beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nisə Qasımova

Nisə Qasımova — Müğənni, Azərbaycan Respublikasının xalq artisti (2008)[1].Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Filmoqrafiya
4 İstinadlar
5 Həmçinin bax


Həyatı

Azərbaycan musiqisinin əfsanəvi nümayəndəsi Nisə Fətulla qızı Qasımova 1954-cü ilin 13 fevralında Bakida anadan olmuşdur. Hələ uşaqlıqdan sarı saçları, yaşıl gözləri və qeyri-adi gözəlliyi ilə yaxınlarından seçilən müğənni musiqiyə maraq göstərir və daim diqqət mərkəzində olurdu. Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından ömürlük səhnəyə bağlayır. Atası Fətulla kişinin tam fərqli sahədə yəni dövlət xidmətində çalışmasına baxmayaraq milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradır.

Yaradıcılığı

Beləcə 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmir ki, bütün peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edib 9 yaşında olarkən xorun gənc solisti olur. "Günəş adlı yaxın dostum var mənim" məxsusi olaraq onun üçün yazılan bu mahnı ilə ən müxtəlif konsert proqramlarında çıxış edən bu sarışın gülərüzlü qız tez bir müddətdə müəllimlərinin sevimlisinə, kolleqalarının isə paxıllıq obyektinə çevrilir. Çox keçmir ki, gənc Nisə 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəznindəki " Lalə qizlar ansambli"na solist kimi dəvət olunur. Hələ yeniyetmə yaşlarından milli musiqimizdən qaynaqlanib dünya səhnəsi ulduzlarindan ilham alan mügənni ansambldakı konsertlərdə çoxdilli repertuarı, fərqli səs imkanları və ən nəhayət o zaman üçün böyük yenilik olan dinamık səhnə rəqsləri ilə diqqəti cəlb edırdi. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tagiyev elə həmin ərəfələrdə gənc sənətçıyə ış birliyi təklıf edir. Bundan əvvəl SSRİ xalq artisti Zeynəb Xanlarovani Azərbaycan səhnəsinə təqdim etmiş Tagiyev 1972-ci ildən Nisə xanım Qasımovayla yaradıcılıq birliyinə başlayır. Bəlkə də bu olay gələcəkdə hər iki xanım mugənni arasında yaranan və uzun müddət davam edəcək soyuq müharibəyə səbəb olur.

1972-1973 illərdə biri birinin ardınca "Ay ellər", " Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi mahnıların xalq tərəfindən sevilir və gənc mügənni tez bir zamanda möhtəşəm ugurlar əldə edır. Elə həmin ildə Azərbaycanda çixan plastinkalarla yanaşı Tiflisdə Nisə xanimin ilk kasetləri də işiq üzü görür. Hər çıxışında dinləyicılər tərəfindən nəhəng sevgı və izdahamlı alqışlarla qarşılanan sarışın mügənninin xarici görkəminin və səhnə hərəkətlərinin avropasayagı olması onun haqqinda aglasıgmaz şaiyələrin yayılmasına səbəb olur. Kimi onu "Alman Gəlinciyi" adlandirir, kimi isə anasının alman və ya ukrain olması haqda fikirlər irəli sürürdü. Elə bütün bunlara cavab olaraq Nisə Qasımova dillər əzbərinə çevrilən "Azərbaycan qızıyam" mahnisini ifa edır. 1975 ci ildə isə 21 yaşinda olarkən Azərbaycan musiqisinin qizil fonduna ifa etdiyi " Laylay" (Şəfiqə Axundova), "Sədaqətim var" (Ələkbər Tağıyev), "Bayatı Şiraz təsnifi" ilə daxil olan Nisə xanim artiq Dovlət televiziyasının solisti kimi çalışmaga başlayır. Elə həmin illərdə SSRİ Dövlət elektro musiqi orkestrinin rəhbəri Vyaceslav Mişşerinin dəvəti ilə Moskvaya gedən mügənnı bu ansambla birgə "Gül bir az", "Gözləyəcəyəm", "Leyla" və s mahnılarından ibarət albom lentə aldırır. Nisə xanimın Moskvadakı çıxışları zamanı məhşur rus bəstəkarı və şairi Nikolay Zinovyev gənc mügənninin ifaçılıq və səhnə istedadına valeh olur.

Yaradıcılıgında Alla Puqacova, İrina Alleqrova, Filip Kirkorov kimi rus Estrada ulduzlarına mahnı bəstələyən Nikolay məxsusu olaraq Nisə xanimçün Azərbaycanda sonralar çox seviləcək "Xaxatunya", "Kaspiyskiy vals"və s. kimi mahnilar yazır. 1977-ci ildə ali təhsilini davam etdirmək üçün valdeynlərinin təkidi ilə Bakiya dönən mügənnı İncəsənət İnstitutuna daxil olub Moskvadaki fəaliyyətindən aralanmalı olur. Şöhrətin zirvəsində olan gənc mügənni xalqin sevgisini qazansa da bunula bərabər bəzi kolleqaların qəzəbini də qazanirdi.

