Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəbbət Kazımov

Məhəbbət Kazımov — Azərbaycan Respublikasının Əməkdar artisti (2012)

Həyatı

Əsl adı Möhübbət Allahverdi oğlu Kazımov [1] 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar xanım olubdur. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşdur. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxumuşdur.

1976-cı ildən professional səhnədə çıxış edir. "Dan Ulduzu" ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və.s ölkələrdə qastrol səfərlərində olubdur. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-cin ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülmüşdür.

Məhəbbət kazımov hal-hazırda "Laçın" instirumental ansambılının rəhbəridir. 1990-cı ildə ailə həyatı qurub, üç övlad atasıdır.


Tarix: 26.01.2013 / 13:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 232 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...