beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mahmud Avşar-Yəzdi

Həyatı
M. Avşar İsveçrədə siyasi elmlər sahəsində təhsil almışdır. 1921-ci ilə qədər İngiltərə və Hindistanda yaşamışdır.

Mahmud Avşar Hindistan ingilislərin müstəmləkəsi olan vaxt burada təhsil almış və siyasət üzrə doktor olmuşdu. Əslən Qızılbaş türklərinin altı tayfasından (boyundan) biri olan və Yəzd bölgəsində yaşayan avşarlar tayfasından olan Mahmud Avşar öncə paniranizmə aid nəzəri biliklərini təkmilləşdirmiş, Rza şahın hakimiyyəti dövründə isə bu bilikləri həyata keçirməyə başlamışdı. Bu məqsədlə Mahmud Avşar 1921-ci ildə “Əncuməni İrani cəvan” dərgisini təsis etdi, 1925-ci ildə isə “Ayənde” dərgisini yayımlamağa başladı. O, İranın milli birliyini farslaşdırma siyasətinin həyata keçirilməsində görürdü. Buna görə də fars dilinin bütün ölkə üzrə rəsmi dil olmasına və məhəlli dillərin yerini tutmasına çalışırdı. M. Avşarın fikrincə, İran bölgəsində yaşayan qeyri-fars millətlərinin dilləri yabancı dillərdir və o, bu dilləri ortadan qaldırmaq üçün texniki metodlar da təkif edirdi.

Dr. Mahmud Avşar və «Ayəndə» jurnalı ilə yeni mərhələyə qədəm qoymuşdur. Mahmud Avşar müasir fars millətçiliyi nəzəriyyəsini təkmilləşdirmiş və sistematik hala gətirmişdir.

M. Avşar məqsədi İran milli birliyini təşkil etmək olan «Əncümən-e İran Cəvan» adlı dərnək qurmuş və 1923-cü ildə «Ayəndə» jurnalını nəşr etməyə başlamışdı. Bu jurnal İranda fars millətçiliyi fikrini yayan və qoruyan mətbu orqana çevrilmişdi. Burada nəşr olunan yazıların əsas mövzusunu «mərkəziyyətçi dövlət və vahid milli kimlik» təşkil edirdi.

Mahmud Avşar «Ayəndə» jurnalının birinci sayındakı bir yazısında belə deyirdi: «İranın milli birliyini qorumaq və mükəmməlləşdirmək cəmiyyətimizin tələbi və idealımızdır. İranın milli birliyi nə deməkdir? İranın milli birliyi ölkə sərhədləri daxilində yaşayan insanların əxlaqi, ictimayi və siyasi birliyidir. İranın milli birliyi siyasi istiqlaliyyət və torpaq bütünlüyünü vacib qılır. Milli birliyi necə əldə edə bilərik? Fars dili bütün ölkə çapında yayılmalıdır. Regional müxtəliflik, məsələn geyim və əxlaq müxtəlifliyi aradan qaldırılmalıdır. İranda yaşayan etniklərin hər biri ayrı bir dildə danışmamalıdır. Dil, əxlaq, geyim və ənənə birliyi mövcud olmadııı müddətcə, siyasi istiqlalımız və torpaq bütünlüyümüz daim təhlükə altında olacaqdır. İranda yaşayan müxtəlif qəbilə və etnikləri bənzərləşdirmədiyimiz, yəni iranlılaşdırmadııımız müddətcə gələcəyimiz təhlükə altında qalacaqdır. İranın bütün bölgələrində, xüsusən Azərbaycanda fars dili yayılmalıdır, farsca olmayan coırafi adlar dəyişdirilməlidir”.

Mahmud Avşar İranlılaşmanı tərəqqi və müstəqilliyin təməli olaraq qəbul edirdi. Müxtəliflik və çeşidliliyi isə ziddiyət və geriliyin səbəbi hesab edirdi. Onun tarix anlayışı, təhlükələr üzərində qurulmuş təfəkkür tərzinin məhsulu idi. M. Avşara görə İran tarix boyu müxtəlif təhlükələrdən keçmişdi və indi də bu təhlükələrlə üz-üzədir. O, bu təhlükələri belə sadalayırdı:

Qırmızı təhlükə: Kommunizm təhlükəsi.
Yaşıl təhlükə: Ərəb və İslam təhlükəsi.
Sarı təhlükə: Türk və Türkiyə təhlükəsi.
Qara təhlükə: Cəhalət və mollaların təhlükəsi.
«Fars millətçiliyini əsas alaraq qurulan dövlət bu təhlükələrin qarşısını almalıdır» deyən M. Avşar bu təhlükələrdən qurtulmanın tək yolu olaraq iranlılaşmanı görürdü. M. Avşara görə fars millətçiliyinin əsas vəzifəsi güclü bir mərkəziyyətçi dövlət qurmaq, fars olmayanlar arasında fars dilini yaymaq, türkləri və ərəbləri sərhədyanı bölgələrdən ölkənin daxilinə köçürmək idi.

Müəllif müasir fars millətçiliyinin təməl prinsiplərini belə açıqlayır: Fars millətçiliyi digər millətləri farslaşdırmaq müddəası üzərində qurulmuşdur, türk düşmənliyi ilə silahlanmışdır, ərəb və islam əleyhdarı olaraq inkişaf etmişdir. İslamın yerinə Zərdüşt dinini qəbul etmişdir. Qərbçi dünya görüşünü mənimsəmişdir. Modernləşmə tərəfdarıdır. Fars millətçiliyi Ari irqini İranın ilk sakinləri və sivilizasiya qurmuş qövm hesab edən tarix tələqqisi üzərinə bina edilmişdir.


Tarix: 21.01.2015 / 16:22 Müəllif: Feriska Baxılıb: 119 Bölmə: Azərbaycanlı sülalələr