beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azad Şabanov

Azad Şabanov (d. 3 yanvar 1991, Bakı, Azərbaycan) — Azərbaycanlı müğənni, aparıcı, model. Yeni Ulduz-7 yarışmasının ikinci yer sahibi, 2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin yarımfinalçısı, ATV CLUB verilişinin aparıcısı.Mündəricat
1 İlk illəri
2 Yeni Ulduz
3 Avroviziya
4 Aparıcılıq və model karyerası
5 Mənbə


İlk illəri

Azad Şabanov 1991-ci ildə Bakı şəhərində anadan olmuşdu. 2001-ci ildən musiqi ilə məşğul olmağa başlamışdı. 2003-cü ildə "Pöhrə- 2003", sehrli Aləm cəmiyyəti tərəfindən keçirilən respublika ümümtəhsil məktəblərin bədii özfəaliyyət kollektivlərin iştrakı ilə keçirilən müsabiqədə qalib adını qazanıb.

2003-2006 illərdə H.Əliyev adına sarayın "Qaranquş" uşaq-vokal qruppunun solisti olub.

2003-cü ildə "Qızıl açar-2003" mahnı festivalının, 2006-cı ildə Moskva şəhərində keçirilən "C любовью к России", 2007-ci ildə "Artıran söz qədrini, sidq ilə qədrin artırar" festivalının qalibi.

2008-ci ildə Moldovanın Kişinev şəhərində keçirilən "Song of the World" festivalında laureat adına və FİDOF-un xusüsi diplomuna layiq görülüb.

2008-ci ildə V. Mustafazadə adına 2 saylı incəsənət və musiqi məktəbinin vokal sinfini və milli qəhrəman Tofiq Həsənov adıns 23 saylı məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə estrada mügənnisi fakultəsinə, Vaqif Gərayzadənin sinifinə qəbul olub. Hal hazırda 3 kurs tələbəsidir.

2008 və 2009 illər ərzində Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən Gənclər siyasətində və Gənclərə dəstək etdiyinə görə diplomla təltif olunmuşdur.

Yeni Ulduz

2007-ci ildə Azad Şabanov Yeni Ulduz-7 televiziya müsabiqəsində iştirak edir. 2008-ci ilin fevral ayında Azad bu müsabiqənin finalına qalır və sms səsverməsində Çingiz Mustafayevə məğlub olaraq yarışmanı ikinci yerdə başa vurur. Bu uğurdan sonra Azad tanınmağa başlayır.

Avroviziya

2010-cu ildə Azad Şabanov 2010 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək üçün milli seçimə qoşulur. 20-yə yaxın iştirakçı arasında Azad yarımfinala seçilir və 2 fevral 2010 tarixində "Buta Palace" – da keçirilən milli yarımfinalda iştirak edir. "Smile" mahnısını ifa edən Azad münsiflər heyətinin səsverməsindən keçə bilmir. Onun əvəzinə final mərhələsinə 3 iştirakçı: Safura Əlizadə, Milk & Kisses və Məryəm Şabanova keçir.

Aparıcılıq və model karyerası

2009-cu ildən etibarən Azad Lider TV-da yayımlanan "Music L" veilişinin ikinci aparıcısı idi. O bu verilişdə qısa olaraq son şou biznes xəbərlərini çatdırırdı. 2010-cu verilişin yayımı dayanır. 2010-cu ilin may ayından etibarən Azad Şabanov ATV CLUB verilişini Nurlana ilə birlikdə aparmağa başlayır. Qısa zaman ərzində bu veriliş Azərbaycanın ən reytinqli musiqi verilişlərindən birinə çevrilir. 2011-ci ilin 3 iyun tarixində verilişin yayımı birdəfəlik başa çatır.

Bundan başqa 2010-cu ildən etibarən Azad Şabanov Azərbaycanda tanınmış "Romantic" mağazalar şəbəkəsinin reklam üzüdür. Onun şəkilləri şəhərin bir çox bilbordlarında asılıb.


Tarix: 21.01.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 427 Bölmə: Bəstəkarlar Və Müğənnilər