beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi və Qadınların Fərdi Seksual Xüsusiyyətləri

Hər bir insanın ümumi fərdi cəhətləri kimi fərdi seksual xarakteristikaları da onun orqanizmində “Külək“, “Öd“, və “Selik” adlanan (Tibet fəlsəfəsi və seksologiyasına əsasən) həyat prinsipləri (doş) kombinasiyalarına, eləcə də, insan şüurunun mənəvi inkişaf səviyyəsinə əsaslanır.

Baxaq görək, seksual baxımdan bu həyati prinsiplər bizə nə öyrədə bilər? Qədim müdriklər bu və ya digər sek-sual konstitusiyaya (bunu bəsit şəkildə “bədən quruluşu” kimi də başa düşmək olar) malik insanlara aşağıdakı adları vermişlər: kişilərə – dovşan, erkək, buğa və at, qadınlara -lotos (şanagüllə) aktrisa, iri çanaq və dişi fil.

Əgər insan tipik “Külək” konstitusiyasına malikdirsə, deməli o, bədəncə balacadır və onda həyat prosesləri xeyli sürətlə cərəyan edir. Seksual baxımdan bu, kiçik ölçülü tənasül aləti olan və cinsi əlaqəni sürətlə icra edən kişi; da-yaz uşaqlıq yoluna malik olan və tez vəcdə gələn qadın deməkdir.

Bu cür kişiləri balaca bədəninə və qızğın temperamentinə görə “dovşan” adlandırırlar. Digər xarakteristika-ları: onun bütün fikri-zikri əylənmək, kef etməkdir; üzündən heç vaxt təbəssüm əskik olmur, pozğun qadınlara meyl edir. İşçi kimi yararsızdır, buna görə asan əldə olunan şeyləri yeyir və geyir. Sabahkı gün, gələcək onu zərrəcə də narahat etmir, təki bu günü xoş keçsin. Seksual oyanma zamanı tənasül alətinin uzunluğu altı barmaq eninə çatır. O, tələm-tələsik cinsi əlaqəyə girir, tez də “qurtarır”.

Bu cür bədən quruluşuna malik qadınlar “ceyran” adlanır. Öz emosional işgüzar keyfiyyətlərinə görə dovşan-kişiləri xatırladırlar. Ürkək və özlərinə qarşı inamsızdırlar. Uşaqlıq yolunun dərinliyi təxminən altı barmaq enindədir.

“Öd” konstitusiyalı kişilər orta bədən quruluşuna malikdir, dərilərinin rəngi sarımtıldır. Onlar son dərəcə emosionaldırlar. Bu adamların cinsiyyət üzvü orta ölçüdədir. Onlar “erkək” adlanırlar. “Erkək” mütənasib bədən quruluşuna malikdir. Saçları tez ağarır, yaxud tökülür. 0, qayda-qanun sevən və ağıllıdır. İti yeriyir. Daim diliylə dodağı arasında hansısa mahnını mızıldayır, tez-tez zarafat edir. Yaxşı geyinməyə can atır. Səxavətlidir və gözdən pərdə asmağı sevir, özünü əslində olduğundan varlı göstərməyə çalışır. Penisin uzunluğu təxminən səkkiz barmaq enindədir.

Bu cür konstitusiyalı qadınlar “aktrisa” adlanır. O, yaxşı bədən quruluşuna malikdir (nə kökdür, nə arıq), orta boyludur. Onun badamı gözləri və süzgün baxışları var, burnu düzgün biçimdədir. Dəbə uyğun geyinməyi xoşlayır, incəsənətlə maraqlanır. Evdə hər cür heyvanat: it, pişik, yaxud quş saxlayır. Onun cinsiyyət orqanı yumrudur, uşaqlıq yolunun dərinliyi səkkiz barmaq enindədir. Qasığı az tüklüdür, menstrual ifrazatı şəffafdır. Min qadının payına bir “aktrisa” düşür.

Kişinin konstitusiyasında iki həyat prinsipi – “Öd” və “Selik” prinsipləri vəhdət halında birləşdikdə, o, “buğa” adlanır. “Buğanın” iri bədəni və xoşagəlim zahiri görkəmi olur. Xasiyyətcə, dəmdəki, hərdəmxəyaldır, utanmaq nə olduğunu bilmir. Asanlıqla dost tapır, o cür asanlıqla da itirir. Çox yeyir. Yaxşı səsi və rəqs etmək qabiliyyəti var (Bu keyfiyyətləri ona “Öd” bəxş edib). Olduqca ehtiraslıdır. Əlinə keçən bütün qadınlarla, fərq qoymadan, cinsi əlaqəyə girir. Onun tənasül alətinin uzunluğu təxminən on bar-maq enindədir. Təri və toxum mayesi pis iy verir.

