini bərpa etmək, cinsiyyət üzvlərində cinsiyyət vəzilərinin hasil etdikləri lazımi məhsulu hazırlamaq üçün lazımdır. Orqanizmə düşən güc həddən artıq və təhlükəli olduqda eyakulyasiya baş verir nə təkrar cinsi əlaqə mümkün olmur.

Cinsi əlaqəni süni surətdə yarımçıq saxlayır eyakulyasiyanı dayandırmaq sağlamlıq və hətta həyat üçün xüsusilə ürək qan-damar sistemi xəstəlikləri olan infarkt keçirmiş şəxslər üçün təhlükəlidir. Ona görə ilk və ya təkrar cinsi əlaqə zamanı döş qəfəsində, ürək nahiyəsində narahatlıq, ağrı hissi, eləcə də qulaqlarda nəbzin vurması, zəiflik, tərləmə, təngnəfəslik hiss etdikdə cinsi əlaqəni dayandırmaq və ürək fəaliyyətini stimullaşdıran dərmanlardan istifadə etmək vacibdir.
Bir görüşdə cinsi əlaqənin sayı qadın üçün onun fərdil xüsusiyyətlərindən, daha doğrusu onun orqazmı necə keçirməsindən asılıdır. Əkər eyakulyasiyadan sonra bütün kişilərdə cinsi qıcıqlanma kəskin şəkildə itirsə, bu hal qadınlarda tamamilə özünü başqa şəkildə göstərir. Qadınlarda bu vəziyyətin beş müxtəlif variantına təsadüf edilir.

İkinci halda qadının təkcə bir cinsi orqazm dərəcəsinə çatması göstərilə bilər, özü də yalnız birinci Cinsi əlaqə vaxtı. Əkər ərinin tələbi ilə o, ikinci cinsi təkrar cinsi əlaqəyə razılaşırsa da onun orqanizmi cinsi qıcıq dərəcəsinə çatmır, uşaqlıq yolunda selikli ifrazat olmur və cinsi əlaqə “quru” uşaqlıq yolunda qadın üçün ağrılı və əziyyətli olur. Belə cinsi əlaqə “öz arvadmı könüllü olaraq zorlamaq” adlanır.
İkinci hal üçün bir neçə dəfə orqazm dərəcəsinə çatmaq qabiliyyəti olan qadınlar göstərilə bilər. Bu vəziyyətdə olan qadınlar, adətən, təkrar cinsi əlaqədən imtina etmirlər və təkrar əlaqələr tərəflərin hər ikisi üçün razılıq hissi ilə qurtarır. Əgər belə qadınlar təkrar əlaqədən imtina edirlərsə, deməli bunun üçün sekslə əlaqədar olmayan başqa səbəblər (yorğunluq, kefsizlik, səhər tezdən durmaq məcburiyyəti və s.) .

Üçüncü halda yalnız təkrar cinsi əlaqədə qadında orqazm olur. Bu ən çox birinci cinsi əlaqə müddətinin! çox qısa olması (məsələn, kişidə eyakulyasiya çox tez baş verir) və ya kişi tərəfındən eregen zonaların kifayət qədər stimullaşdırılmaması nəticəsində olur. Təkrar cinsi əlaqənin müddəti, adətən, uzanır, aralıq müddəti isə, xüsusilə gənclərdə, çox qısa olduğu üçün bu səbəbdən təkrar əlaqədə qadın orqazm vəziyyətinə çata bilir. Lakin onu da, unutmaq olmaz ki, heç də kişilərin hamısı təkrar cinsi əlaqəyə qadir deyildirlər.
Dördüncü dövr qadınlar heç bir şəraitdə orqazm vəziyyətinə çatmadıqlarından onlar cinsi əlaqəyə ehtiyac da hiss etmirlər (bu soyuqluq həqiqi frikidlik adlanır). Bu halda cinsi əlaqələrin sayı qadının ərinə münasibətindən, onu sevməsində ona hörmətindən asılı olur, ya da ailəni dağıtmamaq arzusu ilə əlaqədardır.


Beşinci halda (ailədə seksual uyğunsuzluq əmələ gətirən variant) qadın ərinin sevgi oyunundan, mehribançılığından vəcdə gələrək cinsi əlaqəyə girir, arama demək olar ki, heç vaxt nə birinci və nə də təkrar əlaqələrdə orqazm vəziyyətinə çata bilmir. Bu vəziyyət isə, şübhəsiz ki, onun sağlamlığına böyük zərərdir. Bu zaman qadının cinsiyyət üzvlərində qan durğunluğu, bununla əlaqədar qarının aşağı nahiyəsində, beldə, budlarda ağırlıq hissi və ağrılar, yuxusuzluq, əsəbilik meydana gəlir ki, bu vəziyyət də onu cinsi əlaqədən imtinaya məcbur edir. Belə qadınlarda cinsiyyət üzvlərinin uzun sürən və tez-tez kəskinləşən iltihab prosesləri baş verir. Belə hallarda seksopatoloqa müraciət etmək lazımdır.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 563 Bölmə: Cinsel Bilgiler