beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gündüzlü oymağı

Gündüzlü oymağı — Avşar elinin qədim və böyük qollarından biri Gündüzlülər Xorasandan Anadoluya qədər hər yerə yayılmışdılar. Qaracaoğlan qoşqularının birində deyir:

Söylə görüm Gündüzlünün obası,
Hanı səni seyr eləyən mələklər?
Görən dedim gülüzlünün üzünü,
Görəmməsəm bu dərd məni hələklər.

Faruq Sümər öz ünlü "Oğuzlar" kitabında Avşar elinin Xuzistan qrupu haqqında geniş söhbət açmışdır. Onun kitabından götürdüyümüz yazını oxucularımıza təqdim edirik.

Avşarların ikinci ailəsinin yurdu Amik ovasında idi. Bu gün Qrıq xandan Xassaya gedərkən 12-ci kilometrdə yoldan təqribən 800 metr solda dəyirmanların yerləşdiyi Sulu və yaşıl sahənin bu ailənin yurdu olduğu bilinir. Bura bu gün də Gündüzlü adlanır. Bu yer Çuxurovaya gedən kəsə boğaz yolunun başında olduğu üçün nəqliyyat baxımından əskidən bəri mühüm bir yer sayılırdı. Həcc qafilələri və ticarət karvanları qısa olduğu üçün bu yola üstünlük verirdilər. Gündüzlüdən sonra bu məntəqələr vasitəsilə birbaşa Payasa enmək mümkün idi: Alan yaylası, Qatır holuğu, Buzdonduran, Paç (Bac), Payas. Qırıq xanın şimalında, Gündüzlünün cənub-qərbindəki Dərbsak qalasının çox vaxt bu ailənin əlində olduğunu bilirik.

Gündüz oğullarından tanıdığımız ilk bəy Gördü bəydir. O, eyni zamanda ailənin ən məşhur şəxsiyyətidir. Məmlük əmiri Çəkimin Qara Yölükün üzərinə səfəri zamanı ölməsi nəticəsində (17 zülqədə, 809-25 aprel, 1407) Hələb yenə məmlük əmiri Təmur Boğa əl-Məştubun əlinə keçmişdi. Təmir Boğa da Çəkim kimi Hələb bölgəsindəki türkmənləri itaət altına almaq istədi və bu məqsədlə Gördü bəyin üstünə səfərə çıxdı. Gördü bu zaman Amik ovasını bütünlüklə hakimiyyəti altına almaq istədi və məqsədlə Gördü bəyin üstünə səfərə çıxdı. Gördü bəy bu zaman Amik ovasını bütünlüklə hakimiyyəti altına almışda. Amik ovasında baş verən bir vuruşmada Təmur Boğa ağır surətdə məğlub oldu. Başı pozuq halda Hələbə qayıdan Təmur Boğanın yanında çox az adam qalmışdı (810-1408. O biri il (811-1409) Gördü bəyi üsyançı əmirlərdən Novruz ilə vuruşmağa gedən Hələb valisi Dəmirtaşın yanında görürük. Əslində Gördü bəylə Dəmirtaş arasında səmimi dostluq münasibəti vardı. Ertəsi il Dəmirtaşın tövsiyəsi ilə sultan tərəfdarı Novruz üsyançı əmir Şeyx ilə Asi çayı sahilində üz-üzə gəldi. Novruzun ordusunda Hələb valisi Dəmirtaşdan başqa Dülqədir oğlu Əli bəy, Gündüz oğlu Gördü bəy, Köpək oğlu əfşarlardan Kut bəyi oğlu Məhmət, bayatlardan Bozca bəy vardı. Vuruşmada Şeyx qalib çıxdı. Məğlub olan Novruz Xəma şəhərinə sığındı. Dəmirtaş, Dülqədir oğlu Əli bəylə Gördü bəy də yanında idi.

814-cü ilin rəbiül-axırında (iyul-avqust, 1411) Gündüz oğlu-Gördü bəy Antakyanı Özər oğlunun əlindən almışdı. Şeyxin sultan olmasını qəbul etməyən Novruz 816-cı ildə (1413) Hələbə hücum etdi. Bunu eşidən Hələb valisi Dəmirtaş şəhərdən çıxaraq Amikə getdi, orada dostu Gördü bəy və onun qardaşı-Ömər bəylə görüşdü.

