Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Debbi Rayan

Deborah Enn "Debbi" Rayan[2] (d. 13 may 1993[3][1]) amerikalı aktrisa və müğənni.

Debbi Rayan (2011)

Rayanın ən məşhur rolları - Disney Channel serialları olan, Zak və Kodinin gəmidəki macəraları adlı serialdakı Beyli Pikket və Cessi adlı serialdakı baş roludur. 2008-ci ildə, bu serial televiziyada 6 - 11 yaş arası uşaqlar arasında birinci, 9 - 14 yaş yeniyetmələr arasında isə ikinci yerdə dururdu. O, həmçinin həmin ildə Lonqşortlarda Edit rolunu canlandırdı.[4][1] Rayan 2007-ci ildə Barni və dostları (ing. Barney & Friends) DVD filmində Disney tərəfindən kəşf edildi. 2010-cu ildə, "16 arzu" adlı filmdə baş rolda çəkilmişdir və bu film Disney Channelin ən çox izlənilən filmlərindən biri olmuşdur. [5][6][7]

2010-cu ildə o Disney Channelda onun premyerası günündə əksəriyyət insanların müşahidə etdiyi kabel proqram olan 16 arzu filmi yeni auditoriyalara Rayanı təqdim etdi. Filmin ilk nümayişi 20 avqust 2010 - da oldu. Həmin ildə Rayan Necə yəni... adlı müstəqil teatr filmində çəkildi ki, bu filmin ilk nümayişi 20 avqustda oldu. Rayan həmçinin, Disney Channel Orijinal filmi olan, Radio Qiyamçısında baş rola çəkildi. Burada Debbi Rayan Radio üsyançısı olan utancaq 17 yaşında qızı - Adams Taranın rolunu təsvir edirdi . Film ilk dəfə 17 fevral 2012 - də nümayiş etdirilib. Rayan hal-hazırda Disneydə Cessi serialında baş rola çəkilir.Mündəricat
1 Həyatı
2 Film karyerası
2.1 2006-2007
2.2 2008-2010
2.3 2011
3 Musiqi karyerası
4 Şəxsi həyatı
5 Başqa işlər
5.1 Xeyriyyəçilik
5.2 Dəb
6 Diskoqrafiya
6.1 Mahnılar
6.2 Musiqi videosu
6.3 Reklam mahnıları
6.4 Digər çıxışlar
6.5 Filmlərdən mahnılar
7 Filmografiya
8 Mükafatlar və namizədliklər
9 İstinadlar
10 Xarici keçidlər


Həyatı

Rayan Alabamada, Huntsvildə anadan olmuşdurr.[8][9] [10] O, xristian kilsələrində, teatrlarda, istedad yarışlarında çıxış etmişdir. Raynın atası hərbçi idi, buna görə də o, Avropanın müxtəlif şəhərlərində yaşamışdı. O, Almaniyada yaşadığına görə 10 yaşında artıq ingilis və alman dillərini bilirdi. O, yeddi yaşında ikən professional teatrlarlarda çıxış etdi.

Debbi Rayan 2003-cü ildə, 10 yaşında ikən ABŞ - a qayıtmış və Texasda yaşamağa başlamışdı.[11] O, tam fəaliyyət göstərmək arzusunda idi.

Rayan məktəbin şahmat klubunun talismanı və üzvü olduğu üçün orta məktəbdə məsxərə obyektinə çevrilmişdi[12].

Film karyerası

2006-2007

Rayan yeniyetmə illərinin əvvəllərində müxtəlif televiziya reklamlarında iştirak etməyə başladı. O, 2008-ci ildə ayDoq üçün bir neçə reklamda və müxtəlif stolüstü oyunların reklamlarında üzə çıxdı. Rayanın ən birinci rolu ayDoq Rəqsi reklamı idi, 2007-ci ildə isə o, qonaq obraz kimi Börni və dostlarında : Gedək Yanğın hissəsinə - epizodunda iştirak etdi. Rayan həmçinin Metro-Goldwyn-Mayer tamaşa filmində, Lonqşortlarda, Keke Zəvvarında və Buz Kubunda köməkçi rolda çəkilmişdi.

2008-2010

Rayan Zak və Kodinin gəmidəki macəraları serialında əsas obrazlardan biri olan Beyli Pikket rolunu canlandırdı. ABŞ-da Disney Channelda 26 sentyabr 2008-ci ildə bu serialın ilk nümayişi oldu[13] və bu 5.7 milyonu cəlb etdi həmçinin, bu serial Kanadada [14]da izlənildi. [15] Bu serial həm də 2008-ci ilin 6-7 yaş[16] arası uşaqlarının ən sevdiyi serial olmuşdur. "Veyverli Pleysin sehrbazları Gəmidə Hanna Montana" ilə[17] ortaqlaşmış olaraq çəkilmiş seriyadan sonra serial daha da məşhurlaşaraq digər iki serialı da qabaqladı. 2009-cu ildə, elan edildi ki, Kevin Sorbo və Kristi Suonson ilə birlikdə Rayan müstəqil tamaşa filmində baş rolda olacaq. Film 2009-cu il İyul ayında Qrand Rapids, Manistee, Miçiqanadək irəlilədi və 20 avqust 2010-cu ildə isə teatrlara buraxıldı. Film 2009-cu ilin oktyabr ayındadək nümayiş etdirildi. [18][19][20][21]

