beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbas mirzə haqqında

Аbbаs mirzənin yаşаm yоlu və siyаsi fəаliyyəti hаqqındа оnlаrlа кitаb ("Əbülqаsım Lаhici, Əhvаlаt və dəst-хətthаyе Əbbаs mirzə Nаibəssəltənе, Tеhrаn, 1326, hicri-şəmsi", "Nаsir Nəcmi, Аbbаs mirzə, Bакı, "Yаzıçı", 1993" )yаzılıb. Nasir Nəcminin "Abbas Mirzə" (yaxud "Qacar sülaləsinin qəhrəman, vətənərvər oğlu və onun başçılıq etdiyi Iran – Rusiya müharibələri", (Tehran hicri 1326-cı il, miladi 1910) kitabının 1993 – cü ildə Аzərbaycan dilinə tərcümə olunmuşdur. Kitabın əvvəlində deyilir: "Nasir Nəcmi tarixi sənədl əri diqqətlə öyrənmək nəticəsində çar Rusiyasının, eləcə də Ingiltərə və Fransanın Yaxın və Orta Şərqdə XIX yüzilin əvvəllərində apardıqları işğalçı siyasətinin başlıca cəhətlərini oxucuya çatdırır. Qafqazda çarın göstərişlərini yerinə yetirərək Azərbaycan xanlıqlarını bir – birinin ardınca istila və Rusiyaya ilhaq edən generalların – Sisianovun (milliyyətcə gürcüdür), Qudoviçin, Yermolovun, Mədətovun (ermənidir), Paskeviçin apardığı işğalçı və soyğunçu müharibələr kitabda geniş əksini tapır. Kitabın əsas məziyyəti ondadır ki, Abbas mirzə istər birinci (1804 – 1813), istərsə ikinci (1826 -1828) Rus – Iran müharibələrində öz doğma torpaqlarını amansız düşməndən cəsarətlə müdafiə etməsini, yeni tipli nizami ordu yarada bilmək bacarığını inandırıcı dəlillərlə göstərir... Əsər heç şübhəsiz, XIX yüzilin əvvəllərində Zaqafqaziyada baş verən siyasi, hərbi hadisələri daha düzgün anlamaqda oxucularımıza kömək göstərəcəkdir." Kitabda Abbas mirzənin qəhrəmanlığı haqqında müəllif yazır: "Iran əsgərləri ölkəyə tarixi şan – şöhrət qazandıran görünməmiş qəhrəmanlıq, cəsarət göstərmiş, bu müddət ərzində,Qacar sülaləsinin qoxmaz, igid oğlu Abbas mirzənin başçılığı altında bütün çətinliklərə dözərək, çarın gündən – günə artan qoşunlarına qarşı müqavimət göstərmiş, hətta bu müharibələrdəki bəzi döyüşlərdə heyrətləndirici naliyyətlər əldə etmiş və düşmən qüvvələrinə güclü zərbələr endirmişlər. Abbas mirzə vətənin istiqlaliyyətini və bütövlüyünü hədələmək məqsədilə aparılan döyüşlərdə tərifəlayiq qəhrəmanlıqlar göstərmişdir" (Bах: Nasir Nəcmi "Abbas Mirzə" (yaxud "Qacar sülaləsinin qəhrəman, vətənərvər oğlu və onun başçılıq etdiyi Iran - Rusiya müharibələri", (Tehran hicri 1326-cı il, miladi 1910).Bakı 1993,s.3, 9.)


Tarix: 17.01.2015 / 17:31 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Azərbaycanlı sülalələr