beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana

İnana bilmirdim bircə anlığa,
Anamdan aralı yaşaya biləm.
Bax fələkdə olan insafsızlığa,
Qoymadı sevinəm , yada ki güləm.

Anama baxırdı gözlərim mənim,
Mən baxır, o isə hey əriyirdi.
Sabaha açılmır səhərim mənim,
Matəm ehtiyatı görün deyirdi.

Elə bir andaca, o nadan əcəl,
Xəncəri əlində girdi içəri.
Daha danışmağa vermədi macal,
Həmişəlik yumdu anam gözlərin.

Ana ovladi ucun her sey demekdir.Dunyada Ananin yerini hecne vermir.Ne sevdiyin birisi nede yaxinlarin .Ananin sevgisi ovladina temennasizdir.Bu hec bir sevgiye benzemir .Ovlad anasini sevse de sevmese de Ana ovladini sevir.Amma basqasi senden sevgi gormese seni seve bilmez .Analar muqeddesdir .Allah butun Analari qorusun..Amin


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 330 Bölmə: Azerbaycan Edebiyyatindan