beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbas Bağırov

Həyatı

Bağırov Abbas Nizami oğlu, 1982-ci ildə 29 avqustda Tovuz şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1987-ci ildə Gəncə şəhərində 34 nömrəli orta məktəbə daxil olub və eyni zamanda Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində Fortepianodan Kamal Şirinovdan dərs almışdır.1997-ci ildə məktəbi bitirib.1998-ci ildə Gəncə şəhər pedoqoji kollecinə daxil olub,2001-ci ildə bitirib.Elə 2000-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gəlib və vokal sənətini ciddi öyrənir və müxtəlif bizim dahi sənətkarlarımızı dinləyərək dərs alıb.

2002-ci ildən Respublikanın Əməkdar artisti Ənvər Sadıqov ilə çalışmağa başlayır və daha ciddi musiqi ilə məşğul olur və Gəncədə yaşayarkən uşaqlıq dostu pianoçu ve aranjemançı Samir Şirinovla da artıq neçə illərdir bərabər çalışırlar. 2003-2005cü ildən, Bakı şəhəri, Musiqi Akademiyyasının, mütəxəssis müəllimlərindən dərslər almışdır. Sonra isə müəyyən bir populyarlıq qazanıb, Bakı şəhərində keçirilən bir çox festivallarda laureat olmuşdur. Və həmçinin Türkiyə, Rusiya,Fransa, İtaliya, Amerika və digər Avropa ölkələrində təşkil olunan festivallarda da, Azərbaycanı layiqincə təmsil etmişdir.

Artiq yetərincə tanınan Abbas özü də yeni istedadlara köməklik edərək, 2005-2009-cu illərdə ”A-trio” adlı qrup yaradır, və bu qrup da, onun məsləhətləri və tənbehləri əsasında çox populyarlıq qazanır. Lakin müəyyən bir etapdan sonra artiq bu gənclər də, solo karyeraya atılırlar. 2006-ci ildə ”Sari gelin” xalq mahnısına qısa metrajlı filim-klip çəkdirir. Bu ən qalmaqallı layihə kimi yadda qaldır və çox böyük müzakirələrə səbəb olur. 2007-ci ildə, Gəncə şəhərinin 2500-i yaşıyla əlaqədər, İcra hakimiyyətinin önündəki meydanda, möhtəşəm konsert vermişdir. Son bir neçə ildir, özü də mahnı yazır: həm sözlərini, həm muqiqisini, Bu bəstələri, həm Abbas, həm də bir çox digər müğənnilər ifa ediblər.

Kliplər

1. Cənnətdir Bakı (2002) 2. Eşqin məhəbbəti (2004) 3. Aldanma (2007) 4. Balamın balası (2008) 5. Bilərsənmi (2008) 6. Sarı gəlin (2009) 7. Aləm Gözəl (2012)


2011-ci ildən Azərbaycan Dövlət Televiziyasının solistidir. Və həmçinin 2011-ci ildə Abbas, Pezident İlham Əliyevin imzaladığı sərəncamına əsasən, Azərbaycan Respublikasının Əməkdar Artisti adına layiq görülüb.



İş birliyi olduğu bəstəkarlar

Vaqif Gərayzadə,Faiq Sücəddinov,Oqtay Rəcəbov,Rühəngiz Qasımova,Aygün Səmədzadə,Aynur Adilqızı,Sevda Məmmədli,Nailə Mirmməmədli,Xanım İsmayılqızı,Anar Məmmədov,Ənvər Sadıqov,Elnur Talıblı,Hakan Erol,Nazim Məmmədov,İmruzə Hüseynova və.s

İş birliyi olduğu şairlər

Vahid Əziz,Baba Vəziroğlu,Leyli Israfilova,Kübra,Elmir Vəliyev,Rəşad Dağlı,Vüqar,Namiq Qaraçuxurlu,Cəlal Qurbanlı və.s


Tarix: 21.01.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 525 Bölmə: Bəstəkarlar Və Müğənnilər