beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hadisə Açıqgöz

Hadisə Açıqgöz – Belçikada yaşayan, Belçika vətəndaşı olan türk mənşəli müğənni və televiziya aparıcısı.
Belçikada təşkil olunan "Pop İdol" yarışması ilə tanınmışdır.Mündəricat
1 Həyatı
1.1 Sweat
1.2 Hadisə
2 Digər çalışmalar
3 Diskoqrafiya
4 Avroviziya Mahnı Müsabiqəsi
5 Konsert
6 Həmçinin bax
7 İstinadlar
8 Xarici keçidlər


Həyatı

Hadisə 22 oktyabr 1985-ci ildə Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olmuşdur. Atası əslən ləzgi , anası isə qumuq kökənlidir .[1][2] Ailəsi Sivasın Yıldızeli ilçəsinin Yavu və Fındıcak kəndlərindəndir. 2003-cü ildə Türkiyədəki Pop Star müsabiqəsinin oxşarı olan Pop İdol müsabiqəsində iştirak etmişdir. Bu müsabiqənin qalibi olmasa da, təşkilatçılar ona mahnılarından ibarət albom çıxarmasını təklif etmişdirlər.

Sweat

Hadisənin ilk klipi Sweat 1 noyabr 2004-cü ildə televiziya ekranlarına çıxdı. Bu mahnının uğurlu alınması ilə klipləri musiqi kanallarında tez-tez göstərilməyə başlandı. İkinci albomu Stir Me Up, 6 may 2005-ci ildə çıxdı və Avropada bəyənildi. Xüsusilə albomun çıxış parçası "Stir Me Up" o ilin bir çox yay albomlarına daxil oldu. Üçüncü klipinin adı olan Milk Chocolate Girl 9 oktyabr 2005-ci ildə çıxdı və mahnının adı zamanla Hadisənin ləqəbi halına gəldi. Dördüncü klipi olan Ain't No Love Lost isə 13 yanvar 2006-cı ildə göstərildi.

Hadisə

Hadisə, 3 oktyabr 2007-ci ildə yeni mahnı çalışması olan A Good Kissi satışa çıxardı və klipini İstanbulda çəkdirdi. 2008 yay mövsümünə yeni bir albom ilə girməyə hazırlaşan Hadisə Bodrumda Halikarnas Diskoda verdiyi bir konsertlə 2008-ci il yay sezonunun açılışını edən müğənni oldu.

Digər çalışmalar

Hadisə, Türkiyədə aprel 2006-cı ildən bəri Runltd. menecerlik şirkəti və Süheyl Atay ilə əməkdaşlıq edir. Türkiyədəki ilk konsertini isə, İzmir Loop Kulübündə eyni tarixlərdə verdi. 2006-cı ildə ildə tez-tez Türkiyəyə gələn Hadisə başda Beyaz Show olmaqla bir çox verilişlərdə göründü. Bu vaxtda pərəstiş etdiyi Tarkanla səhnəyə çıxma fürsətini əldə etdi. Maxim, Esquire, Tempo və Aktual jurnallarının üz qabığında şəkilləri çıxdı.

Sərdar Ortaçın 2008-ci ilin yayında satışa çıxan Nefes albomunda yer alan Düşman adlı mahnısını Ortaçla duet oxudu. Kristina Aqulera, Brandy və Beyonse kimi isimleri örnək aldığını bildirən Hadisə, musiqisindən təsirləndiyi musiqiçilər arasında Prince, Janet Jackson, Tina Törner, Alicia Keys, Toni Brekston, Jamiroquai və U2yi saymaqdadır. Mahnılarında klassik musiqiçi, rok, soul və dünya musiqiçilərini sintez etməyə çalışdığını bildirir.

Hadisə yüksək səviyyədə holland, fransız, alman, türk və ingilis dilini bilir.

Diskoqrafiya
2005: Sweat
2008: Hadise
2009: Fast Life
2009: Kahraman
2009: Düm Tek Tek
2011: Aşk Kaç Beden Giyer?

Avroviziya Mahnı Müsabiqəsi

Hadisə Açıqgöz Moskvada

Dostu Kate Ryanın 2006 Avroviziya Mahnı Müsabiqəsində yarımfinalda məğlub olmasından sonra Hadisə Avroviziyada iştirakı heç bir zaman fikirləşmədiyini bildirsə də, Rusiyanın paytaxtı Moskva şəhərində təşkil olunmuş 2009 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni Düm Tek Tek mahnısı ilə təmsil edib və dördüncü yerə layiq görülüb. Türkiyədən əvvəl ona Belçikadan da bu müsabiqədə Belçikanı təmsil etməyi ilə əlaqədar təklif gəlmişdir. Lakin Hadisə bu təklifi qəbul etməmişdir.
Mayın 1-i Azərbaycanda konsert verməsi nəzərdə tutulsa da, konsert baş tutmayıb. [3]
Konsert 10 iyulda Yaşıl Teatrda baş tutdu.[4][5]

Konsert

Oktyabrın 14-də Türkiyənin Bursa şəhərindəki "Atatürk" stadionunda Türkiyə və Ermənistanın milli yığma komandaları arasında 2010-cu ilin dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək cavab oyununun açılışında Ermənistanı 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş İnqa və Anuş Arşakyan bacıları ilə birgə iştirak edəcəyi gözlənilir.[6]

Hadisə Türkiyənin "Show TV" kanalına açıqlamasında Türkiyənin Ermənistanla sərhədləri açmasının tərəfdarı olduğunu, hətta bunun həyata keçməsi üçün "Barış mələyi" olmaq istədiyini deyib:"Ermənistanla Türkiyə qardaş ölkələrdir, iki ölkə arasında sərhədlər açılmalıdır. Mən bunun həyata keçməsi üçün "Barış mələyi" olmağa belə hazıram. Artıq İnqa və Anuş qardaşlarımla danışmışam, onlar da Türkiyəyə gəlməyi, burada konsert verməyi çox arzulayırlar. Onların arzusunu mütləq həyata keçirmək lazımdır. Qoy, bu barışığın səbəbkarı elə musiqi olsun. Mən 14 oktyabr tarixini öz proqramımda boş saxlamışam. Razılıq verilsə, İnqa və Anuşla birgə möhtəşəm konsertlə çıxış edəcəyik. Hələ vaxt var, bunu həyata keçirmək çox gözəl hadisə olardı"[7][8]

Hadisə azərbaycanlılardan üzr istəyib. O, sözlərinin yanlış anlaşıldığını deyib. "Azəriləri çox sevirəm. Hamısından üzr istəyirəm". [9]

Həmçinin bax
Düm Tek Tek
Türkiyə 2009 Avroviziya Mahnı Müsabiqəsində
2009 Avroviziya Mahnı Müsabiqəsi


Tarix: 21.01.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 566 Bölmə: Bəstəkarlar Və Müğənnilər