Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Serebro

Serebro – rus pop qrupu.

Tarixi

Qrup 2006-cı ildən fəaliyyət göstərir. Qrupun üzvləri:Yelena Temnikova, Anastasiya Karpova və Olqa Seryabkinadır. Qrupun produseri məşhur Maksim (Maks) Fadeevdir. Serebro 2007-ci ildə "Song #1" adlı mahnı ilə Rusiyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və finalda 207 bal toplayaraq 3-cü olmuşdur. 2009-cu ildə Serebro OpiumROZ adlı ilk albomunu ictimaiyyətə təqdim edir. Qrup Russian Music Awards və Qızıl Qrammafon kimi mükafatların sahibidir. Həmçinin Britni Spirsin "Oops!…I Did It Again" adlı mahnısının plaqiatını elədiyi üçün utancverici "Qızıl Qaloş" mükafatına da sahib çıxıb.


Tarix: 28.01.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...