beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BANKİR OĞLU MÜĞENNİ XATİREYE VERDİYİ PULLARDAN DAN

İslam Yusifov: “Biz onunla 4 il qeyri-resmi yaşamışıq” “Ona 2 ev, 30-40 min dollar cibxercliyi, klip üçün 50 min, ofis üçün 60 min manat, “Audi-Q7″ üçün 40 min dollar, “Range Rover”in kreditinden 20 min dollar, bağının temiri üçün 50 min dollar, axırda da 100 min manat pul vermişem…” lent.az “Bizim yol” qezetine istinaden “Texnikabank”ın Bakı filialının sabiq rehberi Zal Yusifovun ve daha 14 neferin cinayet işi üzre istintaq materiallarına esaslanan yazıları davam etdirir. Qeyd edek ki, Zal Yusifov oğlu İslamla (“Spartak” leqebi ile tanınır) müğenni Xatirenin (Ezizova) münasibetlerinden danışmışdı. O, qeyd etmişdi ki, oğlu müğenniye külli miqdarda pul xercleyib. Xatire İslam da ibtidai istintaqa ifade verib. Hemin ifadeni oxucuların diqqetine çatdırırıq. Xatirenin istintaqa dedikleri Xatire İslam istintaqa ifadesinde bildirib ki, texminen 2006-cı ilin yayında İslam Yusifov ağlaya-ağlaya onun yanına gelib, o da niye ağladığını soruşub: “İslam dedi ki, mende ağ qan qırmızı qanı yeyir. Men de ağlaya-ağlaya ona qoşuldum ki, bes niye bele olub. İslam da bu xesteliyin onda qorxudan yarandığını bildirib. Sonra İslam mene dedi ki, Şamil adlı qohumu ona hede-qorxu gelerek ondan külli miqdarda pul teleb edir. İslam dedi ki, Şamilin istediyi pulu vermek üçün borca faize pul götürmelidir, lakin sonradan hemin pulu nece qaytaracağını bilmir. Men ise İslama dedim ki, bu barede atası Zal Yusifova danışsın. İslam ise atasından qorxduğunu bildirdi ve bu barede ona danışmayacağını söyledi. İslam atasından çox qorxurdu. Mene bu meseleni heç kime danışmamağı tapşırdı”. Bankir müğenniye niye teşekkür edib? Xatire İslamın ifadesine göre, İslam Yusifova yazığı gelib ve onun problemini hell etmek meqsedile Zal Yusifovun iş yerine yollanıb: “Orada İslamı gördüm, berk qorxuya düşdüm. Men Zal Yusifovun iş otağına keçerek oğlu İslamla bağlı bir meseleni ona danışacağımı bildirdim. Zal Yusifov İslamı da otağa çağıraraq bildiyim her şeyi onun yanında danışmağı xahiş etdi. İslam otağa gelenden sonra Şamilin ondan hede-qorxu yolu ile pul teleb etmesi meselesini danışdım. Zal Yusifov diqqetle qulaq asdıqdan sonra mene xeber verdiyim üçün teşekkürünü bildirdi. Zal Yusifov bu mesele barede ciddi maraqlanacağını bildirdi”. Xatire İslam istintaqa deyib ki, Zal Yusifovun İslamla bağlı bu meseleni nece yola qoyması barede ona heç ne bildirmeyib. Müğenninin ifadesine göre, onun bu meseleni Zal Yusifova danışması İslamın xoşuna gelmeyib. Bundan sonra onların bütün elaqeleri kesilib. Cinayet işi üzre teqsirlendirilen şexs İslam Yusifov istintaq ifadesinde qeyd edib ki, müğenni Xatireni 16 yaşından tanıyır. Dediyine göre, yolda tanış olublar ve aralarında münasibet yaranıb: “Biz Xatire ile birlikde texminen 4 il qeyri-qanuni yaşamışıq. Yaxın münasibetde olduğum müddetde Xatireye maddi terefden çox kömeklik etmişem. Ona bir neçe daşınmaz emlak, ev ve maşın almışam”. “Xatire İslama 2 ev almışam, 100 min manat ödemişem” İslam Yusifov daha sonra ifadesinde gösterib ki, Xatirenin aldığı iki evin pulunun bir hissesini ödeyib. İfadesine göre, hemin evlerden birini “Xetai” metrosunun arxasında yerleşen “Lepeler” MTK şirketinin tikdiyi yeni binada, digerini ise “Göy mescid”in arxasında yerleşen yeni tikilmiş binadan alıb: “Xetai” metrosunun arxasında yerleşen binadakı menzil 3 otaqdan ibaretdir ve bildiyime göre, anasının adınadır. Hemin evin alınması üçün 30 min dolları şirkete ödemişem, 20 min ise Xatirenin özüne