Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

The Cranberries

The Cranberries (oxunur: «Krenberis» — Quşüzümü) — 1989-cu ildə yaranmış və 1990-cı illərdə dünya şöhrəti qazanmış irland rok qrupudur. Qrupun tərkibi vokalçı Dolores O'Riordan, gitaraçı Noel Hoqan, bass gitaraçı Mayk Hoqan, zərb alətləri ifaçısı Ferqal Laulerdən ibarətdir. Daha çox alternativ rok ifa etsələr də, qrupun musiqisinə həmçinin indi pop, post pank, iriş folk, pop rok da aiddir.

The Cranberries 1990-cı ildə Birləşmiş Ştatlarda beş milyon surəti satılmış Everybody Else Is Doing It, So Why Can't We? albomu ilə dünyada tanındılar. Qrup 90-cı illərin ən uğurlu qruplarından idi və Birləşmiş Ştatlarda ümumilikdə 15 milyon albom satmışdılar.

The Cranberries altı illik fasilədən sonra yenidən birləşdi və Şimali Amerika turuna çıxdı. Daha sonra 2010-cu ildə Latin Amerikası və Avropa ilə turlarına davam etdilər.

Qrupun altıncı albomu olan «Roses» albomu 2011-ci ilin mayında yazıldı və 2012-ci ilin fevralın 17-də işıq üzü gördü.

Tarix

1989-cu ildə Mayk və Noel Hoqan qardaşları Loulerlə tanış olurlar və Niall Kuinni vokalist kimi götürərək birlikdə «The Cranberry Saw Us» qrupunu yaradırlar. Ancaq 1990-cı ilin martında Niall başqa proyekt səbəbilə qrupu tərk edir öz yerinə Dolores O’Riordanı məsləhət görür. 1991-ci ildə kollektiv qrupun adını «The Cranberries» ilə əvəz edir.

Diskoqrafiya

The Cranberries qrupunun rəsmi diskoqrafiyası 6 studiya albomu, 2 konsert albomu və 7 yığma albomdan ibarətdir. Yeni albom, Roses, 2012-ci ilin 27 fevralında işıq üzü görüb.

Studiya albomları
1993 — Everybody Else Is Doing It, So Why Can’t We?
1994 — No Need To Argue
1996 — To The Faithful Departed
1999 — Bury The Hatchet
2001 — Wake Up And Smell The Coffee
2012 — Roses


Tarix: 28.01.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...