Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Koroğlu

Koroğlu – yarı mistik xalq qəhrəmanı (təqribən XVI əsrin II yarısı). Türk, anadolu və azəri əfsanələrində və xalq əhvalatlarında iştirak edən qəhrəman. Köroğlu və ya Goroğlu olaraq da deyilər.Mündəricat
1 Xüsusiyyətləri
2 Haqqında
3 Mənbə
4 Xarici keçidlər
5 Həmçinin bax


Xüsusiyyətləri

Bütün türk Dünyasının ortaq motivlərindən biridir. Anası işıqdan hamilə qalır və diri-diri gömülerek öldürülər. Mezarda doğular, ölmüş anasını əmərək böyüyər. Əhməd Yəsəvinin torpaq altına məzar qazıb orada yaşayaraq əziyyət çəkməsi bu anlayışı ağla gətirər. Müxtəlif ölkələrdə uyarlanarak fərqli versiyaları izah edilər. Korluq anlayışı yalnız görməməyə deyil, görülməmələri də ehtiva edər. Qəhrəmanlar qorunmaq üçün görünməz olurlar. Xıdır zaman zaman kor olaraq betimlenir çünki onun gözə ehtiyacı yoxdur. Korluq müdrikliyi işarələr. Müxtəlif bölgələrdə bəzən fərqli adlarla xatırlanan atası Alı (İslamdan sonra Əli), korluq tanrısı həqiqi bir versiyasıdır. Kroğlunun adı da Əlidir. Kor sözü işıq demək olduğu kimi yer altı, dağ, torpaq kimi mənaları da vardır. Bütün bunlar bir yerdə baxdıqda Koroğlu adı üç fərqli mənanı ifadə edir.
Gözləri kor olan (gözə ehtiyac duymağa) adamın oğlu.
Torpağın, dağın (məcazi məzarın yəni ölümün) oğlu.
Korun yəni atəşin (müqəddəs gücün) oğlu.

Koroğlu özünü dəfələrlə qurda bənzədər. Anadoluda 16. əsrdə yaşayan və bu dastan qəhrəmanının adını alaraq onunla qaynaşan Koroğlu adlı xalq ozanıdır şeirləri də özüylə bütünleşmiştir. Beləcə Koroğlu ozanlıq qabiliyyəti ilə də bütünleşmiştir.

Haqqında

Cəlalilər hərəkatının başçılarından biri. XVI əsrin ortaları – XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.

Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini "Koroğlu" dastanında tapmışdır. Dastanla hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulmamış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılmışdır. Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və s.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası olmuşdur (müxtəlif ərazilərdə "Çənlibel" adlı çoxlu qalalar mövcuddur). XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir.

A.Təbrizlinin "Tarixlər kitabı" əsərində cəlali dəstələrindən 20-dən çox başçısının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlunun vuruşmalardakı mərdlik və şücaəti, kasıbların dostu, zülmkarların düşməni xalq qəhrəmanına çevirmişdir.

Azərbaycan Əlyazmalar İnstitutundakı əlyazmalarda aşıq-şair Koroğlunun çoxlu şerləri qorunub saxlanır.


MEYDAN MƏNİMDİR

Məndən salam olsun əcəm oğluna,
Meydana girəndə meydan mənimdir.
Qıratım köhləndir, özüm mərdanə,
Çalaram qılıncı, düşmən mənimdir.

Meydana girəndə meydan tanıram,
Haqqın vergisini hər an qanıram.
Əl verirsə, İran, Turan xanıyam,
Zəbt etmişəm, indi Yəmən mənimdir.

Adımı soruşsan, Rovşən Aloğlu,
Atamdan, babamdan cinsim Koroğlu.
Aldım Hələb, Qeysər, şəhr İstanbulu,
Gün doğandanla gün batan mənimdir.

OLDU

Ay həzarat, ay camaat,
Ürək zərd oldu, zərd oldu.
Yenə namərdin sözləri
Mənə dərd oldu, dərd oldu.

Dostumu atdım damana,
Rəqibi gəlsin yamana.
Kor olsun belə zamana -
Namərd mərd oldu, mərd oldu.
Koroğluyam, dad-hazaram,
Adım dəftərə yazaram.
Nə qədər səfil gəzərəm,
Adım qurd oldu, qurd oldu.

GƏRƏK

İyit meydana girəndə
Qaynayıb daşmaya gərək.
Əgər olsa haqq vergisi
Həddini aşmaya gərək .

Biz düşdük Tona çayına,
Haqq bəla versin xayına.
İyid iyidin payına
Köndələn düşməyə gərək.

Gəldik, düşdük biz bu yurda,
Haqq bəla versin namərdə,
Mətai keçməyən yerdə
Yükünü açmaya gərək .

Qoç Koroğlu çıxar düzə,
Heç baxmaz əlliyə, yüzə.
Mən dəlidən doğru sizə -
Qənimdən qaçmaya gərək .

QIRAT

Canım Qırat, gözüm Qırat,
Bu dövranlar ərzənimdir.
Səni minən alar murad,
Uzaq yollar ərzənimdir.

Qıratı minərəm körpə,
Hayqıranda çıxar sərpə,
Hər dönədə on tas arpa,
İpək tüllər ərzənindir.

Koroğluyam, oxlarınan,
Döyüş etdim çoxlarınan,
Baş polad mıxlarınan
Gümüş nallar ərzənimdir.

OLMAZ

Aman, atam mənim, səhmin itirmə,
Bu qılıqda cobər olmaz, hay olmaz.
Beş-beş deyər, on beşini bağışlar,
Bu qılıqda cobər olmaz, hay olmaz.

Cobər deyil, gəmikləri kəsəndir,
Düşmən çolu bir-birinə basandır.
Ya, Koroğlu, ya da Dəli Hasandır,
Bu qılıqda cobər olmaz, hay olmaz.

Qarğı qəmiş bir-birinə yapılmaz,
Cobər malı belə baha satılmaz.
Axtararsan, Eyvaz bala tapılmaz,
Eyvaz sənə oğul olmaz, hay olmaz.a


Tarix: 26.01.2013 / 13:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 498 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...