Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əliqulu mirzə Qovanlı-Qacar

Həyatı
Əliqulu mirzə Bəhmən mirzə oğlu 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Tiflis korpusunu bitirdikdən sonra Oryol şəhərində yerləşən 51-ci Çerniqov draqun alayında xidmət etmiş, 1903-cü ildə Yeletsidəki 52-ci Nejinski alayına dəyişilmişdi. Poruçik rütbəsində mayor rütbəsinədək ucalmışdı. O,1905-ci ildə Port-Arturda gedən döyüşlərdə həlak olmuşdu. Cənazəsi doğma yurduna gətirilmiş, Bərdədə "İmamzadə" gorgahında atası ilə yanaşı dəfn edilmişdi.

Əliqulu mirzə Sitarə xanımla ailə qurmuşdu. Şəmsəddin Mirzə adlı oğlu vardı.

Mükafatları
Əliqulu mirzə döyüş xidmətlərinə görə "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdi.


Tarix: 19.01.2015 / 19:09 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Azərbaycanlı sülalələr
loading...