Qadında iki həyati prinsip – “Külək” və “Öd” prinsipləri vəhdət halında təzahür edərsə, onu “böyük çanaq” adlandırırlar. “Böyük çanaq” qadın ucaboy və incə beldi, lakin boynu əyridi. Uzunsov üzü, fındıq burnu var. Bol və zəngin təamları sevir. Səriştəli və mahir ev sahibəsidir, yaxşı nitq qabiliyyətinə malikdir, adamlarla asan dil tapır. Onun qısqanclığı və ehtirası sonsuzdur. Daim isti qalan uşaqlıq yolunun dərinliyi təxminən on barmaq enindədir. Qasığında tüklər sıxdır. Bədənindən və cinsiyyət orqanlarından turşumuş iy gəlir (“Öd” həyati prinsipinin əlaməti). Yer kürəsində qadınların əksəriyyəti “iri çanaq” tipinə aiddir.

Kişidə “Selik” və “Külək” həyati prinsipləri eyni zamanda təzahür etdikdə, o, “ayğır“, yaxud “at” adlanır. Ayğır-kişinin bədəni piyli, kobud və iridir, (“Selik” həyati prinsipinin əlamətləri). Dərisi qaramtildir; ayaqları iri, hərəkətləri kəskindir. Yalana və xəyanətə meyllidir. Onun üçün qadının çirkin, yaxud gözəl, cavan, yaxud qoca olma-sının heç bir fərqi yoxdur, ucdantutma hamısı ilə yatmağa hazırdır. Şəhvət düşkünüdür. Kişilik gücü tükənməzdir. Bir gün belə qadınsız yaşaya bilmir. Tənasül aləti bərk və yoğundur. Dikəlmiş vəziyyətdə uzunluğu təxminən on iki barmaq enindədir. Toxum mayesi boldur və pis iy verir. Bu tipə əsasən Afrika zənciləri, bir də, yağışın və suyun az olduğu, isti iqlimli vilayətdə yaşayan kişilər aiddir.

Qadında “Selik” və “Öd” həyati prinsipləri qabarıq şəkildə ifadə edildikdə, onu “dişi fil” adlandırırlar. “Dişi fil” boyca balaca, lakin enlikürək və şaqqalıdır, necə deyərlər, “eni uzununa bərabərdir“. Fil-qadının qalın dodaqları, ətli burnu və yoğun yanbızları var. Tükləri cod, döşləri xeyli iridir. O, qarınquludur, qalın səslə danışır. Xəyanəti və iyrənc dedi-qoduları sevir. Sevgi oyunlarında yorğunluq nə olduğunu bilməyən ehtiraslı kişilərə meyl göstərir. Güclü və hüdudsuz ehtiras hər gün onu mümkün qədər çox cinsi əlaqədə olmağa sövq edir. Fil-qadının son dərəcə tüklü və aramsız maye ifraz edən cinsiyyət orqanı hərarətdən daim alışıb yanır. Ondan həmişə xüsusi iy – fil iyi gəlir.

Qadınlar arasında, özündə hər üç həyati prinsipi bərabər nisbətlərdə birləşdirmiş və mənəvi qabiliyyətləri yük-sək inkişaf etmiş qadın ən yaxşısı sayılır. Bu cür qadınlara nadir hallarda təsadüf olunur (qədim müşahidələrə görə 10) milyon qadından biri). Onları “lotos” adlandırırlar. Lotos-qadın bənzərsiz gözəldir, mütənasib, gözoxşayan bədən quruluşuna malikdir. Belinin incəliyi ombalarının yumruluğu və doluluğu ilə cəzbedici təzad yaradır. Dərisi məxmər, səsi incə və məlahətlidir. Onun hətta tərindən də müşk-ənbər ətri gəlir, nəfəsi kişilən bihuş edən xoş rahiyyə saçır. Ətir qoxuyan uzun saçları ipək, alnı saf və təmiz, qaşlan bir cüt kamandır. Mavi, canalan gözləri gecə səmasındakı ulduzlar kimi parıldayır. Al dodaqları adamda şəhvət hissi oyadır. Bəyaz dişləri mirvari düzümünü, dimdik döşləri tərsinə çevrilmiş bir cüt qızıl kasanı, göbəyi şirin üzüm giləsini andırır. O, çiməndə hər hərəkəti sevgi nəşələrindən xəbər verir, hətta hamının ağlını çaşdırır. O, təmiz geyimi və sadə yeməkləri xoşlayır. Cüzi bəzək gəzdirir, çünki axı yer üzünün hansı ləl-cəvəhiratı, bəzək-düzəyi onun qənirsiz gözəlliyi ilə bəhsə girər? Ərindən savayı o heç kəsi arzulamır, ərini isə sevgi nəşələriylə əyləndirməyə, ona həzz hissi bəxş etməyə hər an hazırdır.
Kişilər arasında isə ən yaxşısı o şəxs hesab olunur ki, hər üç həyati prinsipi (“Külək” və “Od” və “Selik”) harmonik surətdə özündə birləşdirsin, yüksək mənəvi keyfiyyətlərə malik olsun. Bu cür nadir kişiləri “şir” adlandırırlar. Şirkişinin niyyətləri xeyirxah, əməlləri nəcibdir. O özündən yuxarıda duranlara hörmət, aşağıda olanlara köməklik göstərir. Yalnız öz arvadını sevir və yataqda onu həzzin zirvə-sinə çatdırmağa can atır. Sevgi oyunlarında mahir və yorulmazdır. Adətən, şir-kişi maddi cəhətdən heç vaxt korluq çəkmir. Lakin əfsuslar ki, bu cür kişilərə nadir hallarda rast gəlmək olur.

