beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayriliq

Bir qiyam qopartdım, fəryad eylədim,
Azalmaq yerinə çoxaldı dərdim.
Torpağa kök saldım, ucaldı qəmim.
Ayağımı yerdən alan Ayrılıq!

Kabusmu, gerçəkmi?! Bilmək olmayır
Ürək necə atır, necə yaşayır?!
Ölmək ki, asandır, yaşamaq ağır,
Yaşaraq öldürüb, gülən Ayrılıq!

Ömür yollarıma körpülər saldım
Yolçu çıxıb getdi çarəsiz qaldım.
Sevgimlə uca bir bina qaldırdım
Bir baxdım yox olub, sökən Ayrılıq!

Qoca bir qartalam, məskənim dağlar,
Təbrizim, Dərbəndim gözümdə ağlar,
İrəvan, Kərküküm məni axtarar,
Köksümə dumanı çəkən - Ayrılıq!


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 126 Bölmə: Azerbaycan Edebiyyatindan