Tez bir müddətdə belə başdöndürən ugurlar qazanan gənc və prespektivli sənətçi elə öz sənət yoldaşlarının sifarişi ilə dəfələrlə təqiblərə və qadagalara məruz qalırdı. Növbəti qalmaqal isə 1975 ildə baş verdi. "Leyli və Məcnun" operasının televiziya versiyasinda Leylini məharətlə ifa edən Nisə xanim tezliklə Mehdi Məmmədov, Bəhram Mansurov, Nicat Melikov kimi dövrün ziyalılarının təklifi ilə Opera və Balet teatrinda Leyli rolunu ifa etmək üçün dəvət alır. Nisə xanimin hələ televersiyadaki ugurundan xoflanan səhnəmizin bəzi "Leyli"ləri bu səhnələşdirmənin qarşısını almaq üçün hər vasitəyə əl atırlar. Artiq yaradıcı heyyətlə məşqlərə başlamalarına baxmayaraq yuxarı orqanların göstərişi ilə layihə dayandırılır. Dövrü mətbuatda bu layihəylə baglı dərc olunan sifarışlı yazılar və tayziqlərsə Azərbaycan Televiziyasi arxivindən Nisə xanimin ifa etdiyi versiyanın yandırılması ilə nəticələnir.

Nəhayət 1979-cu ildə yeni plastinkası satışa çıxan mugəninin bu dəfə də mahnıları dillər əzbəri olur və Azərbaycanın ən böyük konsert salonlarında böyük anşlaqla konsertleri baş tutur. 1980 ci ildə isə Sovetlər Birliyinin "S pesnyami po jizni" beynelxalq musabiqəsində iştirak edən mugənni birinciliyi Azərbaycana qazandırır. Bakiya dönüşündə bu möhtəşəm ugura gore Azərbaycan SSSR tərəfindən Ali sovetinin Fəxri Fərmanın alır. Bu sevindirici olayın ardından Nisə xanıma "Özbəkfilm"də çəkilən "Alovlu yollarla" bədii filminə çəkilmək üçün təklif gəlir. Çəkilişlərdən sonra Özbəkstandan Bakıya dönən mügənninin həyatında yenə də xoşagəlməz hallar baş verir. Əvvəlcə Ələkbər Tağıyevin daha sonra isə qardaşının vaxtsız ölümü Nisə xanımı möhkəm sarsıdır və o bir neçə il müddətinə səhnə fəaliyyətini dayandırır. Nəhayət 3 illik fasilədən sonra səhnəyə qayıdan mügənnini bu dəfə xoşagəlməz olaylar sənət həyatında izləyirdı. Arenada artiq tək qalan mügənni düşmənlərinin hədəfinə çevrilir və onu fəaliyətində uzunmüddətli qadagalar dövrü başlayır. Sənətkarın televiziya çıxışlarına qeyri müəyyən səbəblərdən məhdudiyyətlər qoyulsa da o Azərbaycanin ən müxtəlıf yerlərində eləcə də sərhədlərmizdən kənarda Danimarka, İslandiya, Türkiyə, Dubay, Əfqanıstan, Ukrayna, Almaniya və digər ölkələrdə böyük ugurla konsertlər verir. 1989 ildə isə mügənni əməkdar artist adını alır. 90 illərin əvvəlində isə daim yenilikçi olan sənətkar xanim Azərbaycanda əyləncə məkanlarında şou proqramlar hazırlamaq fikrinə düşür. Həmişəki kimi bəzi üzdən iraq sənət adamlarının iradlarına və medidaki sifarişli yazılara baxmayaraq Nisə xanım bu ideyanı gerçəkləşdirir. Elə həmin ərəfələrdə məhz mügənninin göstərişi ilə tikilmiş şəhərin ən böyük və samballı əylancə məkanlarının birində Nisə xanimin özünün və digər sənətçilərin səhnə aldıgı şou proqram gerçəkləşir. Çox keçmirki o Azərbaycan tv məkanında daha bir yeniliyə imza atır. Bu dəfə isə sənətkar xanım dövlət televiziyasında ilk dəfə olaraq mügəninin yəni özünün aparıcılıq etdiyi " Ulduzlar görüşəndə" televiziya layihəsin gerçəkləşdirir. Onun daha bir uguru isə 4 dildə ifa etdiyi Baki mahnısına çəkilən ugurla baglı idi. Nəinki yerli televiziyada eləcə də Turkiyə və Rusiya tvlərində yayımlanan musiqi nömrəsı o qədər sevildiki sənətçiyə Moskvada yeni silsilə konsert proqramları ilə çıxış etmək təklifi gəldi. Bu arada o zamankı Respublika sarayı indiki Heydər Əliyev adina sarayda növbəti konsert proqramının məşqlərinə başı qarışan Nisə xanım növbətı xoşagəlməz xəbərlə üzləşir. Bu xəbərsə onun verilişinin dayandırılması ilə baglı idi. Səbəb kimi sənətçinin güyaki dekolte geyimdə efirə gəldiyi mediada hallansa da mügənni müsahibələrində bunun bambaşqa səbəbi oldugunu deyib və öz zamanında hər şeyə açıqlama gətirəcəyini vurgulayır. Verilişin dayandırılması və qeyri müəyyən səbəbdən qoyulan qadagalardan inciyən sənətkar xanim Bakıda son konsertini gerçəkləşdirib 1997-ci ildə Moskvaya köçür. Moskvanın "Varşava", "Arion" kimi böyük konsert zallarında çıxış edən mügənni 3 il müddətində vətəndən uzaq düşür. Həmin dövrlərdə də daim sənət fəaliyyətində olan Nisə xanim Qasımova bəstəkar Siyavuş Kərimi ilə iş birliyinə başlayıb Moskvada bir neçə klip və telekonsert hazırlayır. Nəhayət 3 ildən sonra ailə üzvlərindən birinin toy məclisində iştirak etmək üçün Bakiya dönən mügənninin gəlişindən xəbər tutan TV nümayəndələri onu hava limanında qarşılayıb birbaşa dovlət televiziyasında o zamanlar ugurla yayımlanan "Gəl səhərim" verilişinin çəkılış meydançasına gətirirlər. Bakıda oldugu müddətdə xalq tərəfindən sonsuz sevgi ilə qarşılanan sənətkar yenidən taleyin hokum ilə vətən bir müddət qalmağı qərarlaşdırır.

