beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Simarə İmanova

Simarə İmanova - Azərbaycanın Xalq artisti, Qran-Pri mükafatçısı, xanəndə.



Həyatı

1975-ci ildə İmişli rayonunun Əliqullar kəndində anadan olmuşdur. 1994-cü ildə A.Zeynallı adına musiqi texnikumuna, xalq artisti Ağaxan Abdullayevin sinfinə daxil olmuşdur.

1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” festivalında, 46 ölkə müsiqiçiləri arasında ən ali mükafat olan “Qran-Pri” yə layiq görülmüşdür.

Festivaldan qayıtdıqdan sonra dahi öndərimiz heydər Əliyev tərəfindən (1997-ci il) əməkdar artist fəxri adına layiq görülmüşdür. Milli opera səhnəsində ən gənc Leyli obrazını canlandırmışdır.

1998-ci ilin martın 8-də “İlin qadını” mükafatına layiq görülmüşdür.

Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr pillələrini bitirib, hal-hazırda həmin universitetdə müəllim işləyir.

Bir çox xarici ölkələrdə, Fransa, ABŞ, Hollandiya, Cənubi Koreya, Özbəkistan, Gürcüstan, Rusiya, İran, Türkiyə, Almaniya və s. Ölkələrdə milli musiqimizi uğurla təmsil etmişdir.

Ailəlidir. İki övladı var.


Tarix: 22.01.2013 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 179 Bölmə: Bəstəkarlar Və Müğənnilər