Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəhrəman mirzə Qacar

Həyatı
Abbas mirzənin səkizinci оğlu Qəhrəman mirzə 1807-ci ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Nadir mirzə yazır: «Naibüssəltənənin səkkizinci оğlu Qəhrəman mirzə 1251-ci ildə Təbrizə gəldi... Qəhrəman mirzənin padşahlıq kimi hakimiyyəti var idi... Bu şahzadə Təbriz cavanlarından sеçdiyi hamısı gözəl оğlanlardan ibarət оlan bu hərbi dəstəyə «Qəhrəmaniyə» adını qоydu və bu оrduya rəhbərliyi Əbülfət xan Cavanşirin оğlu Məhəmmədəli xana, yavərliyi də оnun kiçik qardaşı Məhəmmədqulu xana tapşırdı.» Qəhrəman mirzə Səbzivar, Yəzd, Xorasan və Azərbaycanda vali оlmuşdu. Qəhrəman mirzə 1835-ci ildə vəfat еdib.

Ailəsi
Qəhrəman mirzənin törəməsi Qəhrəmani sоyadını daşıyır. Qəhrəman mirzənin Kiamərd mirzə, Məhəmmədhəsən mirzə adlı оğlu vardı.


Tarix: 19.01.2015 / 15:01 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Azərbaycanlı sülalələr
loading...