817-ci ilin zülqədə ayında (yanvar-fevral, 1415) Hələb valisi Inal əl-Süslanı Gördü bəyin üzərinə yürüş etdi. Yürüşün səbəbi bilinmir. Inalla qarşılaşmağa cəsarət etməyən Gördü bəy qaçmış və Hələb valisi gündüzlülərin çoxlu qoyununu ələ keçirmişdi. Gördü bəy dülqədirli Əli bəyin yanına gələrək ondan Hələb valisi ilə barışmaqda vasitəçi olmasını xahiş etdi. Dülqədir oğlunun vasitəçiliyi ilə barışıq əldə edildi və Gördü bəy Amikə qayıtdı. Ancaq bir qədər sonra (rəbiül-axır, 818-iyun-iyul, 1415) Hələb valisi Inalın təkrarən Gördü bəyin üstünə yürüdüyünü görürük. Inalın yanında Trablis valisi Sudun bin Əbdürrəhman da vardı. Gördü bəy onların gəldiyini görcək Gavur dağlarına sığındı, Inal türkmənlərin qoyun və inəklərinin çoxunu zəbt etdikdən sonra Gündüz oğullarına mənsub Dərbsak qalasını mühasirəyə aldı, mühasirənin üçüncü günü qalanı tutdu. Gördü bəy və oymağının çoxu qaçdı. Bəyin özü Maraşa getdi, gündüzlü əfşarları isə Gündüzün nəvəsi Dəmirxan oğlu Farisin ətrafına yığışdılar. Hələb valisinin Gördü bəyə hücumu, şübhəsiz ki, məmlük hökmdarı Şeyxin buyruğu ilə təşkil olunurdu. Türkmənlərin məmlük dövləti ilə üçün təhlükəli bir ünsür olduğunu bilən Şeyx onların qüvvəsini zəiflətmək siyasətini güdürdü. Hətta türkmənlərin əlinə keçmiş bəxzi yerləri geri almaq və onları tamamilə özünə tabe etmək üçün 820-ci ildə (1417) Misirdən Suriyaya hərəkət etmiş, yolda Dülqədir oğlu Əli bəy, Gündüz oğlu Gördü bəy və Saqqalsız oğlu Toğruldan bağışlanmalarını xahiş edən və itaətlərini bildirən məktublar almışdı.

Gördü bəylə bağlı son məlumatımız onun 824-cü ildə (1421) Hələbdə Tatarın əmri ilə öldürməsidir. Əl-Məlik ül-Müəyyəd Şeyx 824-cü ildə öldükdə dövlətə hakim olan Tatar müxalifəti ləğv etmək məqsədilə Dəməşqə, oradan da Hələbə gəlmişdi. O burada olanda ətrafdakı türkmən bəyləri hüzurun gəlmişdilər. Gördü bəy də onların arasında idi. Ancaq digər türkmən bəylərinə xələt geyindirildiyi halda, Gördü bəy Tatarın əmrilə asılaraq öldürüldü. Tatar bunu sırf Təmür Boğa əl-Məşdubun 810-cu ildəki məğlubiyyətdən sonra Təmür Boğa ilə Hələbə qaçanlardan biri də özü idi. Adının əksinə çərkəz olan Tatar o qədər kinli bir insan idi ki, itaətini bildirmək üçün hüzuruna gəlmiş bir əmirdən çox köhnə və adi bir hadisənin intiqamını almaqda tərəddüd etməmişdi. Halbuki Gördü bəy məmlük tarixçiləri üzərində böyük təsir buraxmış əmir idi. Ibn Tağrı-Birdi onun böyük bir əmir olduğunu və zamanında yolun təhlükəsiz olduğunu yazır.

Gördü bəydən sonra onun yerinə kimin keçdiyi bilinmir. 875-ci ildə (1471) gündüzlü avşarlarının başında Ömər bəy dururdu. O, oymağı ilə birlikdə Amik ovasında yaşayırdı.

887-ci ildə (1482) isə Gündüz oğullarından Məhmət bəy tarix səhnəsinə çıxdı. Həmin Çuxurovanı istila edən Osmanlı ordusu ilə türkmənlər arasında baş verən vuruşmada türkmənlər məğlub oldular. Ramazan oğlu Ömər bəy əsir alındı. Gündüz oğlu Məhmət bəy həlak oldu. Özər oğlu isə qaçıb canını qurtardı.

