Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbasqulu xan Şamlı

Həyatı
Abbasqulu xan Həsən xan oğlu Herat şəhərində doğulumuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Sonra mədrəsədə oxumuşdu. Atası kimi şair və xəttatlığı vardı.

Abbasqulu xan şairlərə hamilik edirdi. Onun sarayında Sədəddin Məhəmməd Rəqəm, Molla Nazim, Mirzə Mənsur Şəhriyari, Mirzə Həsən Vahib, Mirzə Fəsihi Ənsari və başqaları kimi şairlər şeir məclislərində iştirak edir, çörək yiyəsi olurdular.

Abbasqulu xan öncə sarayda qılınc qorçusu kimi xidmətə başlamışdı. Sonra yüzbaşı olmuşdu. Atasının vəfatından, 1641-ci ildən sonra Heratın hakimi olmuşdu.

1660-cı ildə Böyük Moğol imperiyasının hökmdarı Şah Cahanın oğlu Daraşokuhun elçisi Səfəvi sarayına çatdıqda Hüseyn xan oğlu Abbasqulu bəyə göstəriş verilir ki, təcili Qəndəhara gedib yüksək məqamlı qonağı qarşılasın. II Şah Abbas Qəndəhardan İsfahana qədər bütün əmirlərə onu yüksək səviyyədə qarşılamaları üçün fərman göndərdi. [1]

Osmanlı elçisi ilə diplomatik danışıq əsnasında rahatsızlıq aradan qaldırıldıqdan sonra Şahın göstərişinə əsasən tüfəngçiağasıbaşı Qələndər sultan və Abbasqulu xan Məşhədə gedib buradakı hərbi ləvazimatı, topları şəhərdən çıxarıb hərbi əməliyyata hazırladılar. Məhəmmədqulu bəyə isə 500 tümən pul verilib tapşırıldı ki, Məşhəd, Herat, Fərah və Bəstamdan qoşun üçün ərzaq və sursat tədarük etsin.[2]

Heratda Rüstəm xanın oğlu Vəliməhəmməd xan və Herat hakimi Abbasqulu xanın da hərbi alayları əsas qoşunla birləşdilər. 1648-ci ilin zolhəcce ayının 12-də II Şah Abbas Qəndəhar qalası ətrafındakı Abbasabad bağına çatdı və iqamətgah burada yerləşdirildi. Qalanın mühasirəsi barədə əmr verildi. Tüfəngçiağası Qələndər sultan 5 top gətirməli idi ki, artıq onlardan ikisi Bosta, üçü isə Qəndəhara çatdırılmışdı. Hələ Herat hərbi müşavirəsində şahın buyruğu ilə çox mühüm hərbi-strateji əhəmiyyətə malik olan Bost qalasının alınması Astrabad hakimi Mehrab xan və Cəmşid xan Pornaka tapşırıldı. Bost qalasının divarları həm hündür, həm də çox möhkəm olduğuna görə qalaya ilk zərbənin top atəşi ilə vurulması tapşırılmışdı. Top atəşinə tab gətirməyən mühafizəçilər və qala hakimi Pərdal xan iç qalaya sığındılar. Nəhayət Bost qalası mühasirəyə tab gətirməyib təslim oldu. Elə ilk alınan qala da Bost oldu. Bost qalasının hakimi Pərdal xan, xeyli əsgər, döyüş texnikası, iki fil və bir çox başqa qənimətlər ələ keçirildi. Zəmindavəri Sarı xanın qızılbaş alayı mühasirəyə almış, onların ilk cəhdləri uğursuz olsa da, sonrakı hücumlarda Zəmindavər hakimi Əsədulla xan aman verilməsini xahiş edib II Şah Abbasa yazdığı məktubu Xorasan qoşunun sərdarı Sarı xana çatdırdı. Sarı xan onun məktubunu dərhal Şaha göndərir. Seyid Əsədulla xan xahiş edirdi ki, Zəmindavərin Qəndəhardan sonra təslim edilməsinə icazə verilsin. O, məktubda həm də Səfəvi Şahına qulluğunu və itaətkarlığını ifadə edirdi. Qala rəisi Seyid Əsdulla xana cavab olaraq qərara alındı ki, Sarı xan atəşi dayandırıb qalanı mühasirədə saxlasın və heç kimin qalaya girib-çıxmasına icazə verilməsin, növbəti əmrə qədər qərar tutduqları yerlərdə dayansınlar.[3]

Abbasqulu xan 1716-cı ildə üsyançı əfqan əmirlərindən olan Abdulla xan Sadozay və oğlu Əsədulla xanı həbs etmişdi. Bu xəbər Şah Sultan Hüseyn Səfəviyə çatan kimi əsəbləşdi. Abbasqulu xanı Heratdan geri çağırıb onun əvəzinə Cəfər xan Ustaclını təyin etdi.


Tarix: 14.01.2015 / 17:08 Müəllif: Feriska Baxılıb: 129 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...