Biz sizinlə birlikdə qadın və kişilərin ən xarakterik seksual tiplərini təhlil etdik. Lakin, əslində qadın və kişi növlərinin sayı-hesabı yoxdur, baxmayaraq ki, dünyada insanların əksəriyyəti məhz bu dörd tipə uyğun gəlir (kişilər-də – dovşan, erkək, buğa, ayğır; qadınlarda – ceyran, aktrisa, böyük çanaq. dişi fil). “Xalis” növlərdən savayı qatışıq tiplərə də rast gəlinir. Məsələn, dovşan-erkək (kiçik ölçülü tənasül aləti olan orta boylu kişi), yaxud, dovşan-buğa (gödək və yoğun tənasül aləti olan iri bədənli kişi), yaxud, buğa-ayğır; erkək-ayğır və s. Eyni sözləri qadınlar barəsində də söyləmək olar.
Xalq müşahidəsinə əsasən, ətli yançaqları olan qadın-ların uşaqlıq yolu bir qədər yuxarıda (bu cür cinsiyyət üzvünə xalq arasında “korolyok” deyirlər), iri qarnı olan qadınlarda isə aşağıda (“tütək”) yerləşir. Balaca yumru dodaqları olan qadınların cinsiyyət üzvü dərin və yumrudur, az tüklüdür. Ağzı iri, dodağı qalın, yanağı sallaq qadınların uşaqlıq yolu dar və istidi, qıllan coddur. Uşaqlıq yolu çox dar olan qadınların bətni daim od tutub yanır və öküz dili kimi nahamardır. Buna görə kişilər onlarla cinsi əlaqəyə girərkən, tənasül alətləri pis kökə düşüb ağrıyır. İri gözləri, qırmızı yanaqları, iri qarnı və yoğun yanbızları olan qadınlar isə ağlasığmaz dərəcədə ehtiraslıdırlar. Əgər bu cür qadın, diqqətlə ona baxarkən, özünü itirirsə və söhbət zamanı dodaqlarım hey sıxırsa və əgər onun dodaqları ətrafındakı cizgilər lotosu xatırladırsa, deməli, onun ehtirası həddi-hüdud bilmir, cinsiyyət üzvü isə isti və xoşdur.

Kişilərin seksuallığı barəsində də onların bir sıra zahiri əlamətləri əsasında müəyyən qənaətə gəlmək olar. Birinci əlamət tük örtdüyüdü. Kişinin çox tüklü olması onu göstərir ki, bu adamın orqanizmi cinsiyyət hormonları sarıdan zəngindir. Bunu da nəzərə almaq lazımdır ki, yumurtalıq testosteronu (kişi cinsiyyət hormonu) yalnız qasığın tüklülüyünü müəyyən edir. Bütün bədənin tüklülük dərəcəsi isə böyrəküstü hormondan asılıdır. Buna görə bir çox hallarda seksuallıq qasığın tüklülüyü ilə müəyyən edilir. Göbəkdən qasığa qədər uzanan tük üçbucağı əgər böyük sahəni əhatə edirsə, deməli yumurtalıq testosteronu orqanizmdə boldur və bundan da belə nəticə hasil olur ki, həmin adamın seksual enerjisi çox yüksəkdir.

Kişinin tez dazlaşması da bunu göstərir ki, onun orqanizmi testosteron sarıdan zəngindir. Buna görə daz kişilər daha ehtiraslı və sevgi texnikasında mahirdirlər. Təsadüfi deyil ki, xalq arasında deyirlər: “Hərgah kişinin başının tükü qabaqdan tökülərsə, deməli o, böyük ağıl sahibidir. Arxadan tökülərsə deməli gəzəyəndi. Əgər həm qabaqdan, həm də arxadan dazlaşıbsa, deməli ağılla gəzəndi”.

Cinsiyyət orqanlarının ölçülərinə və xüsusiyyətlərinə gəldikdə isə bu barədə “Kişilərin və qadınların sistemi” fəslində ətraflı bəhs ediləcəkdir.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 464 Bölmə: Cinsel Bilgiler