Gündüzlü əfşarlarından bir qol Irana getmişdir ki, ondan sonra bəhs ediləcəkdir Gündüz oğulları şəcərəsi:


Gündüz
_______________________1_______________________
1 1 1
Gördü bəy Ömər bəy Dəmir xan
(ölümü: 1412) 1
________________________ Faris
1 1
Ömər bəy Məhmət bəy (1482)


Gündüzlü oymağının adlı əmirlərindən biri Mehdiqulu xandır. I Təhmasib dövründə Mehdiqulu xan Şüştər hakimi idi. Bu Avşar əmiri yuxarıda adı çəkilən Kuhgiluyə valisi Əlvənd xan kimi mərkəzin əmrlərinə tabe olmadığı üçün onun dəyişdirilməsi lazım bilinmiş və bu işin icrası Heydərqulu sultana Avşara tapşırılmışdı. Mehdiqulu xan 1540-cı ildə öldürüldü.

Gündüzlü oymağının məşhur əmirlərindən biri də Heydərqulu sultandır. Heydərqulu sultan 1 Şah Təhmasibin əmri ilə 1540-cı ildə Mehdiqulu xanı öldürüb yerinə keçdi.

Gündüzlü oymağının səsli əmirlərindən biri də Əbülfət bəydir. I Şah Təhmasib 1542-ci ildə Şüştər və Dizfula onu hakim təyin etdi. Sultan ünvanı almışdı.

Gündüzlü oymağının tanınmış əmirlərindən biri də Şahverdi xandır. Şahverdi xan 1594-cü ildə Şüştərin hakimi idi.

Gündüzlü oymağının adlı əmirlərindən biri də Mahmud sultandır. Mahmud sultan Gündüzlü I Şah Abbasın hakimiyyəti dönəmində Qum və Savəyə hakim təyin edilmişdi.

Faruq Sümer yazır ki, Kuhgiluyə avşarının mühüm bir qisminin gündüzlü və araşlı oymaqları təşkil edirdi. Ehtimal ki, araşlı bir yer adıdır. Hazırda Şuştər yörəsində yaşayan gündüzlülər Kuhgiluyədəki gündüzlü avşarların törəmələridir. Seyid Əhməd Kəsrəvi yazır ki, Xuzistanın Şüştər şəhərinin Gurgur çayı kənarında yerləşən Bəliyti bölgəsinin abad kəndlərinin əhalisi gündüzlü oymağının xələfi və qalıqlarıdır.

Guhgiluyədəki gündüzlü avşarların bir bölüyü sonralar Xorasanda Əbivərd dolaylarına, digər bir bölüyü isə bir qrup avşarla bərabər Urmiya bölgəsinə göndərilmişdi.

Gündüzlü oymağının bir qolu Xorasan ətrafında məskunlaşmışdı. Həmin oymağın nümayəndələri XVIII yüzilin önlərində Bağudadə qalasında və civarında yaşayırdılar.

Gündüzlü əmirlərindən biri Barat bəydir. Barat bəy Nadirqulu xana qarşı çıxmışdı. Bağudadə qalasında möhkəmlənib asilik edirdi. Nadirqulu xan üç qalanı mühasirə edərək sonda çayın suyunu ora tuşladı. Qala divarı uçdu.Su evlərə doldu. Nadiqulu xan asanlıqla qalanı aldı. Qala əhlini Abivərdə köçürdü. Barat bəyi isə edam etdirdi.

Avşar elinin Gündüzlü oymağının böyük bir qolu Urmiya yörəsində yerləşmişdi. Bu oymaq tarixi ədəbiyyatda bəzən Qaraoğlu kimi də yazılır. Kəlbəli xan Qasımlı-Avşar Urmiyanın Dol mahalını Gündüzlü (Qaroğlu) oymağına vermişdi. Gündüzlü oymağı orda kənd salıb, arx çəkib, ağac əkmişdi.

Gündüzlü əmirlərindən biri də Qoca bəydir. Urmiyalı idi. Nadir şaha xidmət etmişdi.

1747-ci ildə Nadir şahı öldürən qəsdçilərin arasında Qoca bəyin də adı çəkilir.

Gündüzlü oymağının adlı əmirlərindən biri də Səfiyar bəy idi. Səfiyar bəy XVII yüzilin ikinci yarısında yaşamışdı. Səfiyar bəyin Şəhriyar bəy, Hacı bəy adlı oğulları vardı.

Şəhriyar bəy Urmiya yörəsində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Həyatını hərb sənətinə bağlamışdı. Gündüzlü oymağının başçısı idi. Nadir şaha, Əmiraslan xan Qırxlı-Avşara xidmət etmişdi. Şahdan xan ünvanı almışdı.

Şəhriyar xan Əmiraslan xanın fərmanı ilə Urmiyaya hücum edərkən Mehdi xan tərəfindən tutulub, zindana salınmışdı.