vermişem. Yeni hemin evin alınması üçün 50 min dollar pul ödemişem”. İslamın sözlerine göre, Xatirenin “Göy mescid”in arxasında aldığı ev ise ikiotaqlı olub ve hemin eve de 50 min dollar ödeyib: “Evlerin alınması üçün Xatireye verdiyim hemin 100 min dolları dost-tanışlarımdan borc almışam. Heç vaxt atamdan böyük mebleğde pul istememişem. Borc verenlere atamın harada işlemesini ve yaxşı imkanı olduğunu, hemin pulları qaytaracağımı bildirmişem. Sonradan atama 100 min dollar borcum olduğunu bildirdim. Atam da hemin borcu ödedi. Atamın Xatire ile olan münasibetimden xeberi vardı ve bu meseleye göre meni bir neçe defe danlayaraq döyüb”. Müğenniye 30-40 min dollar cibxercliyi… O, ifadesinde qeyd edib ki, Xatirenin aldığı daşınmaz emlakın pulunun bir hissesini de ödeyib. Dediyine göre, “Azercell”in binasının qarşısında yerleşen binanın zirzemisinde olan 60-70 kvadratmetrlik sahe de Xatirenin ofisi üçün nezerde tutulub. Hemin erazinin alınması üçün 60 min manat verib, pulun yerde qalan hissesini ise müğenninin özü ödeyib: “Xatire ile görüşdüyüm müddet erzinde onun xerclemesi üçün 30-40 min dollar vermişem. Hemin pulları xerclemek üçün atamdan alırdım ve Xatireye verirdim. Hesab edirem ki, Xatire daşınmaz emlakların qalan pullarının da ona xerclemek üçün verdiyim pulla ödeyirdi”. İslam ifadesine elave olaraq qeyd edib ki, Xatireye kliplerinin çekilmesi üçün texminen 50 min dollar verib. Onun sözlerine göre, müğenninin evveller idare etdiyi “Audi-Q7″ markalı avtomaşının kreditinin 40 min dollar, hazırda idare etdiyi “Range Rover”in kreditinden 20 min dollar, Novxanı qesebesinde yerleşen bağının temiri üçün 50 min dollar deyerinde pul ödeyib. “Xatire menden şantajla 100 min manat teleb etdi” İslam Yusifov bildirib ki, 2008-ci ilin iyun ayında aile heyatı qurmağa hazırlaşdığı üçün Xatire ile münasibetlerine son vermek qerarı verib: “Lakin Xatire meni şantaj ederek münasibetlerimizin qurtarması üçün 100 min dollar istedi. Eks teqdirde aileme ve nişanlıma zeng vuraraq aramızda olan her şeyi danışacağını bildirdi. Buna göre de Xatire mene 2-3 gün vaxt verdi ve menden xarici pasportumu teleb etdi. Men de onu sakitleşdirmek meqsedile xarici pasportumu ona verdim. Bir qeder sonra ise 100 min dolları Xatireye ödemek qerarına geldim. Hemin vaxt erzinde Xatire nişanlımın evine bir neçe defe zeng vurmuşdu. Hemin telefon zenglerine nişanlımın anası Mehpare xanım cavab verirdi. Xatire qayınanama menimle görüşdüyünü, menden iki aylıq hamile olduğunu, qızını mene vermemeyi, ailemin pis insanlar olduğunu bildirib. Qayınanam ise Xatirenin sesini mobil telefonuna yazıb. Hemin vaxt nişanlım evde olmadığı üçün söhbetden xeber tutmayıb. Hemin telefon söhbetinden iki hefte sonra bizim toyumuz olmalı idi. Qayınanam ve valideynlerim arasında söhbet zamanı bele qerara geldiler ki, toya iki hefte qalmış bu söhbeti böyütmesinler. Men de ailemden ve qayınanamgilden üzr istedim, Xatirenin şantaj ederek menden 100 min manat istediyini bildirdim ve bir daha Xatire ile görüşmeyeceyime söz verdim. Bundan sonra atam Xatire ile danışdı ve bir daha meni şantaj edeceyi teqdirde hüquq-mühafize orqanlarına müraciet edeceyini bildirdi”. P.S. Cinayet işinin materiallarından melum olur ki, İslam Yusifov Xatireye xalq artisti fexri adı verilmesi üçün Milli Meclisin deputatlarından birinden xahiş edib. Hemin deputat da istintaqa verdiyi ifadesinde qeyd edib ki, xalq artisti adının verilmesi meselesi onun selahiyyetleri çerçivesinde hell edilmir.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 523 Bölmə: Cinsel Bilgiler