beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlhamə Quliyeva

Quliyeva İlhamə Məzahir qızı — müğənni, Azərbaycanın xalq artisti (1998), Dağıstanın xalq artisti (2008).Mündəricat
1 Həyatı
1.1 Ailə həyatı
2 Filmoqrafiya
3 İstinadlar


Həyatı

İlhamə Quliyeva 1943-cü il 17 avqustda Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1965-1970-ci illərdə Azərbərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olmuşdur. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Müğənni Tükəzban İsmayılovanın qızıdır.

Ailə həyatı

İlhamə Quliyeva XX əsrin 80-cı illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünova soyadını daşıyıb. İlhamə xanımın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin İ.Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.[1]

İlhamə Quliyevanın oğlu Orxan Nadirov Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Orxan Nadirov 11 ay həbs cəzası alaraq məhkəmə zalından azadlığa buraxılıb[2].

Filmoqrafiya
Toyda görüş (film, 1970)
Mahnı qanadlarında (film, 1973)
Payız melodiyaları (film, 1974)
Oxuyan ürəkdir (film, 2003)
Adam ol! (film, 2005)(tammetrajlı bədii film)-filmin direktoru, rol: Leyli
Adam ol! 3 (film, 2007)(tammetrajlı bədii film)(Lider tv)


Tarix: 21.01.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 390 Bölmə: Bəstəkarlar Və Müğənnilər