beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tom Cons

Ser Tom Cons (ing. Tom Jones; əsl adı ser Tomas Con Vudvord ing. Thomas John Woodward; d. 7 iyun 1940) — əslən Uelsdən olan Britaniya estrada müğənnisi. Onun rəngarəng şouları və emosional mahnıları 1960-cı illərin ortalarından ona dünya şöhrəti gətirmişdir.

Həyatı

Müğənni 7 iyun 1940-cı ildə Uelsin Pontiprid qəsəbəsində, fəhlə ailəsində anadan olmuşdur. Hazırda ABŞ-ın Kaliforniya ştatında, Los-Anceles şəhərində yaşayır. 17 yaşından Melinda Trençard (Melinda Trenchard) ilə evlidir. Mark adında oğlu və övladlığa götürülmüş Donna adında qızı var.

O, özünə Tom Cons ləqəbini XVIII əsr ingilis yazıçısı Henri Fildinqin romanının məşhur personajının adından götürmüşdür. Belə ki, romanın 1963-cü ildəki ekranizasiyası o dövrdə çox populyar idi. Gənc müğənni özünün gur səsi, əla fiziki forması və səhnədəki həddindən artıq sərbəst hərəkətləri ilə insanların diqqətini cəlb edə bildi.

1965-ci ildə Cons "It’s Not Unusual" mahnısı ilə Britaniya çartlarında birinci oldu. Növbəti il ifa etdiyi Ceyms Bond haqqındakı "Thunderball" filminin eyniadlı mahnısına görə böyük gələcək vəd edən debütant kimi "Qremmi" mükafatına layiq görüldü.

1966-cı ildə onun oxuduğu "Green Green Grass of Home" klassik kompozisiyası Böyük Britaniyanın ən çox satılan sinqlına çevrildi. 1968-ci ildə çıxan "Delilah" mahnısı Sovet İttifaqında, 1971-ci ildə çıxan rəqs üslubundakı "She’s a Lady" mahnısı isə ABŞ-da böyük populyarlıq qazandı.

1970-80-ci illərdə Consun nəzərə çarpacaq dərəcədə məşhur hitləri olmadı. Bu dövrdə o, əsasən yaşlı dinləyicilər üçün ifa edirdi. 1988-ci ildən başlayaraq o öz repertuarını müasir mahnılarla genişləndirməyə başladı. 1990-cı illərin sonlarında isə gənc ifaçılarla — The Cardigans ("Burning Down The House", 1999), The Pretenders ("Lust for Life", 1999), Stereophonics ("Mama Told Me Not to Come", 2000) ilə birlikdə albomlar yazdırdı.

1999-cu ildə Tom Cons kaver-versiyalardan ibarət olan "Reload" albomunu yazdırdı və 2000-ci ildə bu albom onun karyerasındakı ən çox satılan albom oldu. Bu albomdakı "Sex Bomb" sinqlı isə həmin ilin ən populyar rəqs hitinə çevrildi və Britaniya satış çartlarında üçüncü yeri tutdu.

21 oktyabr 2008-ci ildə ABŞ-da, 17 noyabrda isə Avropada "24 Hours" adlı yeni diski satışa buraxıldı. U2 qrupunun üzvləri Bono və Edc bu albomdakı "Sugar Daddy" mahnısının yazılmasında iştirak etdilər.

DiskoqrafiyaYearTitleDEATCHUKUS
1965Along Came Jones (US Title: It's Not Unusual*)−−−1154
1965What's New, Pussycat?−−−−114
1966From the Heart−−−23−
1966A-tom-ic Jones−−−−−
1967Green, Green Grass of Home35−−365
196713 Smash Hits6−−5−
1968Delilah2−−1−
1968Help Yourself7−−45
1969This Is Tom Jones9−−24
1969The Tom Jones Fever Zone−−−−14
1970Tom−−−46
1970I Who Have Nothing−−−1023
1971She's a Lady34−−917
1972Close Up−−−1764
1973The Body and Soul of Tom Jones−−−3193
1977Say You'll Stay Until Tomorrow−−−−76
1978I'm Coming Home−−−12−
1981Darlin'−−−−179
1989At This Moment−−−34−
1989After Dark−−−46−
1991Carrying a Torch−−−44−
1994The Lead and How to Swing It8135−55−
1999Reload3351−
2002Mr. Jones78586236−
200824 Hours70619432105
2010Praise & Blame38951279


Tarix: 28.01.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 404 Bölmə: Bəstəkarlar Və Müğənnilər