beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niyaməddin Musayev

Niyaməddin Musayev (1 may 1940, İmişli) — müğənni, aktyor. Filmlərdə mahnı ifa edən.Mündəricat
1 Həyatı
1.1 Ailə həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 İstinadlar


Həyatı

Niyaməddin Musayev 1940-cı il mayın 1-də Imiwli rayonunda anadan olub. Bünyadzadə adına Azərbaycan Dövlət Milli İqtisadiyyat İnstitutunun İqtisad Fakultəsini bitirib. Bir müddət Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1957-ci ildən professional səhnədədir. 1966-cı ildə ilk dəfə Ə. Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi, 1991-ci ildə Naxçıvan əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb və 2000-ci ildə "Şöhrət ordeni"ylə təltif edilib. 1970-ci ildən filarmoniya cəmiyyətində işləməyə başlayıb. 1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəridir.

Ailə həyatı

Müğənni il yarım əvvəl uzun illərdir, birgə yaşadığı həyat yoldaşı ilə boşanmağa qərar verib.[1]

Filmoqrafiya
Qanlı zəmi (film, 1985)
Gecə qatarında qətl (film, 1990)
Yorulmamışam. Rövşən Behcət (film, 2007)


Tarix: 22.01.2013 / 19:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 263 Bölmə: Bəstəkarlar Və Müğənnilər