Cessi serialının tərkibi

2010-cu ildə, o 16 arzu gənclər üçün filmdə baş rola çəkildi. Serial özünün on altıncı ad günü münasibətilə axşam qonaqlığı planlaşdıran Ebigeyl "Ebbi" Luiza Yensen (Rayan) haqqındadır. Onun həyata keçirmək istədiyi və siyahıda yazdığı məxfi arzuları 16-cı ad günündə həyata keçir. 16 arzu Disney Channelda onun premyerası günündə əksər müşahidə edilən kabel proqramlarından və televiziyada müşahidə edilən filmlərdən biri idi. Rayan müsahibəsində bildirdiyinə görə onun bəyan etdiyi çoxlu Gənc Yazıçılar hərdən 16 Şam filmini 16 arzuya çox oxşadırlar. [22] Ondan soruşulanda ki, o rol üçün necə hazırlaşdı, o dedi ki, "bu, ssenaridən asılıdır. Siz komediya başa düşə bilərsiniz, amma bu komediyadan tamamilə fərqlidir. Mən çoxlu kinofilmləri müşahidə edirəm. Mənim çəkildiyim 16 Arzu ilə On altı Şamı dövr filmlərinin cüt gəlişini müşahidə etdim. Mən Molli Rinqualdın pərəstişkarıyam. Beləliklə onun kimi hiss edirəm".

2011 - ci ildə Zak və Kodinin gəmidəki macəraları serialının filmində Rayan əsas rola çəkildi. Filmin ilk nümayişi 6 May , 2011-də oldu.

2011

2011-ci ilin Mart ayında elan edildi ki, Rayan sentyabrdan etibarən ilk nümayişi olmuş Disney Channelın orjinal serialı Cessi serialında baş rol olan Cessi obrazını canlandıracaq.[23] Belə ki, Texasdan Nyu Yorka xəyallarını gerçəkləşdirmək üçün gələn Cessi səhvən varlı bir ailədə dörd uşağa baxması üçün dayə götürülür və serial onarın möhtəşəm macəraları ilə davam edir.[24] Rayan həmçinin, bu ərəfələrdə Disney Channel orjinal filmi olan Radio Qiyamçısı filmində baş rola çəkilir.

Musiqi karyerası

Rayan gitara, fortepiano və klaviatura daxil olmaqla bir neçə aləti çalmağı bacarır. O, həmçinin nəğməkar şair olmaqla yanaşı musiqi də bəstələyir. [25] Musiqinin bir neçə tipində maraq göstərən Rayanın ən çox maraqlandığı musiqi janrları əsasən caz, xalq popu və alternativ rokdur. Rayanın 9 iyul , 2009-da başlayan və 14 iyulda qurtaran, Casmin Riçards və Savanna Outen və səfərdə Rayanın debütü oldu və bunun üçün Rayan "Heyranedici Yeniyetmə Səfərini" ləğv etdi.[26][27] [28]



Debbi Rayan (May, 2009)

Şəxsi həyatı

2009-cu ildə Xalq Jurnalı müsahibəsində ideallar haqqında soruşulanda Rayan onun çəkildiyi Zak və Kodinin gəmidəki macəraları seralında əsas rollardan biri olan Brenda Sonqun sənəm əvəzi olduğunu söyləyib. Rayan söyləyir ki, Brenda Sonq Meril Stripə baxır, "Beləliklə dərindən düşünməyə ehtiyac yoxdur, həyat Stripini tələb edir". Rayan demişdir ki, o, başqa yamsılama nümunələri kimi Enn Heteyi, Reyçel MakAdamsı və Tobi Maquayrni əlavə edir. Musiqi zövqü haqqında sorulanda isə onun cavabı caz olub. "Mən cazı sevirəm! Mən onu oxumağı sevirəm. Mən həmçinin ölkəni sevirəm! Mənim qardaşım roku sevir, o, həmiçin, Ceyson Mrazın stilinə bənzər görkəmə malikdir. Buna əsasən, mənim cavabım: ölkə cazı, ya alternativ rok? Mənim heç bir fikrim yoxdur! Ancaq mən vicdanla kantri musiqisi deyərdim".

Başqa işlər

Xeyriyyəçilik

Rayan Dünyanı dəyişdirmək üçün təşkil olunan Disneyin Dostlarına cəlb edilir.[29] Belə ki, burada Disney Channel üzrə kommersiya nümayiş olunmuşdur. 1 milyon dollar sərmayə qoyulan bu yarışda Disney Channel ulduzları iştirak edir,[30][30] Ətraf mühit üçün yaxşı hərəkətlər ilə ruhlandırılan əyləncəli bu yarışı 30 Disney Kanalı və Disney XD-i yayımlamışdı. Oyunda ulduzlar komandalara ayrılaraq hər komandada ekoloji mərhəmətin adından oynayırdı. Rayan bu yarışda Göy Komandanın kapitanı kimi iştirak edirdi.[31]

Dəb

2012-ci il İyul ayında Debbi 2013-cü ildəki mövsümün geyim paltarları üzərində işə başladı. Debbi Rayan bu işi ilə modanı nümayiş etdirmək və bunu dünya ölkələrinə tanıtmaq istəyir.


Tarix: 24.01.2013 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 561 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...