Nağı xan Qasımlının özbaşınalığından bezən Urmiya camaatı qonşu mahallara daşındı. Bu halda Mirzə Məhəmmədrza Mirzə Məhəmmədəli oğlu Avşar bir dəstə adamla dilbir olub, qərarlaşdılar ki, Urmiyaya gəlib Nağı xanı öldürsünlər. Zindandan Şəhriyar xan Gündüzlü-Avşarı azad edib, taxta əyləşdirsinlər. Xəbərçilər Nağı xanı duyuq saldılar. Nağı xan yaxınlarından bir dəstə adamı göndərdi ki, yollarda keşik çəksinlər. O adamlardan kimi görsələr öldürsünlər. Torpaqqala adlı yerdə qəsdçilərlə üzləşən Nağı xanın adamları onları öldürüb, dəfn etdilər. Nağı xan Şəhriyar xanı da aradan götürülməsini əmr etdi. Şəhriyar xan və qardaşı Hacı xan Qaraca hamamında çimərkən yaxalandı. Hacı xan hamamın külbəsindən çıxıb qaçdı. Şəhriyar xan isə ələ keçirilib, öldürüldü.

Şəhriyar xanın Məhəmmədtahir bəy adlı oğlu vardı.

Məhəmmədtahir bəy Urmiya bölgəsində dünyaya gəlmişdi. Hərb sənəti ilə ilgilənmişdi. Atasından sonra oymaqlarının başçısı olmuşdu. Imamqulu xan Qasımlı-Avşara xidmət etmişdi. Xandan sultan ünvanı almışdı. Müqəddəs Məkkəyi müəzzəmi ziyarətdə bulunmuşdu. Hacı Tahir sultanın Şəhriyar bəy adlı oğlu vardı.

Şəhriyar bəy Urmiya ətrayında dünyaya göz açmışdı. Hərb sənəti ilə ilgilənmişdi. Atasından sonra oymaqlarının başçısı olmuşdu. Məhəmmədqulu xan Qasımlı-Avşara xidmət etmişdi. Xandan sultan, sonra xan ünvanı almışdı. Müqəddəs Məkkəyi müəzzəmi ziyarətdə bulunmuşdu. Hacı Şəhriyar xan sonra qacarlara xidmət etmişdi. Fətəli şahdan Izəzzəddövlə ləqəbini almışdı.

Hacı Şəhriyar xanın Möhbəli xan, Əhmədəli xan, Məhəmməd xan, Cəlaləssəltənə xan adlı oğulları vardı.

Möhbəli xan Urmiyada anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlara xidmət etmişdi. Salari Müzəffər ləqəbini daşıyırdı. Möhbəli xanın Izəzzəddövlə xan adlı oğlu vardı.

Hacı Şəhriyar xanın ikinci oğlu Əhmədəli xan Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlara xidmət etmişdi. Fəthəssəltənə ləqəbini daşıyırdı.

Hacı Şəhriyar xanın üçüncü oğlu Məhəmməd xan Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlara xidmət etmişdi. Sərtip rütbəsi almışdı.

Hacı Şəhriyar xanın dördüncü oğlu Cəlaləssəltənə xan Urmiya anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlara xidmət etmişdi. Səfiyar bəyin ikinci oğlu Hacı bəy Urmiya ətrafında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Nadir şaha, sonra Əmiraslan xan Qırxlıya xidmət etmişdi.

Gündüzlü oymağının tanınmış simalarından biri də Səfiyar bəydir. Sayınqalada yaşamışdı.

Sayınqala avşarlarından olan Səfiyar xan Gündüzlü də Azad xan Əfqana qoşuldu. Gündüzlülərlə Nağı xanın ədavəti vardı. Onlar yığılıb məsləhətləşdilər ki, Səfiyar xan guya kömək məqsədilə Urmiyaya gedib, Nağı xanın qılığına girsin. Dedikləri kimi etdilər. Səfiyar xan saraya gəldi. Nağı xan tərəfindən sevinclə qəbul olundu. Bir neçə gündən sonra Səfiyar xan fürsət tapıb, Nağı xanı əsir tutdu. Öncə gözlərini çıxardı. Nağı xandan narazı qalan avşarlar bu xəbərə sevindilər. Söz Azad xana çatanda qoşunu yığıb Urmiyaya daxil oldu.


Tarix: 21.01.2015 / 16:10 Müəllif: Feriska Baxılıb: 190 Bölmə: Azərbaycanlı sülalələr