beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmmədsadıq mirzə Müəzzəddövlə

Həyatı
Bəhram mirzənin ikinci оğlu Məhəmmədsadıq mirzə 1866-cı ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Müəzzəddövlə ləqəbini daşıyırdı. Məhəmmədsadıq mirzə Müəzzəddövlə 1915-ci ildə Urmiyanın hakimi idi. Onun hakimiyyəti dönəmində Urmiyada Osmanlı və Rusiya imperiyalarının qoşunları toqquşmuşdu. Urmiya 1914-cü il dekabrın axırlarında türk ordusu, 1915-ci il yanvarın 15-də Rusiya qoşunları tərəfindən işğal edilərək, hərb və zorakılıq meydanına çevrildi. Əldə olan məlumata görə, sosial, iqtisadi və maddi çətinliklər qarşısında qalan yerli əhalinin 15 faizi həlak olmuşdu. 1915-ci ildə vəliəhd Məhəmmədhəsən mirzə Azərbaycana vali göndərilmişdi. Müəzzəddövlə onun saray və təşrifat naziri təyin olunmuşdu. Onun əvəzinə Urmiyaya Nasirəddin şahın oğlu Yəminəddövlə vali göndərildi. Məhəmmədsadıq mirzə 1948-ci ildə vəfat edib.

Ailəsi
Məhəmmədsadıq mirzə Mahmənzər xanım Bəhmən mirzə qızı ilə ailə qurmuşdu. Əhməd mirzə, Əbülfət mirzə adlı oğlanları, Tala xanım, Xanım xanım adlı qızları vardı.


Tarix: 19.01.2015 / 14:21 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Azərbaycanlı sülalələr