Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DİLBƏRA

Dilbəra, mən səndən ayru ömrü canı neylərəm?
Tacu taxtü mülkü malü xanimanı neylərəm?

İstərəm vəsli-camalın ta qılam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?

Ey Müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan,
Çünki yardan ayru düşdüm, bu cahanı neylərəm?

Çox dualar qılmışam mən Xaliqin dərgahına,
Çün muradım hasil olmaz, mən duanı neylərəm?

Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan,
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...