beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Udilər - Dini

313-cu il udilər tərəfindən xristianlığın qəbul edilməsi tarixi sayılır [29]. Bu tarixdə alban çarı Urnayir xaç suyuna salınma adətini qəbul etmiş və xristianlıq Qafqaz Albaniyasının rəsmi dininə çevrilmişdir. Qafqaz Albaniyasının əhalisinin xristianlaşma dövründən başlayaraq udilər Alban kilsəsinə mənsubdur. Başqa xalqlar kimi, xristianlığı qəbul etdikdən sonra, udilər yeni xristian ayinlərlə bərabər köhnə adət və ənənələri qoruyub saxlmışdırlar. Məsələn, evlərdə sönməz ocaq saxlamaq atəşpərəstlikdən qalmış ənənədir. Udi xristianlar olduqca tez-tez dualarını Aya döndərirdilər və öz dinini saxlayan Qafqaz Albaniyasının yeqanə xalqıdır.

10 aprel 2003-cü ildə Azərbaycanda Alban-udi xristian icması qeydiyyatdan keçmişdir.


Tarix: 17.01.2015 / 16:04 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