Media və onu sevənlərin böyük hörməti və diqqətindən boş vaxt tapmayan Nisə xanım xalqın istəyi ilə yenidən ekranlara qayıdır. "Yalandi dünya" albomunun möhtəşəm uguru ardinca isə "Yalvarıram", "Qayıtdım", "Məni satdın nəfsinə" xitlərin dillər əzbəri olması ilə mügənniyə daha aktiv fəaliyyətə start verməsinə revac verir. O ərəfələrdə "Qayitdim" adlı solo konsert proqramını tamaşaçılara təqdim edən mügənni yaradıcı gənclərə dəstək olmaq məqsədi ilə "Kainat" studiyasini yaradır. Beləliklə səhnə fəaliyyətinin "İkinci bahar"ını yaşıyan sənətkar 2004 ildə "Anar optik" magazalar şəbəkəsi ilə 5 il müddətində şirkətin reklam üzü kimi müqavilə imzalıyır. Daha sonra "Ömrümdən gedən illər", "The best of", "İkinci bahar" kimi musiqi albomlarini dinləyicilərə təqdim edən mügənni 2005 ci ilin 6 aprelində Bakıdakı "Heydər Əliyev adına sarayda"reallaşdırdığı " Şəhanə sevgimlə" adlı solo konsert proqramı ilə dünyanın ən müxtəlif ölkələrində çıxış edir. 21 yaşından televiziya solisti kimi çalışan Azərbaycanın ilk aparıcı mügənnisinin elə aparıcılıq fəaliyyəti də bu gün davam etməkdədir. 2005 ildə Space teleradio şirkətində 6 ay müddətində "Space şou" verilişinin aparıcısı olan Nisə xanım artıq 2007 ilin sentyabrından həftə içi 5 gün 2 saatlıq "Xoş vaxt olun" life şousu ilə sevənlərin görüşünə gəlir. Davamlı sənət uğurları ilə yanaşı ictimai fəaliyyətlə də məşgul olan mügənni özünün adını daşıdıgı "Nisə xanim Qasımova fondu"nu yaradıb davamlı xeyriyyə və mədəniyyət aksiyalarını maliyyələşdirir. 2008 ci ildə sənət fəaliyyətinin 36 illiyi ərəfəsində isə Nisə xanıma "Birliyə dogru" beynəlxalq humanitar təşkilatı tərəfindən " Əlimi tut, səninləyəm" xeyriyyə layihəsinə görə Azərbaycanın ən xeyirxah mügənnisi diplomu verilmişdir. Bu gün də azərbaycanın efsanevi səsi Nisə xanim Qasımova həm sənət həm də ictimai fəaliyyətini davam etdirməkdədir.

Filmoqrafiya
Həyat və... (film, 2003)
Qızlar (film, 2007)
Oyunçu (film, 2008)
Xoş Vaxt olun (2007)


Tarix: 22.01.2013 / 19:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 928 Bölmə: Bəstəkarlar Və Müğənnilər