beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zeynəb Xanlarova

Xanlarova Zeynəb Yəhya qızı (d. 28 dekabr 1936, Bakı, Azərbaycan SSR, SSRİ) — müğənni, xanəndə, Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Özbəkistan SSR xalq artisti, SSRİ xalq artisti (1980), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1985).Mündəricat
1 Həyatı
2 Təhsili
3 Karyerası
4 Mükafatları
5 Filmoqrafiya
6 İstinadlar
7 Həmçinin bax
8 Xarici keçidlər


Həyatı

28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur.

Təhsili

1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbi, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirmişdir.

Karyerası

1961-ci ildən Opera və balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların da müəllifidir.

Dünyanın əksər ölkələrində konsertlər vermişdir.

Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-IV[1] çağırış) deputatı olmuşdur.

Mükafatları
"Melodiya firmasi"nın "Qızıl val" mükafatı
"Şərəf nişanı"
"Xalqlar dostluğu"
"Şöhrət" ordeni
"İstiqlal" ordeni

Filmoqrafiya
Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-filmdə iştirak edən
Toyda görüş (film, 1970)
Konsert proqramı (film, 1971) (II)
Qəribə adam (film, 1979)
Nəğməkar torpaq (film, 1981)
Üzeyir ömrü (film, 1981)
Salam, Zeynəb! (film, 1982)
Şərt (film, 1984)
Hacı Arif (film, 1995)
Şeirin xəzrisi (film, 2000)
Əliyevin əli (film, 2000)
Uğur formulu (film, 2007)
Yorulmamışam. Rövşən Behcət (film, 2007)
Xilaskar. III Film (film)


Tarix: 22.01.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 514 Bölmə: Bəstəkarlar Və Müğənnilər