beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İradə İbrahimova

İradə İbrahimova — Azərbaycanlı müğənni.

İradə İbrahimova Bakı şəhərində doğulub və uşağ vaxtından musiqini sevib. Bakıda keçirilən "Ümid- 95" müsabigənin qalibi olub. 2001-ci ildə professional səhnəyə ilk addımlarını atarkən o, bəstəkar Xanım İsmayılqızı ilə işləyib. Onun ilk "Qəm qalası" (2002) adlı albomu da bu bəstəkarla olan müştərək işin məhsuludur. Repertuarında retro və xalq mahnılarından əlavə, 50-dan yuxarı məhz onun özü üçün yazılmış mahnılar var. 4 disk buraxıb, 1 dəfə Heydər Əliyev adına Sarayda çıxış edib (2004-ci il).

2009-ci ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub.Mündəricat
1 Uşaqlıq İlləri
2 Maraqlı faktlar
3 Karyera
4 Diskografiya
4.1 Qəm Qalası
4.2 Röya Kimi (Sinql)
4.3 Ürəyinin Götürdüyü Yerə Get
5 Mənbə


Uşaqlıq İlləri

1980-cı il aprel ayının 3-də İbrahimovlar ailəsində 2-ci bir qız dünyaya gəldi. Adını İradə qoydular. İradə ailədə dünyaya göz açan 3 qızdan ortancılı oldu.

Hələ uşaq vaxtlarından ailədə azdanışan, sakit təbiətli olan bu qızın hərdənbir qonşu uşaqların təşkil etdiyi "konsert proqramlarındakı" çıxışları çox təəccüblə qarşılanırdı. Balaca, zərif, mehriban və utancaq qızın əlinə mikrofona bənzər bir əşya alıb konsert verməsi utancaqlığı ilə üst-üstə düşməsə də daxili, qəlbdən gələn arzu, istək, istedad yavaş-yavaş özünü biruzə verirdi. Qonşular onun gözəl səsinin vurğunu idilər. Hətta onun belə bir təxəllüsü də var idi -"Zeynəb Xanlarova".

Maraqlı faktlar

İradə İbrahimovanın boyu 160 sm, çəkisi 53 kq-dır .[1]

Karyera

1995-ci ildə Azərbaycan Dövlət televiziyasındakı "Ümid-95" adlı müsabiqə, İradə İbrahimovanın professional səhnəyə ilk vizit kartı oldu. Bu müsabiqədə laureat olan İradə artıq seçəcəyi yolu müəyyən etmişdi. Ancaq ana-atası onu tam başqa peşə sahibi kimi görmək istəyirdilər. Valideynləri onun bu çıxışlarına, hətta ara-sıra qohum-qonşu məclislərində oxumasına belə keçici həvəs kimi baxırdılar və hesab edirdilər ki, bütün bunlar övladlarının uşaqlığından qalan xoş bir xatirə olacaq.

Diskografiya

Qəm QalasıQəm Qalası Albomu
Məhəbbət tac olar
Qəm qalası
Demişəm
Qul eyləmə
Biri sənsən, biri də mən
Səndəmi ölmək istədin?
Sev məni belə
Mənim mənsiz qalanım
Gözləyirəm
Eşidərsənmi?


2002-ci ildə ifa etdiyi "Get" mahnısı İradə İbrahimovanın Azərbaycanın musiqi aləmində olan yerini birdən-birə bir xeyli ucaltdı. Aylarla xit-paradlarda ən yüksək yerlərdə qalan bu mahnının sözləri türk şairəsi Ayşə Yılmaz Birgülə, musiqisi isə Gövhər Həsənzadəyə aiddir.



Röya Kimi (Sinql)

Bu İradə İbrahimovanın "Röya kimi" adlı sinqlıdır. İçində "Röya kimi" kompozisiyasını instrumental, orijinal və remiks variantları mövcuddur. Bu kompozisiya Azərbaycanda çəkilən ilk "Bəyaz həyat" teleserialı üçün yazılıb. Musiqisi Natiq Qəzənfəroğluna, sözləri isə Məryəm Əlibəyliyə aiddir. Mahnının aranjmanı, səs yazma və diskin çoxaldılması Türkiyədə gerçəkləşib.



Ürəyinin Götürdüyü Yerə GetÜrəyinin Götürdüyü Yerə Get
Demədim Sevirəm
Ürəyinin Götürdüyü Yerə Get
Çok uzarlarda
Gün gələcək
Uca Dağlar
Nəydi
Kimdir Günahkar
Reyhan
Röya Kimi


"Ürəyinin götürdüyü yerə get" adlı albomunda İradə İbrahimovanın indiyə qədər ifa etdiyi ən populyar mahnıları yer alıb.

Mənbə
↑ Big.az: Şou-biznes ulduzlarımızın boy və çəkiləri.---yayınlanma tarixi: 17.02.2011. Musiqiçi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


Tarix: 21.01.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 426 Bölmə: Bəstəkarlar Və Müğənnilər